HZ. MƏHƏMMƏDİN (S.Ə.V)  MÜBARƏK NƏSLİ: SEYİDLƏR
ucgen

HZ. MƏHƏMMƏDİN (S.Ə.V) MÜBARƏK NƏSLİ: SEYİDLƏR

1762

Peyğəmbər Əfəndimiz (s.ə.v)-in qızı Hz. Fatma (r.a)-dan olan nəvəsi Hz. Həsən (r.a) soyundan gələn kəslərə İslam mədəniyyətində "Şərif" adı verilir. Hz. Məhəmməd (s.ə.v)-in digər nəvəsi olan Hz. Hüseyn (r.a)-ın soyundan olan şəxslər də "seyid" olaraq adlandırılmaqdadır.

Ərəbcə olan seyid sözü azərbaycanca “əfəndi”, “bəy” ,“rəis” kimi mənaları ifadə edir. Hədis-i şəriflərdə bu ifadə “qəbilə başçısı, cəmiyyətin qabaqda gedən seçilmiş şəxsləri” kimi mənalarda işlədilmişdir.Seyidlər bəzi  İslam coğrafiyalarında həbib, əmir ya da mir olaraq adlandırılırlar.

Böyük hədis alimləri İmam Buxari və Tirmizi seyid sözünü ilk dəfə Rəsulullah (s.ə.v)-in Hz.Həsən (r.a) üçün işlətdiyini bildirib. Rəsulu Əkrəm (s.ə.v) bir gün minbərdə olduğu zaman yanındaki Həsən (r.a)-a işarə edərək “Bu oğlum seyiddir. Ümid edilir ki, Allah onun vasitəsi ilə iki müsəlman ümməti barışdırar.” demişdi. (Buxari, Swlh, 9; Tirmizi , Menakıp, 31). Peyğəmbərimiz (s.ə.v) başqa bir hədisi şərifində də  ”Həsən və Hüseyn cənnət əhli gənclərinin ilk seyidləridirlər.” (Tirmizi, Menasik, 31) buyurmuşdur.

Hz. Məhəmməd (s.ə.v), bütün Müsəlman aləminin şövq və həyacanla gözlədiyi Axir Zamanda zühur edəcək olan Hz.Mehdi (ə.s)-ın də öz nəslindən olacağını belə müjdələmişdir:

“Biz , Əbdülmüttalibin uşaqlari cənnət əhlinin seyidləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Hz. Mehdi (ə.s)" (İbn Macə, Fitən, 34)

 

Müsəlmanlar seyidlərə həmişə böyük bir sevgi və hörmətlə yanaşmışlar

Müsəlmanlar Rəsulullaha bəslədikləri sevgini və məhəbbəti, onun mübarək nəslindən gələn seyidlərə qarşı da həmişə göstərmişlər. Müsəlmanların qəlblərindəki coşğun Əhli-Beyt sevgisi ilə əlaqədar olaraq Hz. Məhəmməd  (s.ə.v)-in nəslindən olanlar müsəlmanlar tərəfindən  hər zaman üçün böyük bir etibar görmüşdür. Demək olar ki, bütün islam ölkələrində seyidlər dünyəvi araşdırmalarda fərqli bir mövqedə tutulmuş, onlara müxtəlif asanlıqlar yaradılmağa çalışılmışdır.

Tarixdəki hər islam dövlətində , seyidlər zümrəsinin işləri ilə maraqlanan qurumların mövcud olması və bu müəssənin başında duran kimsənin (Nakibul-Əşraf əfəndi) də mövqe baxımdan yüksəkdə duran insanlardan biri kimi dəyərləndirilməsi , bu vəziyyətin ən açıq dəlilidir.

 

Seyidlər fərqli coğrafiyalara necə yayılmışdırlar?

Dörd xəlifə dövründə İslam əxlaqını təbliğ etmək üçün Asiya və Afrikanın bir çox bölgələrinə gedən Müsəlmanlar olmuşdur.Bu təbliğ səfərləri, əsasən, Hz.Ömər (r.a) və Hz.Osman (r.a) zamanında daha çox olmuşdur. Quran əxlaqını bütün insanlara izah etmək üçün yola çıxanların arasında bir çox seyid də olmuşdur. Bu seyidlər topluluqla getdikləri bölgələrdə məskunlaşmış və o bölgənin yerli xalqı ilə qaynaşmışlar.

