Taha surəsi; 123-125, 102-104 (Allahın zikrindən üz döndərənlərə əzab dolu iqtisadi çətinlik veriləcək)
ucgen

Taha surəsi; 123-125, 102-104 (Allahın zikrindən üz döndərənlərə əzab dolu iqtisadi çətinlik veriləcək)

1214

Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsi (29 dekabr 2010)

Şeytandan Allaha sığınıram. “Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin”. Adəm də, həyat yoldaşı da, şeytan da, hamısı. “Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə”, Mehdi (ə.s)-a tabe olsa “nə yolunu azar, nə də bədbəxt olar”. Təbii ki, ayədə həm gələcək peyğəmbərlərə həm də, Mehdi (ə.s)-a işarə var. Amma ayənin əbcədi, tək bir ayədə əbcəd var. 1982-ci ili verir. “Hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə”, Mehdi (ə.s)-a tabe olsa, “nə yolunu azar, nə də bədbəxt olar”. Yolunu azan dəccaliyyətin əlinə düşmüş olur. Mehdi (ə.s)-a tabe olan da Allahın “Hadi” isminin təcəllisinə tabe olmuş, hidayətə çatmış olur, inşaAllah. “Nə də bədbəxt olar”, şən, sevincli olur. Dəccaliyyət bədbəxtlik gətirir. Kədər və ağrı-acı gətirir. Mehdiyyət sevinc, nəşə, səmimiyyət, modernlik gətirir. “Hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə” -deyir Allah, şərt qoyur. Axırzamanda hidayət, doğru yol göstərən bələdçi nədir? Qurandır, Qurana tabe olmaqdır. Mehdi (ə.s) nə edəcək? Qurana dəvət edəcək, inşaAllah. “Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman”. Mütləq peyğəmbərlər gələcək. Amma bu təbii ki, ayənin ilk mənasıdır, “Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman”. Bu bir çox peyğəmbərə baxdığı kimi açıq-aşkar mehdiyyətə də baxır, inşaAllah. “124; Kim Mənim Zikrimdən üz döndərsə”, Allahın Kitabından üz döndərsə. “Onun güzəranı sıxıntılı olacaq”. Artıq sıxıntı verərəm, deyir Allah. Psixoloji gərginliyə düşər, həmişə depressiyada olar, sıxılar. Sıxıntıdan narkotik qəbul edər, siqaret çəkər, içki içər, xilas olmağa çalışar, lakin xilas ola bilməz. Bax, “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq”. İqtisadi cəhətdən də sıxıntıya salaran, iqtisadi böhran meydana gətirərəm, deyir Allah. İqtisadi böhranın səbəbini də açıqlamış olur. “Və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” -deyir Allah. Çünki görüntünün və görmə hadisəsinin təsadüfən olduğunu deyir, darvinistlər. Madam elədir, deyir Allah, madam göz təsadüfən meydana gəlib, beyin təsadüfən meydana gəlib, darvinistlər üçün Allah göz meydana gətirir, axirətdə, göz meydana gəlir. Təsadüfən meydana gəldi deyirlər ha, eynən, təsadüfən meydana gəlibmiş kimi bir göz, məsələn, kürəyində göz, ayağında da göz, sinirlər də beyinlə əlaqəli. Beynində də onların, “təsadüfən meydana gəldi” dediyi görmə mərkəzi də olur. Yaxşı indi kim görəcək? O göz görüntünü gətirir, göz görüntünü beyinə ötürür. Beyində durur, yaxşı elektrik axını olaraq var. İndi kim görəcək? Görəcək biri yoxdur. Nə olur? Kor olmuş olur o zaman. Çünki görəcək biri lazımdır, bir ruh lazımdır, Allahın yaratdığı bir ruh lazımdır. Adam inanmır ruha, Allahın yaratdığına. Görünüş də beyinə gəlib amma bir işə yaramır. Allah ona diqqət çəkir. Bax, “Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. Çünki bir təsiri olmur. Ruha olan ehtiyaca Allah diqqət