Bağdadın cənubunda yerləşən Kufə şəhəri, hz. Əlinin şəhid edildiyi və türbəsinin (qəbrinin) olduğu, müsəlmanlar üçün mühüm olan şəhərlərdən biridir. Hz. Əlinin dövründə İslam imperatorluğunun paytaxtı olmuşdur.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)- ın çıxışı dövründə meydana gələcək hadisələri izah edərkən, Kufədə yaşanacaqlara da diqqət çəkmiş, bu şəhərdə meydana gələcək qarşıdurmaların Hz. Mehdi (ə.s)- ın çıxış əlamətlərindən biri olduğunu bildirmişdir.
Hətta, Rəsulullah (s.ə.v), o qədər heyrət verici təfsilatlar vermişdir ki, Kufə Məscidinin həm qübbəsinin həm də divarının yıxılacağını bildirmişdir.
1400 il sağlam dayanan Kufə Məscidinin qübbəsi, divarı hicri 1400-cü illərə girdiyində, tam olaraq hz. Mehdi (ə.s)- ın zühur dövründə, eynilə Peyğəmbərimiz (s.ə.v)- in söylədiyi şəkildə qübbəsinin və divarlarının zərər görməsi şübhəsiz ki, Allahın Rəsulullah (s.ə.v)-ə lütf etdiyi müjdəli möcüzələrindən biridir.
Rəsulullah (s.ə.v) bu qədər heyrət verici təfərrüatlarla Mehdiyyəti izah etmişkən, Rəsulullah (s.ə.v)-in xəbər verdiyi yüzlərlə hədisin son 30 il müddətində eynilə təsdiqlənmişkən, səmimi müsəlmanlara, Peyğəmbərimiz (s.ə.v)- in bu möcüzəsindən sevinc və həyəcan duymaq və bu sevinci digər bütün insanlarla paylaşmaq düşər.