A9 TV, 24 iyun 2015 Xoş Söhbətlər
PKK-nı dəstəkləyən, Türkiyənin bölünməsini istəyən bəzi Türkiyə əleyhdarları var, bunlar üçün Türkiyənin əleyhində danışmaq əhəmiyyətli olur
Bir güc bir şeyə qarşıdırsa, ona yaltaqlıq edən onun adamı olan kəslərə qarşı bir məhəbbət göstərirlər. Məsələn; PKK-nı dəstəkləyən Türkiyə əleyhdarları var. Türkiyənin bölünməsini istəyir, “Orada ayrı bir millət var. Dili ayrı, inancı ayrı, hər şeyi ayrı tam fərqli bir millət. Bölünsün, ayrılsın. Türkiyə daha zəngin olar” -deyir. Dövlət əleyhinə danışıldığında, hökumət əleyhində danışıldığında əleyhdarlar elə insanlara sahib çıxır. Çox sevgi göstərirlər. Onun üçün Türkiyədə də yeni yetişən yazıçılar var, bunlar bir az kitab oxuyurlar, bir az yazı yazırlar. Bunların izlədikləri bir qrup olur, bunların yüz, yüz əlli şəxsdən ibarət bir qrupları var, o qrupa daxil ola bilmək üçün az qala başını qayalara sürtəcək. Necə olursa olsun, tərif qazana bilmək üçün. O qrupa daxil olmağın ən əhəmiyyətli şərtlərindən biri Türkiyənin əleyhinə danışmaq, xainlik etmək, əxlaqsızlıq etmək, Abdullah Öcalanı tərifləmək, Tayyib hocaya sataşmaq, -haqlı olaraq etsin, tənqid etsin o ayrı məsələdir, haqsız, ədalətsiz danışıqları nəzərdə tuturam. Əlbəttə ki, doğru şey deyilər. Türkiyə ilə əlaqədar casusluq etmək... Casusluqdur çünki Türkiyənin əleyhinə məlumat verirsən, qarşılığında tərif alırsan.
Bir gənc qız məsələn; heç kim vecinə almır, amma bunlar böyük olmağımızı istəyir. Böyük necə olar? Hökumətdən, dövlətdən üstündə olacaq. Bunun üçün nə edilməlidir? Amerika dərin dövlətinə yaltaqlıq etməlidir. Yəni o təkəbbür hissinin verdiyi bir şeydir əslində, yəni xalqdan biri olmaq istəmir. Türk Millətinin hər hansı bir fərdi olmaq istəmir. Dünyanı idarə edən adam olmaq istəyir, yəni dünyanı idarə edən adamların qrupuna qatılmaq. Halbuki dünyanı idarə edən bir qrup da yoxdur, yəni hər kəs öz özbaşına yaşayır, elə bir şey olmur.
Allah birdir. Xristianlar üçləmə yanılmalarından əl çəkərək yalnız Allaha dua etməlidirlər
Mənim Xristianlarda anlaya bilmədiyim bir şey var, bunların təslis inancı var, bilirsiniz. “Allah, Ruhu'l-Kudüs, hz. İsa (ə.s) üçü də Allahdır” -deyir. İsa (ə.s)-ın heykəlini qarşısına qoyub dua edir. Yaxşı üçü də Allahdırsa, o zaman niyə Allaha dua etmirsiniz? Bax biri Allah, biri hz. İsa (ə.s), biri Ruhu'l Qüdsdur. Nə Ruhu'l Qüdsə dua edirlər, madam Allah Ruhu'l-Kudüsdürsa, onda dua etsinlər- xeyr, belə bir şeyi də istəmərik, bu da ayrı məsələdir. Allahı üç ilahdan biri olaraq gördüklərinə görə Allaha dua et onda. Həssaslıqla Allaha dua etmirlər. Mən soruşdum, “olarmı deyirəm?”, “olar” -deyir. Allaha dua edilərmi? “Edilər” -deyir. Dua edərkən heç bir Xristian buna yanaşmır. Bu Allaha çox acıq gələr. Bir insana niyə dua etmək istəyirsən, bir insanı Allah olaraq görmək istəyirsən, Allaha niyə dua etməkdən çəkinirsən? Bir də Tövrata da iman gətirdiklərini söyləyirlər. Tövratda bir tək Allah var. Ağlı başında Xristianlar bunu görürlər, burada bir fövqəladəlik var, fövqəladə bir çöküntü var, bunu görməlidirlər.
