HAKİM  - Hökm edən, haqqı yerinə yetirən
ucgen

HAKİM - Hökm edən, haqqı yerinə yetirən

1933

(De:) “Allah bu kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)

 
Allah insanları yaratmış, yaxşılıq edənlərlə pislik edənləri ayırmaq üçün imtahan yeri olan dünyaya yerləşdirmişdir. Bundan başqa, insanlara elçilər göndərmiş və elçilərinə də doğrunu səhvdən ayırmalarını təmin edəcək hökmləri olan kitablar vermişdir. İnsanlıq tarixi boyunca bütün elçilər göndərildikləri qövmləri Allah`ın əmr etdiyi hökmləri olan bu haqq kitablarla xəbərdar edib qorxutmuşlar, onları doğru yola çağırmışlar.
 
Ancaq zaman içində elçilərin gətirdiyi kitablar insanlar tərəfindən təhrif edilmiş, Allah`ın göndərdiyi hökmlər inkarçı sistemlərin öz mənfəətlərini qoruyan səhv hökmlərlə dəyişdirilmişdir. Lakin Allah insanlara yenə özlərini doğru yola çatdıracaq bir rəhbər olaraq Quranı endirmiş və "Şübhəsiz ki, zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (Hicr surəsi, 9) ayəsi ilə içindəki hökmləri qiyamətə qədər qoruyacağını vəd etmişdir.
 
Əlbəttə, Quran insanın qarşılaşacağı hər hadisədə doğru olanı tapmaq, doğruya çatmaq üçün müraciət edəcəyi yeganə qaynaqdır. Çünki Quran Allah`ın hökmlərini ehtiva edən tək haqq kitabdır və Allah`ın göndərdiyi bu kitaba tabe olanlar, Allah`ın əmrlərinə itaət edənlər doğru yolu tapanlardır. Dünyada Allah`ın hökmləri ilə hökm edənlər, Onun əmrlərinə itaət edənlər, əlbəttə, axirətdə də qazanc içində olacaqlar.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr