Bəzi kəslər, hz. Mehdi (ə.s)-ın fövqəladə xüsusiyyətlərə sahib bir varlıq olacağını; ona tank, top, silah hətta atom bombasının belə təsir etməyəcəyini iddia etdiklərindən, hədislərdə ifadə edilən hz. Mehdi (ə.s)-ın başına gələn müxtəlif çətinlikləri də görməməzlikdən gəlirlər. Halbuki, Peyğəmbərimiz (s.ə.v.) hədislərində, hz. Mehdinin peyğəmbərlərlə müxtəlif bənzərliklərə sahib olacağını və onlar kimi müxtəlif çətinliklərlə mübarizə edəcəyini ifadə etmişdir. Hz. Mehdi (ə.s) da peyğəmbərlər kimi böhtana məruz qalcaq, müxtəlif çətinliklər, böhtanlar və bəlalarla sınanılacaq, inkar edənlərin qurduqları tələlərə qarşı sinə gərəcək. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislər bu şəkildədir:
Peyğəmbərlərin çoxu müxtəlif çətinliklər, böhtanlar və xəstəliklər ilə sınanılmışdır. Peyğəmbərlərin çoxu inkar edənlərin təzyiq və tələlərinə məruz qalmış, inkarçılar tərəfindən öldürülmək istənmiş, özlərinə "cadugər", hətta "dəli" deyilmişdir. Özlərinə Quranı oxuduğu zaman Peyğəmbərimiz (s.ə.v)-ə, "O, həqiqətən bir dəlidir” (Qələm surəsi, 51) demiş, hz. Hud (ə.s)-a “əqli çatışmazlıq və yalançılıq” böhtanı atılmışdır. (Əraf surəsi, 66). Hz. Yusuf (ə.s.) heç bir günahı olmamasına baxmayaraq illərcə həbsdə yatmış, hz. Musa (ə.s)-a "cadugər və dəli” deyilmişdir. (Zəriyət surəsi, 39), hz. İbrahim (ə.s.) qövmün irəli gələnləri tərəfindən oda atılmışdı. (Ənbiya surəsi, 68)". Hz. Mehdi (ə.s.) da Peyğəmbərimiz (s.ə.v)-in rəvayətində ifadə edildiyi kimi, peyğəmbərlərin və bütün saleh müsəlmanların yaşadığı çətinliklərə məruz qalacaq, inkarçıların tələ, fitnə və böhtanları ilə mübarizə edəcək, çətinlik və əziyyət dolu bir həyat yaşayacaq
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə ifadə etmiş olduğu Mehdi tərifi bu şəkildədir. Rəbbimizin bir Qütbü-əzəm olaraq vəzifələndirdiyi hz. Mehdi (ə.s)-ı fövqəlbəşər və mələklərə xas xüsusiyyətlərlə yaratması kimi bir vəziyyət qətiliklə söz mövzusu deyil. Belə bir ifadə heç bir səhih hədisdə də yer almamış, əksinə hz. Mehdi (ə.s) və yanındakı tələbələrinin çətinlik, sıxıntı və əziyyət dolu bir həyatlarının olacağı, müsəlman olduqları və din əxlaqını yaşadıqları üçün çox insanın onlara qarşı bir rəftar alacaqları bir çox hədislə bildirilmişdir.