“TÜRK SÜLHÜ”'
ucgen

“TÜRK SÜLHÜ”'

2162
Nə demişdiNə oldu

Türkməneli TV, 22 aprel 2008

 

Adnan Oktar: Ən mükəmməl ediləcək şey Türk-İslam Birliyini meydana gətirməkdir. Yəni bütün İslam ölkələrinin liderliyini götürmək, bütün Türk dövlətlərinin liderliyini götürmək; çünki bütün Türk dövlətləri onsuz da müsəlmandır; ümumiyyətlə, müsəlmanlardır. Amma eyni zamanda bölgənin də böyük qardaşı olması; Türkiyənin, yəni Ermənistanın mənfəətlərini qoruması, onların da zəngin olması üçün cəhd göstərməsi, İsrailin mənfəətlərini qoruması, Fələstinə hüzur gətirməsi, BÖLGƏYƏ SÜLH GƏTİRMƏSİ, HƏR YÖNDƏN BÖLGƏDƏ BÖYÜK QARDAŞLIQ ETMƏSİ. Bu ən təcili vəzifədir. Bu, Avropa Birliyi baxımından da çox əhəmiyyətlidir. Avropa Birliyinin terrordan xilas olması onlar üçün çox böyük bir nemət və lüksdür. Bunu Türk-İslam Birliyi çox möhkəm təmin edər, qəti təmin edər. İslam aləmində bütün əziyyətlər bitər, bütün qarışıqlıq sona çatar. Türk Dövlətləri Avropa təcrübəsində, hətta onu da keçən böyük bir mədəniyyət həmləsi edərlər. Çünki türk dövlətləri potensial yöndən çox zəngin dövlətlərdir. Çox zəngin coğrafiyaya malikdirlər. Lakin yaxşı birlik qura bilmirlər. Yəni, məsələn, bu gün Türkmənistan, Azərbaycan, buralar böyük potensialı olan ərazilərdir. Bunların Birliyi demək dünyanın ən böyük mədəniyyəti deməkdir.

 

Dastan TV, 5 avqust 2008

 

Adnan Oktar: Amerikanın bu işi edə bilməyəcəyini Amerika özü gördü. Yəni onların edəcəyi bir şey deyil. Avropa heç nə edə bilmir, çəkilirlər onsuz da. İraq tək başına onsuz da bunu edə bilməz, parça-parça olar və vətəndaş müharibələrinə çevrilə bilər, qarışıqlığa gedə bilər hadisə. Fələstin ilə İsrail arasındakı hadisə də sakitləşməz. İnşAllah, tək çarə Türkiyənin bölgədə böyük qardaşlığı qəbul etməsidir. “Mən böyük qardaşlığı sizə təklif edirəm” deyəcək. Bu qədər, rəsmi ağızdan... Hüzur gələcək, ədalət gələcək, sülh gələcək, iqtisadiyyat canlanacaq və super dövlət olacaqlarını çox yaxşı bilirlər....


Star - Açıq Görüş, 6 iyun 2010

 

Türkiyə üçün də Fələstin əhəmiyyətlidir. Bu bölgə üçün Osmanlının xələfi olan biz müsəlman türklər özümüzü vicdani olaraq məsul hiss etməkdəyik. Yəni bölgədə sülh və sabitlik arzulayan Türkiyə əvvəlcə hər kəsin ortaq problemi olan və insanlığın vicdanını narahat edən Fələstin probleminə sahib çıxma ehtiyacı hiss etməkdədir.... Mavi Mərmərə basqını irəlidə, Orta şərqdə qlobal sistemlə də uyum içində yeni bir pax-Turcica (Türk barışı, nizamı) dövrünün başlamasının miladi tarixi olaraq anılacaq. Bu mənada Aralıq dənizində İsrailin tökdüyü qan orta şərqdə Türkiyə liderliyində qurulacaq yeni sülh düzənin ilk can suyu olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo