Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Taha surəsi, 82-86.

"Həqiqətən Mən, tövbə edən, iman gətirən, saleh əməllər işləyən", saleh əməl necədir? Səmimiyyətdir. İslamı səmimi şəkildə yaşayan.

"Sonra doğru yola gələn kimsəni, şübhəsiz, bağışlayanam". Lakin doğru yolda getməsi şərtiylə.

Allah: "Ey Musa, səni qövmündən "tez ayrılmağa vadar edən" nədir?" deyir. Birdən bu ayəyə keçir. Lider mütləq qövmünün başında olmalıdır.

"O dedi: "Onlar arxamca gəlirlər, razı qalmağın üçün, Sənə gəlməkdə tələsdim ey Rəbbim". O dedi: "Biz səndən sonra qövmünü sınaqdan (fitnədən) keçirtdik, Samiri onları azdırdı". O dövrün münafiqidir.

"Musa bundan sonra, qövmünə olduqca qəzəbli və kədərli halda qayıtdı. O dedi: "Ey qövmüm, Rəbbiniz sizə gözəl bir vəd vermədimi?" Məsələn, Allah indi də bizə gözəl bir vəd verir. İslam Birliyini, mehdiyyəti, hz. İsa Məsih (ə.s)-ın enişini vəd edir.

"Sizə (verilən) söz (və ya müddət) çox uzunmu gəldi?" Onlara uzun gəlir.

"Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istədiniz ki, mənə verdiyiniz vədə xilaf çıxdınız?"