Bosniya TV, 3 İyun 2008 Adnan Oktar: Türk-İslam birliyinin meydana gəlməsi üçün mühit tam mənası ilə uyğun hala gəldi. Demək olar ki, hazırda heç bir maneə yoxdur. Məsələn, keçən gün bir qəzet elanı vermişdi yoldaşlarımız, Azərbaycan ilə Türkiyə birləşsin deyə. Hər yerdən çox gözəl, müsbət mesajlar gəldi. Azərbaycan prezidenti də bunu istəyir. Fələstinlə görüşürük, istəyirlər İslam birliyini. Suriya istəyir, İraq istəyir, Fas, Tunis, Cəzair hamısı istəyir, istəməyən yoxdur. Yalnız adı qoyulacaqdır. Amma təbii olaraq bunun bir sahibi vardır, bir zamanı vardır. Onun meydana gəlməsi üçün Allah zamanı gözlədir. Adnan Oktar: Baxın çox açıq olaraq Avropa Birliyi xristianlıq əsasında birləşmiş vəziyyətdədir. Bu gün bir xristian birliyini meydana gətirdilər. Demək ki, bu ola bilər. Xristian birliyi olarsa, müsəlman birliyi də olar. Heç olmayacaq kimi görünən xristian birliyi idi, bu çox rahat oldu. Aralıq dənizi birliyi ola biləcəyinə görə, İslam birliyi bunlardan çox daha məntiqli və daha asandır. Türk ölkələri də bölünmüş vəziyyətdədir. Ankara, Konya, İzmir kimi dağılmış vəziyyətdədir. Türküstan, Azərbaycan, tamamilə süni bir bölünmə var və Qazaxıstan. Hamısı İslam ölkəsidir. Bu Türk-İslam birliyində biz yəhudilərin də rahatlamasını, İsrailin də xilas olmasını istəyirik. İsrailin də rahatlamasını istəyirik. Ermənistanın da xilas olmasını və rahatlamasını istəyirik. Türk-İslam birliyi eyni zamanda qeyri-müsəlmanların da əmin-amanlıq içində cənnətdəki kimi yaşayacağı, təhlükəsizlik içində yaşayacağı bir birlikdir. Bu eqoist bir birlik deyil. |