Darvinin canlıların mənşəyinə dair fərziyyələri heç bir elmi tapıntı ya da təcrübəyə söykənmiridi. Ancaq Darvin, dövrün materialist bioloqlarından aldığı dəstək və təşviqlərlə, bu fərziyyələrini bir nəzəriyyə halına gətirdi. Bu nəzəriyyəyə görə canlılar sözdə tək bir primitiv atadan gəlirdilər, amma çox uzun bir müddət ərzində kiçik kiçik dəyişmələrə uğramışdılar və beləcə fərqliləşmişlər. Darvinin dövründə də, Darvindən sonra keçən təxminən 150 il boyunca da bu fərziyyə konkret elmi tapıntılarla sübut olunmadı. Tam tərsinə əldə edilən bütün qalıqlar, canlıların bəzən on, bəzən yüz milyonlarla il boyunca dəyişmədiyini ortaya qoydu. Nəzəriyyə elm qarşısında rəsmi olaraq çökdü. Bu çöküşün dəlillərindən biri də şəkildəki 95 milyon illik mantis krevet qalığıdır.