TÜRK-İSLAM DÜNYASI ƏMƏKDAŞLIĞININ ƏHƏMİYYƏTİ DAHA YAXŞI BAŞA DÜŞÜLMƏYƏ BAŞLANDI
ucgen

TÜRK-İSLAM DÜNYASI ƏMƏKDAŞLIĞININ ƏHƏMİYYƏTİ DAHA YAXŞI BAŞA DÜŞÜLMƏYƏ BAŞLANDI

2511
Cənab Adnan Oktar son vaxtlarda müxtəlif televiziya kanalları və qəzetlərdə verdiyi reportajlarda, türk-İslam Birliyinin təsis edilməsinin, bütün dünyaya barış və rahatlıq gətirəcəyini diqqətə çatdırmışdır. Mövzunun əhəmiyyəti Harun Yəhyanın əsərlərindən faydalanılaraq hazırlanan qəzet elanları vasitəsilə də ictimaiyyətə çatdırılır.
Bu şərhlərdə Hörmətli Adnan Oktarın diqqət yetirdiyi mövzulardan biri də, Türk-İslam Birliyinin qurulmasının ticarət və iqtisadiyyatın inkişafına təsiridir. Buna gərə də Hörmətli Oktar, Türk-İslam ölkələrinin ortaq sərmayələr etməsinin, bu ölkələr arasında ticari canlılıq yaradılmasının, texnoloji və infrastruktur olaraq lazımlı sərmayələrin qoyulmasının əhəmiyyətini, həm əsərlərində, həm şərhlərində həm də digər elmi işlərində xüsusilə vurğulamışdır.
Son vaxtlarda Türk-İslam Birliyi yolunda atılan addımların getdikcə artması və sürətlənməsi, Hörmətli Adnan Oktarın əsərlərinin və işlərinin təsirinin əhəmiyyətli bir göstəricisidir. Türkiyənin qabaqcıl vətəndaş cəmiyyəti təşkilatları türk-Müsəlman dünyasının əməkdaşlığın əhəmiyyətini diqqət mərkəzində saxlayan çıxışlar edir, müxtəlif vətəndaşlar bu mövzuda əhəmiyyətli addımlar atırlar. Bunlardan biri də, 5-6 İyul 2008-ci il tarixində təşkil edilən İslam Konfransı Təşkilatı yığıncağında TOBB Başçısı Hörmətli Rıfat Hisarcıklıoğlunun çıxışıdır.
Hörmətli Hisarcıklıoğlu çıxışında bunları bildirmişdir:
"Dünya torpaqlarının 28%-inə sahib olan və çox geniş bir coğrafiyayı əhtə edən İslam ölkələrinin fərqli iqtisadi strukturları və tutumları, başda insan gücü olmaq üzrə, çox zəngin qaynaqlara və potensiala sahib olduğunu","Bu böyük bəşəri və maddi qaynağı, eyni ölçüdə iqtisadi müvəffəqiyyətə çatdırmanın hər kəsin ortaq ideyası olduğunu","Yüksək texnologiyaya söykənən istehsalı və məhsuldarlığı arzu edilən səviyyəyə çıxartmanın lazım olduğunu" bildirmişdir.
"Sabah" Qəzeti, 6 İyul 2008
Hörmətli Adnan Oktar İslam Birliyinə Çağırış adlı kitabında mövzu ilə əlaqədar olaraq bu fikirləri dilə gətirmişdir:
"Müsəlman ölkələrin iqtisadiyyatlarının fəaliyyəti və iqtisadi strukturları arasında müxtəliflik var. Bəzi ölkələrin iqtisadiyyatı yeraltı sərvətlərə (neftlə zəngin ölkələrdə olduğu kimi), bəzilərinin iqtisadiyyatı (coğrafi strukturlarının əlverişli olmasına görə) əkinçilik ilə bağlıdır. Bu müxtəliflik qismən də olsa cəmiyyət strukturları üçün etibarlıdır.Bəzi ölkələrin çöl şəraitində yaşamalarına baxmayaraq,bəzi ölkələrdə isə şəhər mədəniyyəti hakimdir. Ancaq bir ölkənin digərinin çatışmayan tərəfini bilməsi, birinin digərinin ehtiyacını qarşılaması, hər kəsin bildiyi mövzularda digərlərinə kömək etməsi bu müxtəlifliyi mühüm zənginlik qaynağına çevirər. Bu da İslam Birliyi ilə təmin edilə bilər."
"İqtisadi əməkdaşlıq, həm sabitliyin təmin edilməsi baxımından, həm də inkişaf baxımından əhəmiyyətlidir. Bir çox Müsəlman ölkələrinin iqtisadiyyatının sabitliyə qovuşamsını təmin etmək və möhkəm təməllər üzərinə qurulmasına kömək etmək lazımdır. İslam dünyasında sənayenin inkişafına əhəmiyyət verilməsi və mühüm sərmayələrin edilməsi zəruridir. Tam bir inkişaf proyekti cizilmasına tələb var. Təhsil, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya bir yerdə inkişaf etməlidir. Bir tərəfdən iş sahələri açıldığı zaman, digər tərəfdən işləyənlərin təhsil səviyyəsinin və keyfiyyətinin artırılması təmin edilməlidir. Cəmiyyətlərin daha da istehsalçı olmasına etina edilməlidir."
"Qoyulan ortaq sərmayələr və ortaq cəhdlər bu məsəsləyə qarşı mühüm addım olacaq. Ortaq cəhdlər sayəsində, həm ölkələr qarşılıqlı olaraq bir-birlərinin təcrübələrindən istifadə edəcəklər, həm də yaradılan sərmayə sahələri hər iki tərəfin iqtisadiyyatı üçün də gəlir qaynağı olacaq."
"İslam dünyasının imkanlarını və gücünü birləşdirməsi ilə Müsəlman ölkələrində də yüksək texologiyaya əsaslanan xammal istehsal olunacaq. Yaradılan İslam ortaq bazarı sayəsində, bir ölkədə çıxarılan məhsullar, gömrük sərhədlərindən rahatlıqla keçirilərək, bir başqa ölkədə asanlıqla satışa çıxarıla biləcək. Ticarət sahələri genişləyəcək, bütün Müsəlman ölkələrin bazar payı artacaq, ixracat inkişaf edəcək, bu, Müsəlman ölkələrdəki sənayeləşmə müddətini sürətləndirəcək, iqtisadiyyatda təmin ediləcək inkişaf ilə texnologiyada da inkişaf yaşanacaq. Müsəlman ölkələr digər sərmayə qruplarına qarşı ortaq bir güc olaraq hərəkət edə biləcək və qlobal iqtisadiyyatın əhəmiyyətli bir parçası halına gələcəklərdir."
Türk-İslam Birliyinin ticarəti canlandıracaq, iqtisadiyyatı gücləndirəcək. İqtisadiyyatda, siyasi sahədə və mədəni sahədə Müsəlman ölkələr arasında reallaşdırılacaq bir bütünlük, geri qalmış olanların sürətlə irəliləməsinə, lazımlı imkana və infrastruktura sahib olanların bunları ən məhsuldar şəkildə istifadə edə bilmələrinə imkan yaradacaq. İqtisadi böyümə, elm və texnologiyaya qoyulan sərmayələr artırılacaq. İqtisadiyyatın inkişafı ilə birlikdə təhsil səviyyəsində də yüksəlmə olacaq, cəmiyyət hər tərəfli inkişaf edəcəkdir.
İqtisadiyyatı güclü bir türk-İslam aləmi, Qərb dünyası və digər cəmiyyətlər üçün də əhəmiyyətli bir rifah qaynağı olacaq. Bu cəmiyyətlər qarşılarında güvən içində, narahatlıq hiss etmədən əməkdaşlıq edə biləcəkləri, ticarət edə biləcəkləri bir güc tapacaqlar. Ayrıca Qərb təşkilat və quruluşların davamlı olaraq bu bölgələrin inkişafı üçün yardım fondlarına da ehtiyac qalmayacaq, bu fondlar dünya iqtisadiyyatının güclənməsi üçün istifadə ediləcək.
 
