Bakteriyalar çox ağıllı canlılardır. Onların heç bir insanın sahib olmadığı (Allah istəmədikcə) bacarıqları var. Yer üzündə demək olar ki, bir çox şey bakteriyaların əməyi və birgə çalışması ilə düzəlir. Onların faydalı xüsusiyyətləri saysızdır. Bakteriya deyiləndə ilk olaraq zərərli patogen (xəstəlik törədən) növlər düşünülür. Halbuki onların faydalarını saymaqla qurtarmaq olmur. Onlar, əslində, dünyaya infrastruktur xidməti göstərən, səssizcə və fədakarca işləyən işçilərdir.
Üstəlik onlar da öz aralarında əlaqə yaratmaq üçün bir-biriləri ilə danışırlar. Onların danışmasına, yəni bir-biriləri ilə əlaqə yaratmasına qısaca “QS” (Quorum Sensing) deyilir.
Bakteriyaların bu xüsusiyyətləri, yəni yetərsay olduqlarını hiss edərək (“QS”) bir-biriləri ilə əlaqə yaratmaları osminoq növü olan Havay mürəkkəb balığının (“Euprymna scolopes”) tədqiqi zamanı ilk dəfə 1960-cı illərdə təsbit edilmişdi.
Gecə vaxtı ova çıxan və qarnındakı işıqdan istifadə edən bu mürəkkəb balığı elm adamlarının diqqətini özünə çəkmişdi. Mürəkkəb balığında işığı əmələ gətirən orqanı araşdırdıqda burada “Vibrio fischeri” adlı bakteriya növü aşkar edilmişdi.
“Vibrio fischeri” mürəkkəb balığının içində özünə bir növ yaşayış yeri tapıb. Bakteriyalar mürəkkəb balığı ilə ortaq həyat sürür, bir tərəfdən onun bədənində yaşayır, digər tərəfdən ona işıq istehsal edirlər. Bakteriyanın mürəkkəb balığının içinə nə zaman yerləşdiyi məlum deyil, amma orada doğuşdan mövcud olmadığı, sonradan yerləşdiyi məlumdur.
Bakteriya öz-özünə işıq istehsal etmir. Onun yüksək enerjiyə ehtiyacı var, yəni enerji təmin olunmazsa, bu bacarığını tətbiq edə bilmir. İşığı yalnız Havay mürəkkəb balığı kimi enerji mənbəyini tapdığı zaman istehsal edir. Çünki bakteriya işıq istehsal edərkən hüceyrənin ümumi enerjisinin yarıdan çoxunu istifadə edir və bunu ancaq bu balığın orqanında həyata keçirə bilir.
Bu bakteriyalar üzərində tədqiqat aparılmışdır. Onlar maye mühitində çoxaldılmışdır. Bakteriyaların müəyyən saya çatdıqdan sonra kütləvi şəkildə işıq istehsal etdikləri müşahidə edilmişdir. Müəyyən saya çatmayan bakteriyalar işıq istehsal etməmişlər.
Əlbəttə, bunun üçün bakteriya birliyi bir-biriləri ilə razılaşmalı, saymağı bilməli, birlikdə hərəkət etmək üçün rabitə yaratmalıdırlar. Bunu təmin edən isə “avto induktiv” (xüsusi genin hər hansı fiziki və ya kimyəvi xəbərdarlığı, induktiv, bəzən bir fermentin substratı, hormon kimi bəzi molekullar ola bilər) adlanan siqnal molekuludur.
Bakteriyalar “avto induktiv” siqnal vasitəsilə saylarının yetərli olub-olmadıqlarını bilirlər. Əgər yetərli deyillərsə, həm enerjilərini itirəcək, həm də kifayət qədər işıq istehsal edə bilməyəcəklər.
Xəstəlik törədən bakteriyaların da müəyyən saya çatdıqdan sonra bədəndə immunitet sistemi ilə mübarizə apardıqları və hücuma keçdikləri aydın olmuşdur.
Təkhüceyrəli, gözü, qulağı olmayan bir canlı olduqca dərin ağıl və şüur tələb edən böyük bacarıqlar, planlar qurur və hesablamalar aparır.
İşığın düşmədiyi qaranlıq dünyada sadəcə hislərlə yad mühitin planını bilərək hərəkət edən gözlə görünməyən canlılar, əlbəttə, özbaşına hərəkət etmirlər. Bu canlılara ilham edən, hər şeyi mükəmməl və qüsursuz yaradan uca Rəbbimizdir. Hər şeyin planı və məlumatı Allaha aiddir. Kainatı mükəmməl nizam içində yaradan Rəbbimiz bu canlılara da, dünyadakı digər canlılara da bir qədər (tale) və plan daxilində istiqamət verir. Hər şeyi qüsursuz şəkildə yaradan uca Allah mükəmməl nizamla yaratdığı dünyadakı bütün canlılara nə edəcəklərini ilham edir.
Uca Allah Furqan surəsinin 2-ci ayəsində "Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir" buyuraraq, yaratmasındakı sirri və hər şey üzərindəki idarəsini insanlara xəbər verir.