Hörmətli Adnan Oktarın A9 və Kayseri telekanallarındakı canlı söhbəti
(17 aprel 2011; 00:30)
Adnan Oktar: Cümə surəsi, 5-ci ayə. Şeytandan Allaha sığınıram. "Özlərinə Tövrat tapşırıldığı halda, ona (içindəki dərin mənaları, hikmət və hökmləri ilə lazımınca) əməl etməyənlərin vəziyyəti, çoxlu kitab yükü daşıyan eşşəyin vəziyyəti kimidir. Allahın ayələrini yalan hesab edənlərin məsəli necə də pisdir. Allah zalımları doğru yola yönəltməz". Belə şey var, məsələn, mövhumatçılarda həqiqətən olur. Quranı başdan-başa əzbərləyir, hədis kitablarını əzbərləyib, bir çox şeyi əzbərləyib. Lakin, baxın, Allah: “İçindəki dərin mənaları, hikmət və hökmləri lazımınca qavraya bilməmişdir və izah da edə bilmir, təkcə göstəriş üçün etmişdir. Allah bunların elmini, çoxlu kitab yükü daşıyan uzunqulağın (eşşəyin) vəziyyətinə bənzədir. Mövhumatçıların elminin onları batırmış olması, kitablardakı həqiqətləri, dərinliyi və mükəmməlliyi görə bilmədikləri üçündür. Nə şəfqəti, nə mərhəməti, nə İslam Birliyinin əhəmiyyətini, nə Peyğəmbər (s.ə.v)-ə qarşı sevgini, nə də bağışlayıcılığı görüb izah edə bilmirlər, qavraya bilmirlər. Allah Quranda buna diqqət çəkir.