www.theguardian.com və digər darvinistlər niyə yanılırlar?
ucgen

www.theguardian.com və digər darvinistlər niyə yanılırlar?

667

Keçdiyimiz günlərdə bəzi media yayımlarında 170 milyon illik fosil tapıldığına dair xəbərlər yer aldı. Mövzunu diqqət çəkici edən xüsusiyyət milyon illər əvvələ aid canlının qalıqları olması deyildi. Xəbərlərdə fosilin sürünən-balıq növünə aid olduğu iddia edilirdi və ixtiozavr (Ichthyosaurus) adı verilən bu canlının sürünənlər ilə balıqlar arasında keçid forma olduğu təbliğatı aparılırdı.

Bu məqaləmizdə göstərilən iddiaların yanlışlığını elmi dəlilləri ilə ələ alaraq, özünəməxsus, bənzərsiz fiziki xüsusiyyətləriylə diqqəti çəkən bu canlının təkamülçülərin iddia etdikləri tərzdə bir keçid növ olmadığını izah edəcəyik.

Daha əvvəl İxtiozavrlar haqqında verdiyimiz cavab üçün baxın: (http://www.netcevap.org/index.php?git=makale&makale_id=147127)

İxtiozavrlar 245-65 milyon il əvvəl Mezozoy dövründə yaşamış olan dəniz sürünənləridir. Bu canlıların yaşadığı dövrdə quruda və dənizlərdə böyük sürünənlər, məməlilər, quşlar və çiçəkli bitkilər də var idi.

Fosil qeydlərinə görə, ixtiozavrlar dinozavrlar hələ yer üzündə yox ikən okeanlarda üzüb ov edirdilər. Tam bir dəniz canlısı olmalarına rəğmən, bəzi media yayımlarında onlar israrla yarı-sürünən kimi göstərilməyə çalışılır.

Görünüş etibarilə, bu canlılar eynilə dəniz məməlisi olan delfinlərə çox bənzəyir. Məlum olan hər hansı sürünənə bənzəməməsinə və dəniz canlısı xüsusiyyətləri daşımasına rəğmən kərtənkələ-balıq kimi qiymətləndirilməsinin tarixçəsi 19-cu əsrin başlanğıcına kimi gedib çıxır. Bu mövzuda çox mübahisələr yaşanmış, hətta ilk tapılan fosil örnəkləri təkamülçülər tərəfindən “balıq” kimi tanıdılmışdır. Diqqətə çarpan xüsusiyyətləri səbəbiylə balina və delfinləri ehtiva edən dəniz məməlilərini təsvir edən Cetecea sinfinə daxil edilmək üzərəykən, dəniz məməliləri ilə quru sürünənləri arasında Darvinistlərin var olduğunu iddia etdikləri təkamül uçurumu bağlamaq məqsədli, sürünən-balıq olaraq adlandırılmışlardır. (Ancient Marine Reptiles, Jack M. Callaway,Elizabeth L. Nicholls, Academic Press, 1997, səhfə:4)

Halbuki ixtiozavr qurudakı həyata dair heç bir xüsusiyyət daşımayan tam dəniz canlısıdır. Tamamilə su içində yaşayan, Arximed qüvvətlərinə uyğun bədən quruluşuna sahib tam üzücüdür. Necə ki, tipik balıq fəqərəsindən fərqsiz olaraq, fəqərələrinin disk şəklində olması da bu səbəbdəndir. (Sander, P.M., 2000, "Ichthyosauria: their diversity, distribution, and phylogeny", Paläontologische Zeitschrift 74: 1–35)

