İqtisadiyyat sözü qulağa sadə bir söz kimi gələ bilər. Ancaq insanlar üzərində sosial, siyasi, hüquqi və psixoloji baxımdan çox böyük təsirləri var. Cəmiyyətin əsas bünövrəsi olan ailə rifah içində xoşbəxt yaşamağı arzu edir. Valideynlər uşaqlarına ən sağlam yeməkləri yedirtməyi, ən yaxşı təhsili verməyi, xəstələndikləri zaman onları ən yaxşı həkimlərə aparmağı və ən yaxşı şəkildə qulluq edilmələrini istəyirlər. Bütün bunlara sahib ola bilmək üçün ailənin müəyyən qədər pula ehtiyacı var və gəlirlərini artırmaq üçün də çox işləməsi lazımdır.
Çətinlik vaxtlarında, yəni ehtiyac içində olduqda bəzi şeylərdən fədakarlıq etməyə başlayır, xərclərini azaldır, xərclərini azaldacaq, gəlirlərini artıracaq yollar axtarırlar. Ölkələrin də uşaqlarını xoşbəxt görmək istəyən valideynlərdən fərqi yoxdur. Tək fərqləri ehtiyacların və gözləntilərin sayının müqayisə edilə bilməyəcək qədər çox olmasıdır. Dövlətlər iqtisadi problemlərə görə vətəndaşlarının ehtiyaclarını qarşılaya bilmədikləri zaman eynilə bir valideynin xəstə olduğu zaman uşaqlarını həkimə müalicəyə aparması kimi, ölkələrini həkimə aparırlar. Bu vəziyyətdə həkim Beynəlxalq Valyuta Fondudur. Bəli, dövlətlərin heç bir alternativ axtarmadan tək həll yolu olaraq Beynəlxalq Valyuta Fonduna müraciət etməyə məcbur olmaları və ya Beynəlxalq Valyuta Fondunun onlara düzgün resepti verəcəyi mübahisəyə açıq mövzulardır.
Hamımıza məlum olduğu kimi, II Dünya Müharibəsindən sonra dünya müflis olmuş vəziyyətdə idi. Qlobal ticarət və bütün iştirakçıları darmadağın edilmişdi. Təkcə ABŞ bu vəziyyətdən burnu belə qanamadan çıxa bilmişdi. Bu vəziyyətin üstəsindən gələ bilmək, daha yeni və daha sağlam qlobal iqtisadi sistem qura bilmək üçün 44 ölkədən 730 nümayəndə 1944-cü ilin iyul ayında Amerikanın Nyu Hempşır ştatında Bretton-Vuds konfransında iştirak etmək üçün bir araya gəldi. Beynəlxalq Valyuta Fondu burada yarandı. Razılığın yetərli sayda ölkə tərəfindən imzalanmasından sonra qurum fəaliyyətə başladı. Amerika dolların qızıla çevrilməsini dayandırana qədər Bretton-Vuds sistemi qızıla və dollara indeksli idi. Bu şəkildə dollar bir çox dövlət tərəfindən rezerv pul olaraq istifadə edilməyə başlandı. Sistemdəki bu dəyişiklik tarixdə Nikson Şoku olaraq bilinir.
Rəsmi internet saytında Beynəlxalq Valyuta Fondu özünü bu şəkildə tanıdır: «187 ölkəyə aid qlobal pul əməkdaşlığını təşviq etməyə çalışan maliyyə sabitliyinə təminat verən, beynəlxalq ticarətə şərait yaradan, məşğulluq və iqtisadi böyüməni təşviq edən, dünya səviyyəsində yoxsulluğu azaltmağa çalışan bir təşkilat». Bu tərifə nəzər yetirdikdə yoxsullara yardım edən xeyriyyəçi bir təşkilat olaraq tanıdılır. Ancaq hər zaman olduğu kimi, burada da göründüyündən daha çoxu var. Gözlərin hər zaman Beynəlxalq Valyuta Fondunun üzərində olmasının səbəbi budur və dünyanın hər yerindən tənqid mövzusu olur. Bir çox iqtisadçı Beynəlxalq Valyuta Fondunun vəzifəsinin Nikson Şoku ilə sona çatdığını və bu hadisədən qısa müddət sonra da bağlanmalı olduğunu düşünürlər.
Buna əlavə olaraq, təşkilatı tənqid etmək məqsədi ilə bir çox kitab və məqalə yazıldı. Həmçinin bir çox sənədli film çəkildi. Con Perkinsin yazdığı «İqtisadi tətikçinin etirafları» adlı kitab bunlardan biridir. «Müqayisəli siyasi institutların Rutlec əl kitabı» adlı bir başqa kitabda Amerikanın Əfqanıstandakı terrora qarşı müharibə başlada bilmək üçün hərbi bazalara ehtiyacı olduğunda, Pakistanın 2001-ci ildə Beynəlxalq Valyuta Fondundan olduqca böyük miqdarda borc alması nümunə verilir. Hətta bəziləri bir ölkə Beynəlxalq Valyuta Fondu ilə bir dəfə stand-by anlaşması imzaladıqda hal-hazırda ciddi çöküş yaşayan iqtisadiyyatının qənaət tədbirlərindən əsla xilas ola bilməyəcəyinə və nəticə olaraq da Vudsdan əsla çıxa bilməyəcəyinə inanır. Bu iddialarını bəzi sağlam sübutlarla əsaslandırırlar. Məsələn, bir çox Afrika ölkəsi 1945-1980-cı illər arasında davam etdirilə bilən iqtisadiyyata sahib idilər. Ancaq Beynəlxalq Valyuta Fondu daxil olduqdan sonra iqtisadiyyatları artan sürətlə zəifləməyə başladı. Bütün qənaət tədbirlərini almasına baxmayaraq, iqtisadi geriləmə yaşayan digər bir ölkə də Argentinadır.
