1- ci. Bəzi ayələr və hədisi şəriflər axır zamanda gələcək bir Mücəddidi, Əkbəri (din yeniləyicisi) işari məna ilə xəbər verir. Lakin o gələcək şəxsin və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi olan və zahirən ən kiçiyi görünən imanı qurtarmaq və həqiqi imanı günəş kimi göstərmək vəzifəsini Risaləyi- Nur və tələbələrinin şəxsi mənəvisi tam etdiklərindən, o gələcək şəxsə dair xəbərləri və işarələri, Risaləyi Nurun şəxsi mənəvisinə hətta, bəzən tərcüməçisinə də tətbiqə çalışmışlar və şəriəti əhya və xilafətə tətbiq olan çox geniş dairədə hökm edən bu iki mühüm vəzifəsini nəzərə almamışlar.. (Tilsimlər Məcmuəsi, səh. 168)
2-ci "... axır zamanın ən böyük fəsadı zamanında, əlbəttə ən böyük bir Müctəhid (lazım olduğunda ayə və hədislərdən hökm çıxaran bir alim), həm Mücəddid (dini yeniləyici), həm Hakim, həm hz. Mehdi (ə.s), həm Mürşid (insanlara doğru yol göstərən), həm Qütbi Əzəm (zamanının ən böyük dini lideri) olaraq nurani bir adamı göndərəcək və o şəxs də, Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olacaq.” (Məktubat, iyirmi doqquzuncu məktub, yeddinci Risalə olan yeddinci hissə, səh. 411-412)
1.Hz. Mehdi (ə.s) ən böyük Mücəddid (dini yeniləyici) olacaq
Sünenində, Beyhaki "Şuab-ı İman" da təxric buyurdular (meydana qoydular): Hər yüz ildən bir Cənabı Allah haqq dini yeniləyən göndərir..." (Barla Lahikası, səh. 119)
Əbu Hüreyrənin rəvayətinə görə Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin başında bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünəni Əbu Davud, 5/100)
Hər yüz ilin başında bu ümmətin üləması arasından bir Mücəddid (dini yeniləyici) gələcək və Quran əxlaqı və fəziləti ilə Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini canlandıracaqdır. (Məktubatı Rəbbani, 1/520) (Səhabələri Kutubu Sittədən İmamı Hakimin Müstedrekində və Əbu Davudun Kitabı)
Ancaq gözlənilən odur ki, bir il keçdikdən sonra bu gizli dövlət yenilənə. Ona bir üstünlük verilib suyu tapması, artırıla... Beləcə fəzilətlərin əsli zühur edib onun zillətini örtə.. və uca bağlılığa dəyər verən Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)
Quran hökmlərinin qüvvətləndirilməsi, milləti yeniləməsi bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid, hz. İsa (ə.s.)-ın, hz. Mehdi (ə.s)-ın bu min içində (2000 –ci ildə artıq həyatda olmalarıdır) mövcud olmalarıdır. (Məktubatı Rəbbani, 1-ci cild, səh. 611)
2. Hz.Mehdi (ə.s) böyük Müctəhid (lazım olduğunda ayə və hədislərdən hökm çıxaran bir alim) olacaq
Muhyiddin Ərəbi "Fütühat-ül Məkkiyə" adlı əsərində bu mövzuda belə məlumat vermişdir: ... Hz. Mehdi (ə.s) dini Peyğəmbərin zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 186-187)
"Fütühatül Məkkiyə" adlı əsərində Muhyiddin Ərəbi əl Ənidilisi belə bildirir:... Onun (Hz. Mehdi (ə.s)-ın) düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar hz.Mehdi (ə.s)-ın məzhəb imamlarının tərsinə hökm etdiyini gördüklərində bundan xoşlanmayacaq, lakin qarşı da çıxmayacaqlar... Onun (Hz. Mehdi (ə.s.)-ın) qılınc qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər istəməz hakimiyyətinə boyun əyəcəklər. Onun (Hz. Mehdi (ə.s.)-ın) açıq düşmənləri məhv olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Hətta, ehkam barəsində elmləri də azalacaq. Bu imamın (Hz. Mehdi (ə.s.)-ın) gəlişiylə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq... Əgər əlində qılınc (elm) olmasaydı şəriət alimləri onun (Hz. Mehdi (ə.s.)-ın) ölümünə fətva verərdilər. Lakin Cənabı Haqq, onu (Hz. Mehdi (ə.s.)-ı) kərəmiylə və qılınc (qardaşlarıyla) ilə təmizləyəcək, onlar ona (Hz. Mehdi (ə.s.)-a) itaət edəcəklər. Çünki xalq arasında imtiyazları qalmayacaq, hətta ehkam barəsində də elmləri azalacaq. Hz. Mehdi (ə.s.)-ın gəlişiylə alimlərin hökmlərindəki ixtilaflar da aradan qaldırılacaq. Ondan (Hz. Mehdi (ə.s.)-dan) həm qorxacaqlar, həm də bir şey ümid edəcəklər. Ürəkdə ona (Hz. Mehdi (ə.s.)-a) nifrət edəcəklər. Lakin buna baxmayaraq, istər istəməz hökmünü qəbul edəcəklər.
