Şüşədən divar…
ucgen

Şüşədən divar…

415

Hər gün baş verən hadisələr, danışılan mövzular, deyilən sözlər, görüşlər, xəstəliklər, imtahanlar... Minlərlə təfərrüat var insanın həyatında. İnsan hər gün yuxudan böyük qarışıqlığın içinə girmək üçün oyanır. Səhər gözünü açandan axşam yatana qədər minlərlə görüntü gözünün önündən sürətlə axıb gedir və insan böyük qarışıqlığın, çətinliyin və təfərrüatların içində qalır.

Mömin də eynilə inkar edənlər kimi səhər gözlərini açır, onu da görüləcək yüzlərlə iş gözləyir. Mömin üçün hər gün ayrı bir imtahandır. Bəziləri səhər xəstə oyanır, bəziləri qəza keçirir, bəzisi pulunu itirir, bəzilərinin də yaxınları həyatını itirir. Kiçik və ya böyük hər gün fərqli bir imtahan Allah tərəfindən qədərinə yerləşdirilib.

Bu dünyanın qarışıqlığı içində yaşayarkən möminlə inkar edənlər bir-birlərindən çox önəmli bir incəliklə fərqlənir. Mömin yaşadığı hər hadisənin Allah’ın nəzarətində olduğunu çox yaxşı bilir və hadisələri kənardan izləyir. Həyatındakı hər insanın Allah’ın izni ilə danışdığını, Allah’ın izin verdiyi davranışları etdiyini bilir. Xəstəlik Allah’dan, gözəllik Allah’dan, qəza Allah’dan, bərəkət Allah’dan gəlir. Heç bir hadisə boş yerə yaradılmır. Mömin gözlərinin önündən axıb gedən bu görüntülərə baxarkən daima dua, təvəkküll, səbirlə üzünü ancaq Allah’a çevirir. Bilir ki, qarşısındakı insanların heç bir gücü yoxdur, bilir ki, Allah’ın izni olmadan bu kainatda bir yarpaq belə düşməz. Bilir ki, bütün kainatı gücü və qüdrəti altında tutan Allah bütün insanları da, bütün hadisələri də istədiyi kimi idarə edir, istədiyi ardıcıllıqla insanın həyatında yaradır.

Mömin hər gün Allah’a yönəlməyin və səmimi iman etməyin bərəkətini yaşayır. Hadisələrin, qarışıqlıqların, iş dünyasının, pul qazanmağın, çətinliklərin zahirən içindədir, amma ruhu bütün bunlardan kənardadır. Möminin dünya hayatı ilə arasında sanki görünməyən şüşədən bir divar var. Bu şüşədən divar təvəkkül, səbir, Allah’a sonsuz güvən divarıdır. Səmimi və ixlaslı mömində bu gözlə görünməyən şüşədən divar o qədər möhkəmdir ki, baş verən heç bir hadisə digər tərəfə keçə bilməz. O insanı təəccübləndirməz, kədərləndirməz, incitməz, əsəbləşdirməz, təvəkkülsüzlüyə və üsyana aparmaz.

Eynilə peyğəmbərlərdə olduğu kimi. Onlar da səmimi ruhlarını görünməz şüşədən divarlarla dünya həyatından elə qopub ayırmışdılar ki, polad kimi iradəyə, sarsılmaz və məğlubedilməz gücə sahib idilər. Çünki Allah'a olan etibarları sonsuzdu, Allah'a olan bağlılıqları sonsuzdu. Yaşadıqları hər hadisənin, hər saniyənin, hər incəliyin Allah'ın nəzarətində olduğunu çox yaxşı bilirdilər. Zahirlə deyil, batin ilə yaşayırdılar. Qədərin əsla dəyişməyəcəyini və hər hadisənin xeyirlə və çox böyük hikmətlə yaradıldığını bilirdilər. Bu gerçəyi qəlblərinə hopdurmuşdular.