Xristianlar arasında dinsizlik yayılsa, Avropa bir fəlakətə doğru gedər
Çünki bu başla Amerikan gəncliyi dinsiz oldu, Avropa gəncliyi də dinsiz oldu, bir qisimi də pozğun oldu. Fəlakətə doğru gedirlər. Rahibləri indi də pozğun (homoseksual) evliliyində vəzifələndirirlərmiş, adamlara “sizi həbsə atarıq” -deyirlər. Bu çox böyük əxlaqsızlıqdır. Sən insanları necə pozğunluğa sürükləyə bilərsən, pozğun bir şeyi necə qanuni etdirə bilərsən, necə təsdiq etdirə bilərsən? Həbsə atmaq nə deməkdir, nə böyük tərbiyəsizlik, nə böyük zülmdür. Buna görə bir rahib özünü yandırdı, ağır gəldi. Bir rahib də “Mən həbsə girməyə razıyam, altmış min təqibçim var və onlar da eyni şəkildə düşünürlər, hamımız birlikdə həbsə girək” -deyir. Bu necə zülmdür, zorla dünyanı dəccalın ağızına soxurlar.
(MHP-nin Məclis sədrliyinə namizədi Ekmeleddin İhsanoğlu oldu. İhsanoğlu ərizəsini Məclis sədrliyinə təqdim etdi. CHP-nin Məclis sədrliyinə namizədinin Dəniz Baykal olduğu açıqlandı.)
Əlbəttə ki, Dəniz Baykal məclis sədrliyinə uyğundur. Çox əmək verdi. Çox zadəgan, əfəndi insandır. Ekmeleddin Bəy də tərbiyəli bir insandır, amma o illərin adamı, müqayisə olmaz. Bütün ömrü siyasət içində keçdi və dövlətin güvəndiyi bir insandır, hər kəsin güvəndiyi bir insandır. Və zamanında edilən oyunu düzəltmək cəhətdən də çox yaxşı olar. O oyunu edənlər üçün qıcıqlandırıcı olar. Çünki onu xəcalətli etmək, hörmətdən salmaq məqsədiylə etdilər. Amma məclis sədri olsa, çox məqsədəuyğun olar, bir daha da elə çirkin işlər etmək istəyənlər otuz dəfə düşünərlər.
(İranın keçmiş prezidenti Mahmud Əhmədnecat, Amerikanın hz. Mehdi (ə.s)-ı tutmağa çalışdığını iddia etdi. Əhmədnecat Amerikanın öz əsrlik imperatorluğunu çökdürəcək əsas təhlükənin hz. Mehdi (ə.s) olduğunu bildiyini və bunun üçün hz. Mehdi (ə.s) haqqında geniş araşdırma apardığını iddia etdi.)
Doğrudur. CIA-in yalnız tək bir bölməsi sırf mehdiyyətlə maraqlanır. Səhərdən axşama qədər illərdən bəri onunla maraqlanırlar. Böyük Yaxın şərq layihəsi də mehdiyyətə qarşı qurulmuş bir layihədir. Mehdiyyət birləşdirici, böyük Yaxın şərq layihəsi də parçalayıcıdır. Xüsusi bir sistem qurdular, amma mehdiyyətə təsir edəcək bir şey deyil.
(AK Partiya İstanbul Millət vəkili Məmməd Metiner, Cəmil Bayıkın xarici güclərin təsiri altında olduğunu və Kürd xalqından istifadə etdiyini söylədi)
Bəli, PKK saxtakarlıq edir. Bunlar kapitalizmə qarşıdırlar, Amerikan imperializminə qarşıdırlar deyə ortaya çıxdılar. Amerikanın dərin dövlətinin qucağında oturdular. Və onların əmr qulu oldular. Silahlı tətikçisi, onların qatili mövqeyinə gəldilər. Hər kəs tərəfindən Amerikalıların meydana gətirdiyi dərin dövlətin yaltağı, əlaltısı olaraq bilinirlər. Gecə-gündüz də bu vəzifəni yerinə yetirməyə çalışırlar. Onlar üçün çox alçaldıcıdır.