(Medineli Allâme Muhammed İbn Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 187, Pamuk Yayıncılık) (Ramuz el-Hadis., səh. 56, 73)
Hüseyn Helmi İşıq isə, "Səadəti Əbədiyyə" adlı əsərində Hz. Mehdi (ə.s.)-ın bu xüsusiyyətini belə xəbər vermişdir:
Hz. Mehdi (ə.s) axır zamanda dünyaya gələcəkdir. Rəsullulah Əfəndimiz (s.ə.v)-in soyundan olacaq. İsa Əleyhissalamla görüşəcək, məzhəbləri aradan qaldıracaq, tək onun məzhəbi qalacaq. (Hüseyin Helmi İşıq, Səadəti Əbədiyə, səh. 35)
Onun (Hz. Mehdi (ə.s.)-ın) dövründə din tamamilə xurafatdan təmizlənmiş olaraq əvvəlki mahiyyətini qazanacaq. Verəcəyi bir çox hökmlərdə üləmanın məzhəblərinə müxalif çıxacaq. Buna görə də ondan (Hz. Mehdi (ə.s.)-dan) uzaq duracaqlar. Çünki zənnlərinə görə, həqiqətən Allah imamlarından sonra bir Müctəhid buraxmadığını qəbul edəcəklər... (Muhyiddin Ərəbi, "Futuhat-əl Məkkiyə", 66. bab, -cü cild. səh. 327- 328)
3. Hz.Mehdi (ə.s) hakim xüsusiyyətini daşıyacaq
Hz. Mehdi (ə.s.) Allahın əmrini aşkar edəcək, İslam əxlaqını yer üzündə yayacaq və dünyaya (mənən) hakim olacaq...". Bu cür hədislərin sayı 47-dir. (Safısnı Gulpaygani, Müntahabul-Əsər, səh. 15-19)
Hz.Mehdi (ə.s), ədalətli bir hakim olacaq... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 31)
... Hz.Mehdi (ə.s)-ın Quran əxlaqının hakimiyyəti aləmin şərq və qərbini örtəcək... (əl-Mehdiyy-il Mev'ud, 1-ci cild , səh. 254- 255)
Əli ibn-İbrahim atası ibn Əbu Ömər, Mənsurdan, Fazıl əl-Aour Əbu Übeydədən bildirmişdir: "Peyğəmbərin Əhli Beytindən Qaim (Hz. Mehdi (ə.s)) gəldiyində, Davud və Süleyman hökmdarlığı kimi idarə edəcək."
"Hz. Mehdi (ə.s.) mənim nəvələrimdəndir... Göylərdə və yerdə yaşayan bütün canlılar və quşlar belə, onun (Hz. Mehdi (ə.s.)-ın) hökmdarlığından və xəlifəliyindən (mənəvi liderliyindən) xoşbəxtlik duyacaq. İyirmi il boyunca hökm sürəcək." (əl-Bəyan fi Ahbari Sahibüz Zaman)
Hz. Mehdi (ə.s)-ın hökmranlığı zamanında zalımların, münafiqlərin və xainlərin hökmranlığı, siyasi nüfuzu sona çatacaq. (əl-Mehdiyy-il Mevud, 1-ci cild. 1, səh. 252)
Hz.Mehdi (ə.s)-ın hökuməti zamanında hər kəsə elm və hikmət öyrədəcəklər, qadınlar evlərində Allahın Kitabı və Peyğəmbər (s.ə.v)-in sünnəsiylə hökm edəcəklər. (Biharül Ənvar,52-ci cild. 52, səh. 352)
Hz. Mehdi (ə.s.)-ın mühakimə və hökmlərində, Hz.Mehdi (ə.s)-ın hökumətində kimsəyə bir iynə ucu qədər belə zülm və haqsızlıq edilməyəcək və kimsə təhqir edilməyəcək. (əl-Mehdiyy-il Mev'ud, 1-ci cild , səh. 280, 283, 284)
"Fütühat-ül Məkkiyə" adlı əsərində Muhyiddin Ərəbi əl Ənidilisi belə bildirməkdədir: ... Onun (hz. Mehdi (ə.s)-ın) düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar hz. Mehdi (ə.s)-ın məzhəb imamlarının tərsinə hökm etdiyini gördüklərində bundan xoşları gəlməyəcək, lakin qarşı da gəlməyəcəklər... Onun (hz. Mehdi (ə.s)-ın) qılıncı qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər istəməz hakimiyyətinə boyun əyəcəklər.