Bu canlının ən çox məlum olan xüsusiyyətlərindən biri də quru ilə əlaqəsinin olmaması, okeanın dərinliklərində yaşayan dib canlısı olmasıdır. Dəniz dibində bacarıqlı ovçu, qüsursuz üzgəclərə sahib dəniz sürünəni olan bu canlının 19-cu əsrin başlanğıcında tapılan ilk fosillərində bel üzgəci müşahidə edilməmişdir. Amma 19-cu əsrin sonlarına yaxın, Almaniyada Holsmaden çöküntü yatağında (Holzmaden Lagerstätten), xüsusi şərait sayəsində yumşaq toxumalara aid izlərin çox yaxşı qorunduğu fosillər tapılmışdır. Bu fosillər eynilə delfinlərdə olduğu kimi “bel üzgəci”, üfüqi deyil, perpendikulyar aypara səkilli quyruq üzgəci və yanlardan aşağı doğru baxan sivri uclu qarın üzgəclərinin varlığını üzə çıxarmışdır. Bəzi örnəklərdə üzgəclərin 4 qatdan ibarət kollagen təbəqə və tor toxuma ilə dəstəkləndiyi müşahidə edilmişdir. (Lingham-Soliar, T., 1999, "Rare soft-tissue preservation showing fibrous structures in an ichthyosaur from the Lower Lias (Jurassic) of England", Proceedings of the Royal Society of London B 266: 2367-2373)

Canlının dəri quruluşunun da digər sürünənlərə əsla bənzəmədiyi açıq-aşkar bəlli olmuşdur. Bildiyimiz kimi, sürünənlərin dərisi pulcuqlarla örtülüdür. Amma incə tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ixtiozavr dərisi tamamilə pulcuqsuz olub eynilə delfinlərdə olduğu kimi düz və elastik quruluşludur. (Lingham-Soliar, T., 2001, "The ichthyosaur integument: skin fibers, a means for a strong, flexible and smooth skin", Lethaia 34: 287-302)

Təkamülçülərin varlığını iddia etdikləri xəyali sürünən-balıqlar şirin su kənarlarında yaşamalı idilər. Timsah kimi sürünənlər çayların axdığı şirin su hövzələrində yaşayırlar. İxtiozavrlar isə sahil canlıları deyil və duzlu sularda, açıq dənizlərin və okeanların dərinliklərində yaşamışdılar. (McGowan, C., 1978, "Further evidence for the wide geographical distribution of ichthyosaur taxa (Reptilia, Ichthyosauria)", Journal of Paleontology 52: 1155–1162) Məhz bu səbəbdən də ixtiozavr haqqındakı darvinist iddialar və “qurudan suya qayıdış” nağılı içindən çıxılmaz hal olaraq qalmışdır.

Bu canlılar yer üzündəki bütün canlılar arasında ən böyük gözə sahibdir. Qeydə alınan ən böyük ixtiozavr gözü 264 mm. ölçüdə olub 12 metr uzunluğunda olduğu təxmin edilən Temnodontosaurus platyodon”a aiddir. Hər hansı dinozavrın və ya balinanın gözü isə bu canlıların gözündən çox kiçikdir. Böyük gözlər ixtiozavrların işığın çox az olduğu qaranlıq dərin sularda rahatlıqla ov etdiklərini göstərir və bu şəkildə canlının ovunu çox rahat tapa bildiyi qəbul edilir.

Bildiyimiz kimi, sürünənlərin hamısı yumurtlayaraq çoxalan canlılardır. Amma ixtiozavrlar balasını amnion kisəsində böyüdüb diri bala doğan dəniz sürünənləridir. Qarnında dölü ilə fosilləşmiş çox sayda ixtiozavr fosili tapılmışdır. (Motani R, Jiang D-y, Tintori A, Rieppel O, Chen G-b (2014) Terrestrial Origin of Viviparity in Mesozoic Marine Reptiles Indicated by Early Triassic Embryonic Fossils. PLoS ONE 9(2): e88640. doi:10.1371/journal.pone.0088640)

Məməlilərin maddələr mübadiləsi daxil bütün çoxalma sistemləri yumurtlayan sürünənlərdən tamam ayrı xüsusiyyətlərə malikdir. Bu iki sinifə aid orqan və sistemlərin arasında isə nəhəng uçurum vardır.

