Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (3 noyabr 2011, 20:00)
Adnan Oktar: Yunis surəsi, 15. "Onlara ayələrimiz açıq-aydın sənəd halında oxunduğu zaman, Bizimlə qarşılaşmağa ümid etməyənlər", xurafatçılar çox həyasız olur, çıxır, arsız-arsız Allaha qarşı haşa həyasızca, hörmətsizlik edərək iblis kimi bir üslubla danışırlar, baxın, "Bizimlə qarşılaşmağa ümid etməyənlər" deyir, ""bundan başqa bir Quran gətir və ya onu dəyişdir" deyərlər". Necə dəyişdirir? Bütlərindən aldığı xurafatlarla dəyişdirir. O zaman onlar üçün Quran daha dəyişik olmuş olur. Baxın, Peyğəmbərimiz (s.ə.v) axirətə getdiyimiz zaman, bütün ümmət, hər kəs toplanacaq. Allah Peyğəmbərimiz (s.ə.v)-dən soruşacaq; ümmətdən nə şikayətin var, ümumiyyətlə ümmətdən nə şikayətin var? Bir sual bir bax, bir şikayət söyləyir Peyğəmbərimiz (s.ə.v) bütün ümmətdən bir. Şeytandan Allaha sığınıram. "Və elçi dedi: "Rəbbim, həqiqətən, mənim qövmüm bu Quranı tərk etdi", (Furqan surəsi, 30). Nəyin ardınca getdilər? Xurafatların, sərsəri xurafatçı dəstəsinin ardınca getdilər, həmçinin Qurana görə hərəkət etmədilər, Rəsulullah (s.ə.v) bunu deyir.