Darvinistlər, təkamül əleyhdarlarını susdurmağa çalışırlar
ucgen

Darvinistlər, təkamül əleyhdarlarını susdurmağa çalışırlar

1328

Darvinizmin rədd edilməzliyinin gərəyi olaraq darvinistlər, insanlar üzərində təsirli olan hər təkamül əleyhdarını susdurma səyinə girərlər. Bütün dünyanı əhatə etmiş batil darvinizm dini və müdafiəçiləri bu mövzuda elə təzyiqli və dikbaş siyasət izləyirlər ki, hər hansı şəkildə təkamül haqqında şübhəli söz söyləmək də o adama böyük çətinliklərin qapısını açır. Bu faşist təlqinə görə, təkamül haqqında şübhə etmək cinayətdir. Bunu dilə gətirmək cinayətdir. Təkamülün sübut edilməmiş nəzəriyyə olduğunu, hətta yalnız nəzəriyyə olduğunu belə qarşıya qoymaq cinayətdir. Darvinizm əleyhdarı elm adamının hər hansı universitetin biologiya fakültəsində dərs deyə bilməsi sanki qeyri-mümkündür. Darvinizm tərəfdarı bir qəzetin səhifələrində, təkamülü çürüdən fosilin şəkilini tapa bilmək qeyri-mümkündür. Bir lisey biologiya müəlliminin, səhvən belə olsa, təkamül nəzəriyyəsi üzərində bəzi şübhələri olduğunu ifadə etməsi böyük səhvdir. Ehtimalla bu lisey müəlliminin qısa müddət içində işinə son veriləcək.

Məsələn, biologiya professoru Kerolayn Kroker, Expelled “No Intelligence Allowed” sənədli filmində, təkamülü sorğuladığı üçün Corc Mason Universitetindən çıxarılışını bu sözlərlə izah etmişdir:

Komandirim məni ofisinə çağırdı və “Yaradılışı öyrətdiyin üçün səni uzaqlaşdırmaq lazımdır” dedi. ... O semestrin sonunda işimi itirdim.

Kerolayn Kroker, 5 fevral 2006-cı ildə Vaşinqton Posta verdiyi şərhdə isə bunları söyləmişdir:

Təkamüldəki problemləri öyrətdiyimə görə Corc Mason Universitetindəki işimi itirdim. Bir çox elm adamı təkamülü sorğulayır, amma danışsalar işlərini itirərlər.

Kerolayn Kroker, işini itirməsindən sonra qara siyahıya alınmış və darvinist diktatorluq tərəfindən heç bir yerdə iş tapmasına icazə verilməmişdir

Dr. Riçard von Staynbörq isə, təkamülü sorğuladığı və təkamül əleyhdarı yazıçıların şərhlərinə yer verdiyi üçün “National History Museum”dəki (Təbiət Tarixi Muzeyi) işinə son verilmişdir. Staynbörqün mövzuyla əlaqədar şərhləri belədir:

(Yaradılış mövzusu gündəmə gəldiyində) insanlar hirslənirdi. Belə ki, onların fiziki olaraq reaksiya verdiyini görə bilirdiniz. Bölmə rəisinin bu mövzunu ifadə etmə şəkli isə (Yaradılışın daha inandırıcı olduğunu söylədiyim üçün), mənim intellektual terorist olduğum istiqamətində idi.

Beyin cərrahı Maykl Eqnor isə, insanların həkimlik peşəsini görə bilmələri üçün təkamül nəzəriyyəsini öyrənməyə ehtiyacları olmadığına dair açıqlamasından sonra qarşılaşdığı reaksiyanı bu şəkildə açıqlayır:

Bir çox bloqdan bir çox adam mənə ağıza alına bilməyəcək adlar qoşdular. Çox xoş olmayan olduqca çoxlu şərh aldım. İşlədiyim universitetdən və başqa yerlərdən insanlar məni axtardılar və mənə təqaüdə çıxmağımı tövsiyə etdilər. Darvinist nəzəriyyəni tənqid etdiyimdə fərqinə vardığım və məni həqiqətən, təəccübləndirən şey bu mövzudakı qəddarlıq, təcavüzkarlıq və alçaqlıq idi.

Eyni şəkildə professor Robert Marks da, darvinizmi sorğuladığı üçün Baylor Universitetindəki araşdırma saytı bağlanılmış və özünə araşdırmaları üçün verilmiş olan fon geri istənmişdir.

Bəhsi keçən sənədli filmdə, adının açıqlanmasını istəyən və ya istəməyən bir çox anti-darvinist elm adamının şəxsən yaşadıqları hadisələrə yer verilmiş və bu şəxslər, darvinizmi rədd etmələrinə görə akademik kariyeralarının tamamilə yox edildiyini öz sözləri ilə izah etmişlər.

Jurnalist Leri Vidhem isə darvinizmin özünü və darvinist diktatorluğun üsullarını bu sözlərlə yekunlaşdırır:

Əgər yüksək qiymətlər almaq istəyirsinizsə, yüksək mövqelərə seçilmək istəyirsinizsə və əgər xalqa istiqamətli elmi təhsil sisteminin dəstəkçisi olaraq müxtəlif mükafatlar almaq istəyirsinizsə, (təkamül) modelini sorğulaya bilməzsiniz.