Ancaq köç edən seyidlərin böyük qismi, köç edən digər müsəlmanlar kimi dörd xəlifə dövründən sonra hakimiyyətə gələn Əməvilərin sərt davranışı ilə əlaqəli Ərəbistandan ayrılmışdılar.

Hz.Həsən (r.a) və Hz.Hüseyn (r.a)-ın şəhid edilmələrindən sonra köç hərəkətləri daha da artmışdır.

Köçlər o zamankı İslam dövlətinin sərhəd bölgələri olan Məğrib (Fas) ,Qafqaz, Mavərənnəhr, Xorasan, Təbəristan və Yəmən kimi yerlərdə olmuşlar. Bu seyid köçləri nəticəsində Fasda İdrisilər, Yəməndə Süleymanilər, İranda Zeydilər kimi bir çox xanədanlıqlar qurulmuşdur.

Bir çox seyid  Monqollar və Türk dövlətlərinə sığınmış, buradakı yerli xalq ilə qaynaşmışdılar. Hətta bir çox zaman Qafqazda qurulan Noqay xanlığında olduğu kimi dövlətin qurucuları arasında da yer tutmuşdular.

 

Türkiyəyə də fərqli vaxtlarda seyid köçləri olmuşdur

Türkiyə ən uzun ömürlü və ən geniş torpaqlara sahib Türk-İslam dövləti olan Osmanlı imperiyasının tək varisi olması etibarilə seyidlərin sıx olaraq yerləşdiyi ölkələrdən biridir. Günümüzdə ölkəmizin bir çox yerinə yayılmış olmaqla bərabər daha çox Ankara, Siirt, Şanlıurfa, Ərzurum, Əlazığ, Ərzincan, Adana, İğdir kimi şəhərlərdə daha sıx olaraq yaşamaqdadırlar. Bu seyidlərin çoxu ilk seyid köçləri ilə bərabər Anadoluya gəlib yerləşmişdilər. Ancaq daha sonra da müxtəlif vəsilələrlə Türkiyə torpaqlarına olan köçlər davam etmişdir.

 

Cənab Adnan Oktar da seyiddir

Xüsusilə  Osmanlı-Rus və Rus- Qafqaz savaşları dövründə Anadoluya köç edən çoxlu sayda Qafqazlıların arasında bir çox seyid olduğu da bildirilməkdədir. Bu seyidlər daha çox İç Anadolu bölgəsində yerləşdirilmişdir. O dövrdə Türkiyədə yerləşən seyid ailələri arasında cənab Adnan Oktarın babası Ömər bəy və ailəsi də olmuşdur.

Ömər bəyin babası olan Bəslən Arslan Kasayevin kökü isə Noqay xanlığına söykənir. Bəslən Arslan Kasayevin ailəsi Arslan oğulları olaraq tanınmaqdadır. Arslan oğullari 1827-ci ildə Qafqaz qubernatorluğu üçün hazırlanan bir bölgədə adı keçən 21 seyid ailələrindən biridir və ailə 1902-ci ildə torpaqlarından ayrılıb Ankaranın Bala qəsəbəsinə yerləşmişdir.

Kara Noqay və Yeduskul bölgələrində yaşayan Nuqay seyidləri haqqında ad, soyadlar və ailə üzvlərinə aid məlumatlar.

Seyid ailələri, yaşadıqları bölgələrdəki xalq tərəfindən də tanınan və bilinən kəslərdir. Bu ailələr bir-birlərinə şahid və zamin olan bir birlik meydana gətirmişlər.

* Rusiya Federasiyası Stavropol Federal Arxivində yer alan, 17 İyul 1827-ci il tarixli orjinal sənədin surəti. Arxiv No: 48, Cild 2, Fayl No: 853



Rusiya Federasiyası Stavropol Federal Arxivində yer alan, 17 İyul 1827-ci il tarixli orjinal sənədin surəti. Arxiv No: 48, Cild 2, Fayl No: 853

 

