Kosmoloqların apardığı yeni tədqiqat Yeri təhlükə altında qoyan asteroidlərin sayının daha çox olduğunu üzə çıxarmışdır.
NASA-nın dünyanı təhlükə altında qoyan asteroidləri müəyyən etmək üçün keçirdiyi NEOWISE proqramı aşağı orbitə istiqamət götürərək planetimizə daxil olma ehtimalı olan 4700 asteroid olduğunu təsbit etmişdir.
NASA-nın Kaliforniya, Pasadenadakı Reaktiv İtələmə Gücü Laboratoriyasından Emi Meynzer: “Əldə etdiyimiz rəqəm bizi təəccübləndirdi… Belə bir nəticəni heç düşünmürdük”, – dedi.
WISE teleskopunun 2010-2011-ci illərdə əldə etdiyi faktları dəyərləndirən kosmoloqlar Yerdən 8 milyon km məsafədəki göy cisimlərini tədqiq ediblər. Bu göy cisimlərin arasında Yerin atmosferini məhv olmadan keçə bilən çox sayda asteroid olduğu məlum olub.
İnfrared dalğa uzunluğunda kosmosa baxan WISE teleskopu bu yolla böyük və qaranlıq asteroidlərlə yanaşı, kiçik və parlaq olanları da müəyyən edir. Keçmişdə görünən işıqda işləyən teleskoplar iki növ olan asteroidi eyni anda görə bilmirdi.
Meynzer və həmkarları Yerlə toqquşma ehtimalı olan 107 asteroid üzərində tədqiqat apararaq planetimiz üçün təhlükə əmələ gətirən bütün göy cisimlərinin sayını təxmin etməyə çalışıb. Təhlillər nəticəsində Yerin atmosferini parçalanmadan keçə bilən 4700 asteroid olduğu üzə çıxıb. Bu asteroidlərin təxminən 500-nün diametri 100 m-dən çoxdur. Müəyyən edilən asteroidlərin bu günə qədər ancaq 20-30-u müşahidə edilib.
Meynzer: “Bu asteroidlərin hara getdiyini və nədən təşkil olunduğunu anlamalıyıq. Əgər Yerlə toqquşmaq üçün ən az 20-30 il varsa, onda bu asteroidləri dayandırmaq şansımız var… Əks təqdirdə, işimiz çox çətindir”, – deyir.
Kosmoloqlar Yeri təhlükə altında qoyan asteroidlərin, eyni zamanda, fürsət olduğunu bildirir. Əgər təhlükəsiz şəkildə Yerə kifayət qədər yaxınlaşsalar, bu asteroidlərdən dağ-mədən sənayesində istifadə etmək olar.
NEOWISE tədqiqatına əsasən, asteroid toqquşmasından ən çox təsirlənəcək ilk 10 ölkə aşağıdakılardır:
1- Çin
2- İndoneziya
3- Hindistan
4- Yaponiya
5- ABŞ
6- Filippin
7- İtaliya
8- İngiltərə
9- Braziliya
10- Nigeriya