Onun (Hz. Mehdi (ə.s)-ın) açıq düşmənlərin fiqiha olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Hətta ehkam barəsində elmləri də azalacaq. Bu imamın (hz. Mehdi (ə.s)-ın) gəlişiylə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq... Əgər əlində qılınc (elm) olmasaydı faqihlər onun (hz. Mehdi (ə.s)-ın) ölümünə fətva verərdilər. Lakin Cənabı Haqq, onu (hz. Mehdi (ə.s)-ı) kərəmiylə və qılınc (qardaşlarıyla) ilə təthir edəcək (təmizləyəcək), onlar ona (hz. Mehdi (ə.s)-a) itaət edəcəklər. Çünki xalq arasında imtiyazları qalmayacaq, hətta ehkam barəsində elmləri də azalacaq. Hz. Mehdi (ə.s)-ın gəlişiylə alimlərin hökmlərindəki ixtilaflar da aradan qaldırılacaq. Ondan (hz. Mehdi (ə.s)-dan) həm qorxacaqlar həm də bir şey ümid edəcəklər. Ürəkdən ondan (hz. Mehdi (ə.s)-dan) nifrət edəcəklər. Lakin buna baxmayaraq istər istəməz hökmünü qəbul edəcəklər. (Mədinəli Allamə Məhəmməd İbn Rəsul əl-Hüseyni əl-Bərzənci, Qiyamət əlamətləri, səh. 187, Pambıq nəşriyyat) (Ramuz əl-hədis., səh. 56, 73)
Abdullah ibn Ömər (r.ə.)-dan rəvayətə görə Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Mənim Əhli Beytimdən adı adıma uyğun olan bir adam (Hz.Mehdi (ə.s) bütün ərəblər üzərinə hakimiyyət quruncaya qədər dünya yox olub getməz"
Yenə Abdullah ibn Ömər (r.ə.)-dan başqa bir rəvayətə görə Əbul Qasim Taberani "Əl- Mucemus-sagir" əsərində bildirmişdir: "Mənim Əhli Beytimdən adı adıma uyğun olan bir adam (Hz.Mehdi (ə.s)) (yer üzündə) hakimiyyət quruncaya qədər dünya yox olub getməz. O, daha əvvəl zülm və əziyyət ilə doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq." Bundan başqa, Tirmizi " əl Məscid" əsərində və Əbu Davud da "Sünən" adlı əsərində təxmini olaraq eyni mənaya gələn lakin bəzi sözlərin yerləri dəyişik şəkildə göstərilmişdir.
Ümmətimdən bir camaat (Hz.Mehdi (ə.s) camaatı) hər kəs üzərində hakim olmadıqca qiyamət qopmaz. Onlar özlərini tərk edənlərə görə üzülməz, özlərinə də yardım edənə üzülməzlər. (Ramuz əl-hadis, 472 -Hənbəlin Müsnədi - Buxari - Müslim)
İmam Mehdi (ə.s)-ın hökuməti (mənəvi hakimiyyəti) əsnasında prospektlər çoxalacaq (küçələr çox böyük və geniş olacaq). (Bihar-ül Ənvar, 52-ci cild, səh. 333; Mikyaal al-Makaarim,1-ci cild. səh. 294 Şeyx Tusinin qeydlərindən köçürmələr.)
4. Hz.Mehdi (ə.s)-da Allahın “Mehdi” adı, yəni hidayətə vəsilə olan adı təcəlli edəcək
Allahın “Hadi”, yəni "Hidayət verən, Doğru yola çatdıran" adı hz. Mehdidə də təcəlli edir. "Mehdi" adı da, "hidayətə çatdıran" mənasındadır. Hz. Mehdi (ə.s), Allahın izniylə dünyanın dörd bir tərəfindəki bütün insanların Allaha iman etmələrinə və İslam əxlaqına yönəlmələrinə vəsilə olacaq.
"Hz.Mehdi (ə.s) mütləq qiyam edəcək. Allahın ad və bərəkətiylə zühur edəcək" (Yəni İmamın qiyamı qətidir.) O, Allahın adı və bərəkətiylə qiyam edəcək. (Yenabi-ul Məveddə, 2-ci cild, səh. 197)
Hz. Mehdi (ə.s.) alovlu hidayət məşəliylə aləmdə gəzər və salehlər kimi yaşayar. (əl-Mehdiyyil Mevud, 1-ci cild, səh. 281-282 və 266 və 300.)