Müsəlmanları partiyalara bölmək haramdır, hamısını sevəcəyik
Mən bütün partiyalara qarışı sevgiylə yaxınlaşıram. Yəni tək bir partiyanı müdafiə etmirəm. MHP-ni də dəstəkləyirəm, CHP-ni də dəstəkləyirəm. AK partiyanı da dəstəkləyirəm. Hamısı bizim vətəndaşlarımızdır. Mən niyə partiyaçı olum, niyə dar sahəyə sıxışım? Buraxdıqda CHP-li Müsəlmanlar necə olacaq? MHP-li Müsəlmanlar nə olacaq? Müsəlmanlıq yalnız AK partiyada deyil. Yalnız Səadət partiyasında deyil. Müsəlmanlıq hamsında var. Mənim üçün Müsəlman olmaları yetər. Partiyalaşmaq haramdır. Müsəlmanları partiyalara bölmək haramdır. Hamısını sevəcəksən. Bir partiyaya səs verə bilərsən, ayrı məsələ. Amma Allah partiyalaşmağı qadağan edib. Açıq hökm var. Ayədə konkret “partiyalaşma” deyə keçir. Əlbəttə ki, müsəlmanların hamısını dəstəkləyəcəyəm.
(“Xristianlar əvvəl Müsəlman olub sonra Allaha dua etsinlər. Yoxsa üçləmə inancını buraxsalar da ziyan içindədirlər” Tamaşaçı mesajına cavab olaraq)
Quranda Allah “üçləməni buraxsınlar” -deyir, təsvir edir; namazlarını qılsınlar, zəkat versinlər, Peyğəmbər (s.ə.v)-i də qəbul etsələr, yəni hz. Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul etsələr, Müsəlman olmuş olurlar. Yəni Məhəmmədi Xristian olar.
HDP-nin bölünməni müdafiə edən rəftarları yanlışdır
Kommunizmin də gözəl tərəfləri var, sosializmin də gözəl tərəfləri var. Amma pis tərəfləri qalib gəlir. HDP-nin də səhv tərəfləri qalib gəlir. Yoxsa yaxşı tərəfləri var. Məsələn, qadın haqqlarını müdafiə etmələri gözəldir, azadlıq anlayışları, demokratiya anlayışları gözəldir. Amma bölünməyə qarşı rəftarlarının səhv olduğunu görürük. Bu da çox dəhşətli bir şeydir. Qəbul ediləcək bir şey deyil.
(Amerika Müdafiə nazirliyinin məlumatlarına görə, Amerikanın liderlik etdiyi koalisiya gücləri İŞİD-lə mübarizə daxilində Suriyada meydandakı PYD güclərini dəstəkləmək üçün hücum etdi)
Amma bax, Amerika binaları dağıdır, terroristlərin yaşayacağı hala gətirir. Şəhərlər yox olmuş olur. Xalq onsuz da orada yaşaya bilmir. Orada yalnız terrorist yaşayacaq hala gəlir. Mən artıq Amerikan dərin dövlətinin zəkasından ciddi şübhə edirəm.
Ayə izahı
“Elə bir məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda yazılmışdır”. (İsra surəsi, 58) Allah “Hər şəhərə bir fəlakət gələcək” -deyir. Hər yerə gəlmişdir. Gəlmədisə də, ayə gələcək deyir.
(Suriyadakı hadisələri araşdıran “Financial Times”in tanınmış yazıçısı David Gardner, Türkiyədəki seçki nəticəsinin Bəşər Əsəd üçün taleh quşu ola biləcəyini söylədi. “3 müxalifət partiyası bir çox mövzuda ayrılır, amma hamısı, Suriyaya silah və könüllüləri köçürən boru xəttini bağlamaq istəyir. Bu da Şimali Suriyadakı döyüş dinamiklərini dəyişdirə bilər” deyə yazıb)
Yəni artıq Əsəd deyə biri yoxdur. Suriya deyə bir şey yoxdur. Darmadağın olmuş bir quruluş var. Əsəd üçün ediləcək bir şey yoxdur. Orada yenidən bir quruluş yaradılmalıdır. Sərbəst seçkilərin keçirilib, xalqın istədiyi nədirsə, ona görə iqtidar təyin olunmalıdır. Hələ də Əsəd söhbəti, ayıb edir. Əsəd mənim gördüyüm qədəriylə müasir diktatordur, yəni elə görünür, amma seçkilərə girmə haqqı verilməlidir. İndi Əsədin əslində günahı var da deyə bilmirəm, çünki onu çöldən gətirdilər, göz həkimi, əlaqəsiz bir tipdir. Yəni bu dərin dövlət işlərindən anlayan, bilən, bu işlərə girən bir tip deyil. Bir sözlə bu səhvi indi düzəltmək istəyirlərsə, tək ediləcək şey seçkilərdir. Seçkilər də mehdiyyətin xaricində olmaz. Yəni orada bütün sistem qarışmış vəziyyətdədir. Bu qarışıqlığı ancaq Mehdi (ə.s) həll edər. Masonluqda da mason simvolu olaraq bir qarışıqlıq vardır. O, dünyanın qarışıq olacağını və Mehdi (ə.s)-ın həll edəcəyini izah etmək üçün istifadə edilən 5 min illik mason simvoludur.