Sürünənlər adətən soyuqqanlı, yumurtlayan canlılardır. Ətraf mühitin temperaturu maddələr mübadiləsi və hərəkətlərinin sürətini müəyyən edən əsas amildir. Lakin ixtiozavrların istiqanlı olduqları qəbul edilir. Çünki Şimal Buzlu okeanın sularında soyuqdan təsirlənmədən çox sürətli üzdükləri bilinən, sürətli maddələr mübadiləsinə sahib ovçu canlılardır.

Təkamül iddiasını məhv edən açıq həqiqətlərdən başqa biri də ixtiozavrların dünyanın bir çox yerində eyni vaxtda ortaya çıxmalarıdır. Təkamülçü paleontoloq, professor Rösuke Motani bu vəziyyəti belə bildirir:

İxtiozavrlara aid olan ilk aydın fosil nümunələri Trias dövründə başda Kanada, Çin, Yaponiya və Şpitsbergen (Şimali Norveç) olmaqla, şimal yarımkürəsində geniş yayılmış halda, anidən və təqribən eyni anda ortaya çıxır” (Ryosuke Motani, “Evolution of Fish-Shaped Reptiles (Reptilia: Ichthyopterygia) in Their Physical Environments and Constraints,” Annual Review of Earth and Planetary Sciences, Vol. 33: 395–420)

Bu təkamülçü alimin etirafında da göründüyü kimi, ixtiozavr yer üzündə əskiksiz və qüsursuz üzv və sistemlərə sahib olaraq bir anda ortaya çıxmışdır. Fosil qeydlərində ixtiozavrların əcdadları olaraq iddia edilə biləcək keçid formalardan əsər-əlamət yoxdur.

Kolbert və Morales, "Evolution of the Vertebrates" (Onurğalıların təkamülü) adlı kitablarında bu canlıların mənşəyi haqqında bunları deyirlər:

Dəniz sürünənlərinin bir çox yöndən ən xüsusiləşmiş növü olan ixtiozavr erkən Trias dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil olması son dərəcə ani və dramatik şəkildə baş vermişdir. Trias dövründən əvvəlki dövrlərə aid fosil yataqlarında ixtiozavrların əcdadlarına aid heç bir iz yoxdur… İxtiozavr əlaqələri haqqındakı ən başlıca problem bu canlıları məlum olan başqa hər hansı sürünən dəstəsinə daxil edə bilmək üçün heç bir dəlilin tapılmamasıdır”.  (E. H. Colbert, M. Morales, Evolution of the Vertebrates, New York, John Wiley and Sons, 1991, s. 193)

Bu canlıların sözdə "atası" olaraq göstərilə biləcək ona bənzəyən, daha əksik sistemlərə sahib hər hansı quru ya da dəniz canlısı yoxdur. Atası belə göstərilə bilməyən bir növün təkamül keçirdiyini iddia etmək isə tamamilə mənasızdır. Digər tərəfdən təkamül tərəfdarları canlının kərtənkələyə bənzədilməyə çalışılması isə çox qərəzlidir. Əzələli quruluşuyla olduqca sürətli üzən canlı olduğu qəbul edilərkən, kimsə nə quruda nə də dəniz dibində süründüyünü iddia etməməkdədir. Sürünən xüsusiyyətləri göstərməməsinə baxmayaraq kərtənkələ-balıq deyə adlandırılması isə tamamilə mənasızdır.

Qısaca təkamül nağılının qurudan dənizə geri dönüş hissəsindəki məntiqsizlikləri örtmək üçün üstün üzgüçü olan, delfindən az qala heç bir fərqi olmayan nəsli kəsilmiş bu dəniz məməlisini istifadə etməyə çalışan Darvinistlər boşa çalışmaqdadırlar. 170 milyon il əvvələ aid bu fosili təkamülçü yayınlardakı səyin əksinə yeni ya da ara növə deyil, sadə dərin dəniz canlısına aiddir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo