Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram.
"Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz istəyimizlə xilaf çıxmadıq. Lakin biz o qövmün (Misir xalqının) zinət əşyalarından bəzi yüklərlə yüklənmişdik. Biz onları oda atdıq, beləliklə Samiri də atdı”. Qızılı, hamısını əridirlər.
"Beləcə onlar üçün böyürən bir buzov heykəli düzəltdi və belə dedi: “Sizin də ilahınız, Musanın da ilahı budur. Lakin o bunu unutdu”. Peyğəmbəri unutqanlıqla günahlandırır, haşa.
"Onun özlərinə cavab vermədiyini və onlara bir zərər və ya fayda verməyə gücü olmadığını görmürlərmi?" Bu bütün, məsələn, darvinizm də bir bütdür, heç bir gücü yoxdur. Təsadüflərə əsaslanan bir bütdür. Heç bir gücü olmadığı halda, bunu görə bilmirlər. Bax: "Onun özlərinə cavab vermədiyini və onlara bir zərər və ya fayda verməyə gücü olmadığını görmürlərmi?" deyir. Bunun bir büt olduğunu görmürlərmi? Darvinistlər də təsadüfün büt olduğuna inanır və ona tabe olurlar.