Ailə mənsubları

    Kişi və Ailəsi

Kişi

Qadın

1. Nugay Kaplanov və ailəsi

4

3

2. Yusuf Əli Aysoltanov və ailəsi

2

5

3. Bəslən Arslan Kasayev və ailəsi

2

4

4. Xan Muhambet İsmayılov və ailəsi

3

-

5. Muhambet Kantemirov və ailəsi

8

9

6. Mengligirey Tilenchiyev və ailəsi

3

-

7. Yanseyid Abdullayev və ailəsi

2

4

8. Qazı İnal Batırburzayev və ailəsi

5

7

9. Hayati Əhmədov və ailəsi

3

3

10. Nəmin Yasenbi Adjiyev və ailəsi

8

5

11. Əlibəy Mamayev və ailəsi

3

3

12. Musousov və ailəsi

2

3

13. Əlibek Soltanəliyev və ailəsi

4

-

14. Bekmurza Karamurzayev və ailəsi

3

2

15. Aslangirey Temirxanov və ailəsi

3

3

16. Əlibəy Temirov və ailəsi

2

3

17. Əli Mamayev və ailəsi

3

1

18. Beymurza İsterekov və ailəsi

4

3

19. Tausultan Temirhanov və ailəsi

7

-

20. Mamay Arslanov və ailəsi

1

-

21. Magomet Utepov və ailəsi

3

3

CƏMİ ADAM SAYI

75

61

 

Bu tarixi məlumatlarda, Qara Noqay və Yeduskul bölgələrində yaşayan Nuqay seyidlərinin şəxsiyyətləri və ailələri haqqında məlumatlar mövcuddur. Bu məlumatlar ardıcıl şəkildə hazırlanmış olub 3-cü sırada Adnan Oktarın  (Harun Yəhyanın) babasının babası olan Bəslən Arslan ve ailəsinin qeydi yer almaqdadır. Adnan Oktarın babası Ömər bəy Qafqazda doğulmuş, 1902-ci ildə Ankaranın Bala qəsəbəsində məskunlaşmışdır. Ömər bəyin atası Hacı Yusif, Hacı Yusifin atası isə rus tarixlərində seyid olaraq qeyd olunan Bəslən Arslan Kasayevdir.



Adnan Oktarın atasının adı rəsmi qeydlərdə Yusif Oktar Arslan olaraq keçməkdədir. Arslan soyadı  Rus qaynaqlarında da yer almaqdadır.

 

Türk-İslam mədəniyyətində seyidlərə verilən dəyər

Türk-İslam dövlətlərində ölkənin ən hörmətli və qabaqcıl kişiləri əsgərlər olaraq qəbul edilirdi. İdarəçilər və xalq, seyidləri də əsgərlər sinfinə mənsubmuş kimi qiymətləndirmiş və onlara böyük bir etibar göstərmişdilər. Bütün vergilərdən və xərclərdən azad olunmuşdular. Dövlət hər hansı bir maddi sıxıntı yaşamamaları üçün onlara aylıq maaş ayırmışdı.

Bəzən yerli idarəedicilər ədalətsiz davranıb seyid və şəriflərdən də vergi almağa çalışmışlar. Ancaq mərkəzdən edilən tənzimləmələr nəticəsində bu cür davranışların qarşısı alınmışdır. Hz. Peyğəmbər (s.ə.v) nəslindən gələnlərin heç bir şəkildə incidilməməsi və onlara son dərəcə hörmətlə davranılmasına aid bir çox padşah fərmanı olmuşdur.

Övliya Çələbi kimi bir çox Osmanlı tarixçisi seyidlərin çoxunun olduqca səmimi və incə düşüncəli olduqlarını, seyidliklərini bəlli etməkdən çəkinən bir əxlaqa sahib olduqlarını ifadə etmişdir. Ancaq zaman-zaman seyidlərin sahib olduqları imtiyazlardan istifadə etmək istəyən pis niyyətli  insanlar ortaya çıxmışdır.

 

Dövrümüzdə seyidlər yurdumuzun bir çox yerinə yayılmış olmaqla yanaşı daha çox Ankara, Siirt, Ərzurum, Əlazığ, Ərzincan, Adana, İğdir kimi şəhərlərdə daha sıx olaraq yaşayırlar.

Mütəseyid (saxta seyid) olaraq adlandırılan bu insanların sayı sürətlə artdığı üçün Dövləti Ali Osmaniyənin vergi qaynaqlarında  meydana gələn ciddi azalmanın qarşısını almaq üçün və seyidlik məqamının adını qorumaq üçün bəzi tədbirlər görülmüşdür. Seyid olduğunu iddia edən hər kəs haqqında əsaslı araşdırma edilmişdir. Seyid və şəriflərin silsilələrini və şəcərəyi-tayyibə deyilən soy köklərini qeyd edib qoruyan nakibüləşrəf adlı bir müəssisə qurulmuşdur. Bu müəssisə ilk olaraq Sultan Çələbi Mehmet zamanında qurulmuş, Fatih Sultan Mehmet zamanında aradan qaldırılmış, II Bəyazid tərəfindən yenidən bərpa edilmişdir.

Saxta seyidlərin həqiqi seyidlər arasına qarışmasına mane olmaq üçün taşraya naib (İstanbulda yaşayan və seyidlərin başı olaraq görülən nakibüləşraf əfəndinin vəkillərinə bu ad verilir) deyilən özəl vəzifəlilər göndərilmiş və yoxlama dəftərləri tutulmuşdur.  Bu dəftərlər hər hansı seyidlik iddiasi üzərində mərkəzdən irəli sürülən araşdırma əsasında sözü gedən adların qeydli olub olmadığını tapmağın asan olması üçün seyidliyi ortaya qoyan mövcud dəlillərə əsaslanaraq hazırlanmışdır. Nakibüləşrafın başındakı adam, Osmanlı sarayında olduqca əhəmiyyətli bir yerə sahib idi. Osmanlı padşahlarının taxta çıxışlarında (cülus mərasimində), özlərinə ilk əvvəl nakibüləşraf əfəndi bağlılığı bildirirdi.

Osmanlının bayram tədbirlərində hökmdar ərz otağından çıxıb taxtda oturduğu zaman nakibüləşraf əfəndi bir dua ilə bayram mərasimini açardı.

Həm cülus mərasimlərində, həm də bayram tədbirlərində , nakibüləşraf sultanı təbrik etdiyi zamanda padşah hörmət əlaməti olaraq ayağa qalxardı.  Rəsmi yazışmalarda nakibüləşraflara aid müəyyən ünvanlar işlədilirdi.

Nakibüləşrafdan sonra seyidlərin ən böyük rəhbəri olan və “ələmdar” ünvanı verilən insanlar səfər sırasında saraydan çıxaraq ordu ilə bərabər gedəcək olan “sancaqi-şərif”i daşıyardılar. Sancaqi-şərifin gediş və gəlişində nakibüləşraf əfəndi ilə seyid və şəriflər sancaq mərasiminə qatılaraq təkbir alıb salavat gətirərdilər.

Anadolu torpaqlarında yaşayan seyidlər daha çox üləma (din alimləri) sinfinə mənsubdurlar. Ümumilikdə imamlıq, qazılıq, natiqlik, müftilik, mədrəsə müəllimliyi kimi vəzifələrdə olmuşdular.

Osmanlılarda seyid qəbul edilmək üçün ata tərəfinin Hz. Məhəmməd (s.ə.v)-ə qədər uzanması əsas götürülmüşdür. Ancaq digər islam dövlətlərində çox rastlanmayan bir şəkildə təkcə ana tərəfindən seyid olmağının da mümkün olduğu qənaətinə gəlinmişdir.

Osmanlı imperiyasında  Əli-Abbas kökü (Rəsulallah (s.ə.v)-in əmisinin kökü) də seyidlər kimi etibar görmüşdür.

 

Seyidlik kökü atadan olduğu kimi anadan da gələ bilər

Osmanlılarda seyid qəbul edilmək üçün  ata tərəfdən kökünün Hz. Məhəmməd (s.ə.v)-ə  qədər uzanması əsas götürülmüşdür. Ancaq təkcə ana tərəfindən seyid olmaq da mümkündür. Seyidlik kökü Peyğəmbər Əfəndimiz (s.ə.v)-in qızı, Hz. Həsən (r.a) və Hz. Hüseyn (r.a)-ın anaları Hz. Fatimə  (r.a)-dan günümüzə qədər uzanmaqdadır. Peyğəmbərimiz (s.ə.v)-in oğulları da olmuş,ancaq  bu uşaqlar kiçik yaşlarında vəfat etmişdirlər. Buna əsasən də Peyğəmbərimiz (s.ə.v)-in soyu qızı vəsiləsilə davam etmişdir.

Buradan da başa düşüldüyü kimi ata tərəfindən olduğu kimi ana tərəfindən də seyid ola bilər. Böyük islam alimləri Ərzurumlu İbrahim Haqqı (1703-1780) və Əbdülqadir Qeylani Həzrətləri (1078- 1166) də ana tərəfindən seyidirlər.

 

Mənbə:

1- (XVI-XVII əsrlərdə Qabarday-Rusiya əlaqələri. Sənədlər və yazışmalar, Cild 1, Hazırlayan: Y.N.Kusheva, T.H. Kumikova, Moskva, 1957)

PAYLAŞIN
logo
logo
logo
logo
logo