14 avqust 2009-cu il axşamı “Habertürk” kanalında yayımlanan “Sansürsüz” proqramına qatılan darvinistlər, son dövrlərin ən bilinən darvinist taktikasına üz tutmuşlar və yenə təsadüf iddialarını geri almağa çalışmışlar.
Darvinistlər, Darvindən bəri bütün canlılığı meydana gətirən yeganə gücün təsadüflər olduğunu iddia edərkən, son vaxtlarda ani çevriliş etmiş, əslində biz təsadüf demək istəmədik deyərək yol dəyişdirmişlər. Bunun səbəbi, təsadüfün məntiqsizliyinin artıq bütün dünya tərəfindən fərq edilmiş olması və darvinistlərin də bu yolla özlərini ciddi şəkildə kiçik vəziyyətə salmalarıdır.
Bunun üçün yeni terminlər çıxarmağa başlamış, “təsadüf deməyək buna nizamsız deyək” və ya “ixtiyari deyək” kimi yeni terminlərə sığınmağa çalışmışlar. İddialarına görə, tamamilə şüursuz atomların şüursuz hərəkətləriylə inkişaf edən şüursuz proses olan təkamül nəzəriyyəsini, SAXTA ADLARLA, EYNİ MƏNANI VERƏN FƏRQLİ TERMİNLƏRLƏ QURTARA BİLƏCƏKLƏRİNİ ZƏNN EDİRLƏR.
Darvinistlərin “təsadüf” mövzusunu anlamazlıqdan gəlmə taktikaları, xəyali “meymun ata” mövzusunu anlamazlıqdan gəlmə taktikaları ilə eynidir. Darvinizm; yaradılışı, Yaradıcını (Uca Allahı tənzih edərik) və bu səbəbdən canlı varlıqlardakı şüur, ağıl və dizaynı tamamilə inkar edən və buna görə hər şeyi şüursuz təsadüflərə və özbaşına, idarəsiz hadisələrə bağlayan azğın inancdır. Darvinizmin başqa tərifi olmamasına baxmayaraq, darvinistlərin bütün izahları təsadüfə əsaslanmağa baxmayaraq və bütün nəşrlərində açıq-aydın təsadüfü izah etmələrinə baxmayaraq, “biz əslində təsadüfü nəzərdə tutmadıq” deyə ortaya çıxırlar. Bu açıq şəkildə, təsadüfün adını dəyişdirməyə qalxmaqdır.
Darvinistlər, eynilə xəyali “meymun ata”nın adını dəyişdirməyə qalxdıqları kimi, təsadüfün də adını dəyişdirməyə qalxırlar. Eynilə “meymundan gəldik” dedikləri zaman kiçik vəziyyətə düşdüklərini bildikləri kimi, “təsadüfən oldu” dediklərində də kiçik vəziyyətə düşdüklərini bilirlər. Məhz buna görə, bu axmaqlığın adını dəyişdirməyə cəhd edir və “biz təsadüf demədik” deyə ortaya çıxırlar. “Yaxşı, şüurlu varlıqmı etdi” deyə soruşulduğunda “xeyr” deyərlər. “Bütün hadisələr bir şüurun, bir ağılın idarəsində idimi?” deyə soruşulduğunda yenə “xeyr” deyərlər.
MƏHZ BU, YALANDIR. Bir şey ya vardır, ya da yoxdur. Bir masanın üzərindəki qab ya vardır, ya da yoxdur. Bunun üçüncü bir şərhi ola bilməz. Bu səbəbdən darvinistlər artıq demaqoqluğa son verməlidirlər. Uşaq kimi çıxılmaz vəziyyətə girərək özlərini bu qədər hörmətdən salmalarını bütün insanlıq təəccüblə izləyir.