Dünya həyatı ilə aralarına çəkdikləri bu görünməz pərdə onları şeytana tabe olmaqdan, zahirə dalmaqdan, şirkə düşməkdən qoruyurdu. Buna görə hz. Yusif kiçik yaşda quyuya atılarkən və ya haqsız yerə illərcə zindanda qalarkən heç üsyan etmədi. Hz. Musa adam öldürdükdə heç üsyan etmədi. Hz. Nuh oğlu geridə qalarkən, hz. Lut həyat yoldaşı həlak olarkən heç üsyan etmədi. Daima Allah'ın tərəfində oldular, həmişə Onu dost etdilər, daim Ona təvəkkül etdilər. İmtahanları nə qədər çətin olursa-olsun, güclü imanları sayəsində bu imtahanları gözəlliklə, Allah'ın razı olacağı şəkildə keçdilər. Onlar bütün gücün və qüdrətin Allah'da olduğunu çox yaxşı bilirdilər, hər imtahanın kamilləşmə üçün yaradıldığını çox yaxşı bilirdilər. Hər zaman yaşadıqları hadisələrə hikmət gözü ilə baxır və əsla Allah'a şərik gətirmirdilər ...

O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali İmran surəsi, 173)

Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allah'a şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur. (Nisa surəsi, 48)

Allah'ı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! (Zumər surəsi, 67)

Şirk qoşmaq yalnız bütlərə sitayiş etmək deyil, şirk qoşmaq eyni zamanda insanlara, hadisələrə dəyər verib onların Allah'dan müstəqil olduqlarını düşünməkdir. Kafirlər gündəlik həyatın qarışıqlığı içində Allah'ı tamamilə unudaraq şeytana yönəlirlər. Şeytan da onları müxtəlif detallarla sanki boğur. İnsan başına gələn hər hadisənin ardından kədərə, hüznə və üsyana qapılır. Şirk təvəkkülsüzlüyü və çətinlikləri özü ilə gətirir. Bütün dünyanın yükü o insanın çiyninə düşür. Şeytan onu sardıqca sarır, örtdükcə örtür və onu Allah'dan uzaqlaşdırdıqca uzaqlaşdırır. Bu insanın düşüncələrində, qəlbində, dilində Allah yoxdur. Yalnız başında insanlar, insanların söylədikləri və yaşadığı hadisələr var. Hamısının Allah'ın nəzarətində olduğunun fərqində belə deyil. Buna görə də dəhşətli bataqlığın içində batmışdır.

Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allah'ın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allah'ı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)

Mömin bütün gücünü, iradəsini, qüvvətini toplayaraq ixlasla Allah'a yönəlib dönəcək və şirk bəlasından özünü mütləq xilas edəcək. Şirk təhlükəsinə qarşı həyatı boyunca ayıq olacaq, zahirlə batin arasına çox möhkəm şüşədən divar hörəcək. Bu divarın arxasında çətinliklərlə dolu dünya həyatı, içində isə tərtəmiz qəlblə dolu cənnət həyatı var. Mömin zahirlə, dünya həyatı ilə arasına güclü sədd çəkməli, bütün düşüncələrini, sevgisini, diqqətini, yalnız Allah'a yönəltməlidir. Allah'la daim əlaqədə olmaq, hadisələrin Allah'ın nəzarətində olduğunu düşünmək şirk bəlasının təsirini möminin üzərindən götürər. Möminin qəlbində bənzəri olmayan rahatlıq və sükunət meydana gələr.

Möminin məqsədi bu dünyada eynilə peyğəmbərlər kimi "haqqəl yəqin" imana yiyələnməkdir. Dərin imanla, Allah'a təslim olaraq həyatını davam etdirmək və bu şəkildə ölməkdir. Cənnət, şübhəsiz, bu tərtəmiz imanı əldə etmiş insanlarla doludur. Mömin də bütün həyatı boyunca həyəcanla bu insanların arasına qatılmağı gözləyəcək ...

Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allah'dan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Ali İmran surəsi, 15)

 

Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/islam-perspective/news/753496


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr