Günəş Sistemi içində səfərə çıxdığınızı düşünün. Bu səfərdə qarşınıza çıxan; dondurucu soyuğa ya da yandırıcı istiyə sahib, atmosferi zəhərli qazlardan ibarət olan, səthində qorxunc fırtınalar əsən və ya içində heç su olmayan planetlər olacaq. Yalnız içində yaşadığımız “mavi planet” Dünya; atmosferindən yer üzü formalarına, istiliyindən maqnit sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər, hər cür tarazlığı, tamamilə yaşamaq üçün uyğun olaraq yaradılmışdır.
Dünyanın canlı həyatı üçün əlverişli olmasının ən əhəmiyyətli səbəblərindən biri isə, sahib olduğu su miqdarıdır. Yer üzünün böyük hissəsi, yəni təxminən 70%-i sularla örtülüdür. Bu sularda fərqli rəngləri, fərqli bioloji sistemləri, maraqlı ovlanma və müdafiə taktikası milyonlarla canlı növü həyatını davam etdirər. Hətta nisbət verməmiz lazım olsa dünyadakı canlı növlərinin 90%-i bu sularda ev sahibliyi etməkdədir. İnkişaf edən texnologiya nəticəsində edilən araşdırmalarla canlılarda yeni növlərin kəşfi, hər keçən gün daha da artmaqdadır.
Scientific Reports jurnalında dekabr 2016-cı il tarixdə yer alan son araşdırmaya görə, Hind Okeanının təxminən 3 km. dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edildi. Araşdırmacılar, tapılan yeni növlərin dəniz döşəməsinə qədər enə bilən uzaqdan idarə edilən dənizaltı robotlarıyla edilən araşdırma nəticəsində kəşf edildiklərini açıqladı. Yeni dəniz canlılarının isə dəniz ilbizi, okean soxulcanı, dəniz minarəsi, hoff xərçəngi və qum qurdu növlərinə aid olduqları ifadə edildi.
İngiltərənin Southampton Universitetində edilən araşdırmalara liderlik edən Dr. Jon Kopley və qrupu, okean döşəməsində, artıq bir çox mineral helezonunun olduğu, futbol stadionu böyüklüyündəki sahəni nəzarət altına aldılar. Araşdırma edilən və hidrotermal ventilyasiya bacaları olaraq da bilinən bu helezonların, mis və qızıl mineralları baxımından olduqca zəngin olduğu və gələcəkdə dəniz altı mədənçiliyi üçün də qiymətləndirilə biləcəyi kəşf edildi. Bu helezonların ətrafında bir çox dərin dəniz canlısının yaşadığı və yaşayan bu canlıların helezonlardan çıxan isti mayelərlə bəsləndiyi, edilən şərhlər arasında yer almaqdadır.
Şübhəsiz dərin dəniz canlıları, canlı növlərinin yalnız bir hissəsidir. Yer üzündəki canlı növlərinin sayı ilə əlaqədar təxminlər, indiki vaxtda 100 milyon rəqəminə qədər çatmaqdır. Harvard Universitetindən Prof. Edvard O. Vilson, In Search of Nature (Təbiətin gizli bağçası) adlı kitabında canlı növlərindəki müxtəlifliklə əlaqədar bu həqiqətləri ifadə etmişdir:
Əvvəlcə bioloji müxtəliflik miqdarı mövzusunu düşünün. Dünya üzərindəki orqanizm növlərinin sayı tam olaraq bilinmir. Bu günə qədər təxminən 1,5 milyon növə ad verilmişdir, amma həqiqi sayı ehtimalla 10 milyon ilə 100 milyon arasındadır ...
Uca Allah, müqəddəs kitabımız Quranda “... Və daha sizlərin bilmədiyiniz nələri yaratmaqdadır? (Nəhl surəsi, 8)” ayəsi ilə yaratdığı canlı müxtəlifliyini bizə bildirmişdir. Son dərəcə inkişaf etmiş texnologiyaya baxmayaraq 100 milyon canlı növündən yalnız 1,5 milyonunun adlandırılmış olması, ayədə bildirildiyi kimi “daha bizim bilmədiyimiz” necə canlı növünün yer üzündə həyatını davam etdirdiyini dəlillərindəndir. Okeanların minlərlə metr dərinliyindəki günəş işığı almayan nöqtələrindən, qütb bölgələrindəki dağların zirvəsinə qədər hər yerdə çox sayda canlı növü yaşamaqdadır. İnkişaf edən texnologiya Allahın yaratdığı bütün canlıları təsbit etmə mövzusunda yetərsiz qalmaqdadır. Hər bir canlı Allahın sonsuz elminin bənzərsiz və qüsursuz təcəllisidir. Allah Quranda belə bildirir:
Şübhəsiz, möminlər üçün göylərdə və yerdə ayələr vardır. Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanan bir qövm üçün ibrətlər vardır. (Casiyə surəsi, 3-4)
Mənbə:
https://www.sciencedaily.com/releases/2016/12/161215080853.htm