 
8 Mart 2008 TARİXLİ MƏTBUAT KONFRANSI
 
Mətbuat: İslam Birliyinə söykənən bir siyasi sistemdən bəhs etdiniz, bu mövzunu izah edə bilərsinizmi? Bu sistem necə qurulacaq? Bu günki xalqlar sistemə necə inteqrasiya olunacaq?
Adnan Oktar: Bu sistemi bir az izah edim. Bu sistemdə hər bir dövlət müstəqil dövlət olacaq. Yəni Türkiyə, Türkiyə olaraq qalır, Azərbaycan Azərbaycan olaraq qalar, Türkistan Türkistan, hər kəs ayrı-ayrı. Bu bir könül birliyi, bir sevgi birliyidir.İnsan sevgisinə söykənən, terrora və şiddətə qarşı əməkdaşlıq edən, İQTİSADİ İNKİŞAF ÜÇÜN ƏMƏKDAŞLIQ EDƏN, fədakarlıq inancını, comərdlik inancını daha ön plana gətirən, Allah sevgisini ön planda tutan bir düşüncə olacaq.
 
 
CƏNAB ADNAN OKTARIN BOSNİYA TV MÜSAHİBƏSİNDƏN (3 İyun 2008)
 
Müxbir: İslam Birliyi mövzusunda digər insanlar fikir bildirdilər. Bəs bu istiqamətdə sizin fikiriniz nədər?
Adnan Oktar: Türk İslam Birliyinin meydana gəlməsi üçün hər şərait var. Məsələn yoldaşlarımız bir neçə gün əvvəl Azərbaycan ilə Türkiyə birləşməsinə aid qəzet elanı vermişdi. Hər tərəfdən çox gözəl, müsbət mesajlar gəldi. Azərbaycanın Respublika başçısıda bunu istəyir. Fələstin, Suriya İraq, Fas, Tunis, Cəzair də həmçinin İslam birliyini istəyir.İstəməyən qalmayıb.
Müxbir: Bildiyiniz kimi Avropa Birliyi artıq qurulub. Fransa prezidenti Aralıq dənizi ölkələri birliyinin qurulması üçün təşəbbüs irəli sürüb. Və bu birliyə İslam ölkələrinin də girməsini nəzərdə tutur. Şimal Afrika ölkələri və təbii ki Türkiyə, Bosniya Hersek kimi ölkələrində daxil olması nəzərədə tutulub. Bununla əlaqədar şərh edə bilərsiz?
Adnan Oktar: Baxın Avropa Birliyi Xristian birliyini meydana gətirdi. Əgər xristian birliyi varsa deməli Müsəlman birliyidə olacaq. Heç olmayacaq kimi görünən şey, Xristian birliyi idi bu çox rahat oldu.Türk ölkələri bölünmüş vəziyyətdədir. Türkistan, Qazaxıstan, Azərbaycan yəni tamamilə süni bir bölünmə var. Hər biri İslam ölkəsidir və biz Türk İslam birliyində Yəhudilərin də rahat yaşamasını, İsrailin də xilas olmasını istəyirik. Türk İslam birliyi elə bir birlik olacaq ki, burada hər kəs rahatlıq içində, təhlükəsiz yaşayacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo