Quranda möminlərin haqlarını qoruyacaq, maddi və mənəvi rahatlıqlarını təmin edəcək, onların aciz və narahat olmalarının qarşısını alacaq bütün tədbirlər görülmüşdür. Məsələn, yad bir insanın evinə hansı niyyətlə olursa-olsun, iznsiz və xəbərsiz daxil olmağı Quranda qəti şəkildə qadağan edilən bir davranışdır:
«Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb anlayasınız» («Nur» surəsi, 27)
Pis niyyətlə olmasa da, ayədə bildirilənin əksinə davranmaq, şübhəyə və etimadsızlığa səbəb olduğu üçün, ev sahibinin canı, malı, mülkü namusu kimi dəyərlərin təhlükə yaradacaq bir hərəkət tərzi olaraq nəzərdən keçirilə bilər.