çəkir. Ruhun varlığına, ruhu Özünün yaratdığına və iqtisadi böhrana da Allah açıq şəkildə diqqət çəkmiş olur. “Kim Mənim Zikrimdən üz döndərsə”. Onun üçün deyir bax; sıxıntılı. Adamlar nə edirlər iqtisadi böhran olanda? Boşanırlar, bir-birilərini döyürlər, söyürlər, intihar edirlər. Niyə? Sıxıntı verir iqtisadi böhran. Onun üçün deyir ki, Allah bax, “güzəranı sıxıntılı olacaq”. Nəşə dolu bir iqtisadi böhran deyil, acı dolu, iztirab dolu, gərgin bir iqtisadi böhran meydana gətirərəm, deyir Allah. “Və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. Madam darvinistlər buna inanırlar. Allah darvinistlərin və materialistlərin xarakterinə də diqqət çəkir, “kor kimi hüzurumuza gətirdəcəyik”. Çünki göz bir işə yaramır. Qulaq var, qulaq da bir işə yaramır. İnsanın qulağı olacaq, səslər qulağında toplanacaq. Zindan, çəkic, üzəngi sümükləri hamısı yerindədir, amma eşidən ruha ehtiyac var. Onu necə meydana gətirəcək təkamül? O yoxdur. Olmadıqda kar olurlar, eşidə bilmirlər. Həm görə bilmir, həm də eşidə bilmir. “O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə”, dünyada mənim gözüm görürdü, “məni niyə kor olaraq həşr etdin Rəbbim?” -deyir. Sən demirsənmi ki, təsadüfən oldu? Təsadüfən olan göz bax belə olur. Bunda təəccüblənməli nə var? Gözündə kamera sistemi var; o da təsadüfən olmaz da, Allah onu yaradır. Gözü olur, bənövşəyi gözü var, sinirləri də var, amma görən ruh yoxdur. Niyə təəccüblənirsən sən? Ruha inanmırdın onsuz da. Ruh görmür, mən görürəm, deyirdin. Bax, ruh yoxdur orada, nə edəcəksən indi? Niyə səs-küy salırsan? Bax, “O gün sur üfürüləcək və o gün günahkarları üzləri qara, gözləri donuq və gömgöy göyərmiş halda bir yerə toplayacağıq”. Məsələn, üzləri qaradır. Madam dəri təkamüllə olur, elə olduğuna inanırsan, heç bəyənməyəcəkləri bir dəri meydana gətirir Allah. Gözləri də; rəngli yaşıl göz, qara göz, çox təsir edici bir göz yoxdur. Gömgöy göyərmiş bir göz meydana gətirir Allah. O da təsadüfən olmaz, amma onlar dediyi üçün Allah elə edir. Bax, “donuq” və funksiyasız olur. Baxın, bayaq izah etdim, görüntü beyinə gəlir, lakin beyində ruh olmadığı üçün görə bilmir, inşaAllah. Dünyada öz aralarında danışırlar. Nə deyirlər? “Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!”” -deyir Allah, 10 gün qaldı. Orada da yenə dərya söhbəti, sərxoş söhbəti edirlər. “Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “Dünyada cəmisi bir gün qaldınız!” – deyəcək” -deyir. O gün də ağıllı olanlar da, bir gün qaldınız, o qədər qısa qaldıq, deyirlər. Çünki zaman məfhumu qalxdığı üçün, zamanı qavraya bilmirlər. Zaman qavrayış formasıdır. Zamanın nisbi olduğunu Allah Quranda bir çox nümunə ilə göstərir. Daha əvvəl inanmırdılar. Nə qədər il çəkdi inanmaları? 1300 il inanmadılar. Zamanın nisbi olduğuna, məkanın izafi olduğuna inanmadılar. Axırda izafiyyət nəzəriyyəsi ortaya qoydu; Eynşteynin sözlərindən qənaətləri gəldi ki, zaman nisbidir, məkan nisbidir və zamanla məkanın sonradan meydana gəldiyini yeni anladılar. Onlar zənn edirlər ki, zaman sonsuzdan gəlib sonsuza gedir, məkan da sonsuzdan gəlib sonsuza gedir. Bir də baxdılar ki, 10 və ya 15 milyard il əvvəl zaman və məkan yaradılıb.

PAYLAŞIN
logo
logo
logo
logo
logo