Nisbətən Yunanıstan da Beynəlxalq Valyuta Fondu ilə həyata keçirilən xilas etmə proqramından sonra daha da pisləşməyə doğru getdi. Ancaq digər tərəfdən borcunun ümumi milli daxili məhsula nisbəti və çarə olaraq da hakim pul vahidinin dəyərdən düşməsi ilə bu bənzəri olmayan bir nümunə idi.
Ölkələri Beynəlxalq Valyuta Fondunun qapısını çalmağa aparan səbəb iqtisadi problemlərdir. Beynəlxalq Valyuta Fondu onlara «kəmər sıxma» siyasəti adı verilən və insanlarda qəzəbə, psixoloji depressiyaya, işsizliyə səbəb olan çox çətin şərtlərdə borc verir.
Məsələn, Yunanıstanda işsiz gənclərin nisbəti sürətlə artdı. Hazırda bu nisbət 50%-dir. Gənclər hüquqlarını müdafiə etmək və səslərini eşitdirmək məsələsində daha həvəsli hala gəldiklərindən etiraz etmək üçün küçələrə axışdılar. Təəssüf ki, Yunanıstanda iqtisadi böhran başladıqdan sonra son iki ildə intiharlar 35% artdı. Yunanıstanın Baş naziri Aleksis Tsipras yunan xalqının öz gələcəkləri ilə bağlı qərar verə biləcəkləri bir referendum təşkil etdi və yunan xalqı daha çox «kəmər sıxma» siyasətinə yox dedi. Bu istər Beynəlxalq Valyuta Fondu olsun, istər başqa bir kredit təşkilatı olsun hər şeyi bir qurumdan gözləmək çox məntiqli olmayacaq. Bu qurumların hər şeyi düzəldə biləcək sehrli çubuqlarının olmadığını unutmamaq lazımdır. Dünya bir imtahan yeridir və biz hər şeyi cəhd edərək, əmək sərf edərək, fədakarlıq edərək əldə edəcək şəkildə yaradılmışıq.
İndi yunan xalqı hərəkətə keçməlidir. Çox da keçmişdə olmayan həyat səviyyələrinə geri qayıtmaq üçün iqtisadiyyatlarını yenidən canlandırmaq üçün əllərindən gələni edəcəklər.
Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu tərəfindən dürtülən çox ağır «kəmər sıxma» tədbirlərini tətbiq etmiş Türkiyədən misal çəkə bilərəm ki, Türkiyə Beynəlxalq Valyuta Fonduna olan son borcunu 2008-ci ildə ödədi və yoluna davam etdi. Hazırda valyuta ehtiyacı olan ölkələrə borc verən üzv ölkədir. Gördüyümüz kimi, sevgi, səbir, əmək və çox işləyərək bu vəziyyəti tərsinə çevirmək imkansız deyil.
Burada Beynəlxalq Valyuta Fondunu və ya dünya iqtisadiyyatını tənzimləməyə çalışan digər valyuta ilə bağlı qurumları tənqid etmirəm. Rahat oturub hər şeyi bir qurumdan gözləmək çox yanlış hərəkət olar. Bundan əlavə Con Perkinsə görə, iqtisadi böyümə bütün insanların xeyrinə olduğuna dair real göstərici deyil. «İqtisadiyyatın güclənməsinə kömək etmək, təkcə piramidanın başında oturan bir qrup insanın daha da varlanmasına və ən altda olanların daha da aşağı düşməsinə səbəb olur». Sağlam cəmiyyət üçün ilk öncə sosial ədalətin təmin edilməsi vacibdir. Burada ən vacib məsələ hər kəsi sevmək və qorumaqdır.
Əgər pul varlılar tərəfindən yığılıb saxlanmaz və cəmiyyətə paylanarsa, bu iqtisadiyyatın zəifləməsini dayandırar, işsizliyi azaldar və məhsuldarlığı artırar. Beləliklə, ehtiyac içində olan insanlara yardım edilmiş olar və yoxsular da iqtisadiyyata xeyir vermək üçün bu çarxa daxil olarlar. Bu, dünyanı həyatda qalmaq üçün mübarizə aparmadığımız, rahat, gözəl bir yerə çevirər.
Adnan Oktarın «Pravda.ru»da dərc olunan məqaləsi:
http://english.pravda.ru/business/finance/15-07-2015/131339-imf_cure_disease-0/