O (Hz.Mehdi (ə.s)), yer üzünü ədalət, nur və açıq dəlillərlə dolduracaq. Bütün ölkələr tamamilə ona itaət edəcək və onun qarşısında boyun əyəcək. Belə ki, bütün kafirlər iman edəcək və bütün pislər saleh qullar (pis insanlar düzəlib hidayət tapıb səmimi müsəlmanlar) olacaq. (İsbat-ul Hudat, 7-ci cild, səh. 49)
"Ey Əhli Beyt! Mehdi (ə.s.) bizdəndir. Əziz və Cəlil olan Alah onu (Hz.Mehdi (ə.s)-ı) bir gecədə islah və irşad edəcək. (doğru yolu göstərəcək)." (ölüm-qiyamət-Axirət və Axır Zaman Əlamətləri, İmam Şarani, səh. 437)
5. “Hz.Mehdi (ə.s) Mürşid və Qütbi Əzəm, yəni müsəlmanların bağlandıqları ən böyük övliyalardan biri və zamanının ən böyük Mürşidi xüsusiyyətini daşıyacaq”
Allahın hz. Mehdi (ə.s.)-a necə kömək edəcəyini İmam Rza (ə.s) belə açıqlamışdır: Allah hz. Mehdi (ə.s.)-a ürək genişliyi verəcək. Ürəyini həqiqət və hikmətlərin bulağı edəcək, ona daim elmini ilham edəcək.
Ondan sonra heç bir problemin cavabından aciz qalmayacaq, səhih yol göstəricilikdə və həqiqətləri bəyan etməkdə əsla pozğunluğa düşməyəcək. (Allahın diləməsiylə) səhvlərdən uzaq, günahsızdır. Səhv və dolaşmalardan amandadır. Qullarına sübut və şahid olması üçün onu bu mövqeyə Allah seçmişdir. Allah bu İlahi lütfkarlığını istədiyinə verər və Allah böyük lütfkarlıq sahibidir. (Üsulu Kafi, 1-ci cild, səh. 390)
İmam Məhəmməd Baqir (ə.s) belə buyurmuşdur :
Qaimimiz (Hz.Mehdi (ə.s)) qiyam edincə qulların başına əlini sürəcək və onların dağınıq fikirlərini bir yerə yığacaq. Onları bir hədəfə doğru yönəldəcək və onlarda bəyənilmiş əxlaqı mükəmməllik səviyyəsinə çatdıracaq. (Bihur-ul Ənvar, 52-ci cild, səh. 336)
Necə ki, Hakim ət- Tirmizi –kuddisə sırruh- Həzrətləri "Hatmül-övliya" kitabında Hz. Mehdi (ə.s.) üçün belə demişdir:
“Necə ki peyğəmbərlərin sonuncusu olan Məhəmməd (s.ə.v)-ə ‘Xəttəmi nübuvə' verilmişsə və o bütün Peyğəmbərlər üzərinə Allahın bir dəlili isə, verilənlərin sonuncusu olan bu vəli (Hz.Mehdi (ə.s)) də axır zamanda elə olacaq.”
Muhyiddin İbnül-Ərəbi –kuddisə sırruh- Həzrətləri, Hakim ət- Tirimizi –kuddisə sırruh- Həzrətlərinin "Hatmül-övliya"da soruşduğu sualları cavablandırmaq üçün yazdığı "əl-Cəvabül-Müstakim" adlı əsərində belə buyurmuşdur:
"Buna haqq qazanan, cəddinə (yəni Məhəmməd Əleyhissalama) çox bənzəyən bir kimsədir. O (Hz.Mehdi (ə.s)) ərəbcə çox yaxşı danışa bilməyəcək, lakin əxlaqı barəsində ondan (Peyğəmbərimizdən) fəqli olmaz. O (Hz.Mehdi (ə.s)), orta boylu ərlərdəndir. Mülkün dövrü onunla bitər və vilayət onunla xətmə çatar (bitər). Onun (Hz. Mehdi (ə.s)-ın), adı “Diri” olan bir köməkçisi vardır. Əsli ruhani, görünüşü insanidir."
(El-Cevabü’l-Müstakim amma Seele anhü et-Türmizi el-Hakim, Bayezid, no: 3750, 242b yaprağı)(Nurun Ala Nur Kalblərin Anahtarı Allah-u Təala’nın buyurduğu, Rəsulullah əleyhissəlamın duyurduğu Qiyamət ve əlamətləri Ömər Öngüt / Həqiqət yayıncılık, səh. 288)