Yəni onu ancaq Mehdi (ə.s) gəldiyində asanca həll edəcək. Yoxsa bunlar bu qarışıqlıq içində boğulub qalarlar.
(Təqaüdçü səfir Onur Öymen ABŞ və İsrailin liderliyi altında Türkiyənin cənub sərhədində Aralıq dənizinə qədər uzanan bir Kürd dövlətinin qurulması fəaliyyətlərinin sürətləndirildiyinə diqqət çəkdi)
PKK sənə orada elə bir imkan tanımaz. Adamlar “İmperializmə qarşıyıq” deyirlər. Lakin hazırda Amerika qarşısında tam mənasıyla bir xidmətçi mövqeyinə düşdülər. Özlərini alçaltdılar. PKK-nın nə qədər saxtakar və xaraktersiz olduğunu da buradan anlayırıq. Amerikanın pullu qatili, tətikçisi və xidmətçisi mövqeyindədir. Xaraktersizliklərinə yeni bir xaraktersizlik daha əlavə etdilər. “Yaşasın Amerika” deyə küçələrdə qışqırırlar. Bu qədər xaraktersizlik olar. Kommunist dünyaya da, “Biz kommunistik” -deyirlər. “Fidel Castronu çox sevirik” -deyirlər. “Çeni (Che) çox sevirik. Stalini, Lenini sevirik” -deyirlər. Müxtəlif saxtakarlıq edirlər.
(Ordunun Baş qərargahı, Siirtin Eruh mahalındakı hərbi bazaya terroristlər tərəfindən snayperlə silahlı hücum edildiyi açıqlandı: “Sözü gedən silahlı hücumlarda, hər hansı bir itki və ya ziyan meydana gəlməmişdir. Hadisə ilə əlaqədar olaraq istintaq başladılmışdır”)
Silahı atan adamı gedib tutmalıdırlar. Eşidirik, itki olmadı, amma edilən dövlətə meydan oxumaqdır, dövlətə silah sıxır. Dərhal tutulmalıdır. Adam əlini qolunu yelləyərək qaçır. Mən anlamıram bu necə olur.
(Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu (UNICEF), BM 2015-ci ildən sonra inkişaf proqramında uşaqlara daha çox əhəmiyyət verilməli olduğunu ifadə edərək, əks halda 2030-cu ilə qədər 5 yaşdan aşağı 68 milyon uşağın həyatını itirəcəyi xəbərdarlığını etdi)
Silaha, müharibəyə pul verməsələr, mövzu bir neçə ayın içində həll olar. Dayanmadan silaha, bombaya, qan axıtmağa pul xərcləyirlər. Hərbi xərclərə verirlər. Məzlumlar da çox əziyyət çəkirlər. Bütün dünya sürünür.
PYD Amerikada olsa, PYD-ni yerlə bir edərlər. Nə qədər vicdansız və çirkin bir üslubdur. PYD-nin nə olduğunu çox yaxşı bilirlər. Kommunist, Stalinist bir təşkilatdır. Türkiyəni parçalamağa çalışan bir təşkilatdır. Amma bunların vecinə də deyil. Amerikada olsaydı, bu adamlara nə edərdilər? Bunun cavabı budur. Amerikada olsaydılar, nə edəcəklərini hər kəs bilir. O zaman ayıb edir. Əlbəttə, burada həmsöhbətimiz Amerikan dərin dövlətidir.