Çoxlu elm adamı ilə reportaj apardım. Öz aralarında ikən və ya güvəndikləri jurnalist ilə danışdıqlarında, “bu sadələşdirilə bilməz komplekslikdə” və ya “molekulyar bioloji böhran içində” kimi ifadələr işlədirdilər, amma bunu cəmiyyət içində açıqca dilə gətirə bilmirlər.

Jurnalist Pamela Vinik isə, yaradılış mövzusunda yazdığı yazıdan sonra jurnalist olaraq işinə son verildiyini ifadə edir və bunları söyləyirdi:

Əgər bu mövzuya (yaradılış), hər hansı şəkildə bir az belə güvən göstərsəniz, ki bunun üçün yalnız bu mövzuda nələrsə yazmağınız belə kifayətdir, o zaman jurnalist olaraq tamamilə bitərsiniz.

Filosof Stifen Mayer, DNT-dəki məlumatın təsadüflə açıqlanmasının mümkün olmadığını, bunun ancaq üstün ağılın əsəri olduğunu açıqlayan fikrini dəlilləriylə birlikdə biologiya jurnalında nəşr etdiyində, darvinistlər jurnalın redaktorunun kariyerasını məhv etmək istəmişlər. 152 ACLU (American Civil Liberties Union - Amerikan Şəxsi Azadlıqlar Birliyi), Georgia əyalətində olan Cobb şəhərindəki məktəblərə, dərs kitablarının üzərindəki “açıq zehinlə, diqqətli araşdıraraq və tənqidi şəkildə qiymətləndirərək” təkamül üzərində işləri mövzusunda xəbərdar edən etiketlərə görə iddia açmışdır. Kaliforniya Lebecdə Americans United for Separation of Church and State (Kilsə ilə Əyalətin ayrılması üçün Birləşən Amerikalılar) təşkilatını təmsil edən ailələr məktəbləri, təkamül və yaradılış mövzusunda seçicilik tətbiqini yalnız mülahizəsinə görə iddia etmişdir. Pennsylvania Doverdə ACLU və Americans United for Separation of Church and State tərəfindən dəstəklənilən kiçik bir qrup, doqquzuncu sinif biologiya siniflərində yaradılış gerçəyinin müzakirə edilməsini əngəlləmək üçün iddia açmışdır. Hakim, bu ailələr lehində qərar vermiş və məktəbə şikayətçinin qanuni haqqı olan müəyyən miqdar pulu ödəmə zəruriliyi gətirilmişdir. Bu miqdar ehtimalla bir milyon dolları keçir.

Yazar Enn Kolter, bu hadisələri bu şəkildə qiymətləndirir:

Dover hadisəsindən sonra ACLU iddiaları ilə müflisləşmə riskinə girmək istəməyən heç bir məktəb yaradılış sözünü ağzına belə almağa cəsarət edə bilmədi. Darvinistlər məbədlərinin, yəni dövlət məktəblərinin, dünyəvi müqəddəsliyini mühafizə etmişdilər. Elmdə, razı salmada və dəlildə qazana bilməmişdilər. Liberalların həmişə qazandıqları üsulla qazanmışdılar: onlara hər istədiklərini gümüş nimçədə gətirən məhkəmə taparaq.

Bu, elm deyil.

Darvinistlərin istifadə etdiyi bu təzyiq üsulları, bir qisim insanlar üçün son dərəcə çəkindirici metodlardır. Bir milyon dollar pul cəzasıyla qarşılaşan məktəb böyük təzyiq ilə üz-üzə olduğundan, tabe edilmiş vəziyyətdədir. Bunu gözə alan təlimçi işindən olma təhlükəsiylə qarşı-qarşıyadır. Bu sistem, Uilyam A. Dembskinin ifadə etdiyi kimi diktatorluq rejiminə bənzəyir. Heç kim, diktatorun əleyhində ağzını belə aça bilmir.

Təkamülçü fizika professoru H. S. Lipson elm adamı olaraq, elmin yaradılışı göstərdiyini söyləməkdə, ancaq bu həqiqəti qəbul etmənin darvinist təlqinin təzyiqi səbəbiylə nə qədər çətin olduğunu bu sözlərlə açıqlayır:

Əgər canlı bir maddə, atomların qarşılıqlı təsirləri, təbiət hadisələri, radiasiya təsiriylə meydana gəlmədisə, o halda necə meydana gəlmişdir? ... Düşünürəm ki, biz ... tək məqbul şərhin yaradılış olduğunu etiraf etməliyik. Bunun fiziklərin qovulması mənasını verdiyini bilirəm, bu mənim üçün də eyni şəkildə keçərlidir, amma əgər təcrübi dəlillər bunu dəstəkləyirsə, xoşumuza gəlməyən məlumatı rədd edə bilmərik.

Lipsonun sözlərində ifadə etdiyi darvinist qovulmalarla bir çox elm adamı, alim və təlimçi tez-tez qarşı-qarşıya qalır. Məsələn, 1999-cu ildə Detroitdə bir məktəbin müdiri kitabxanaya darvinizmi tənqid edən bəzi kitabları qoymaq istədiyində NCSE (National Center for Science - Milli Elm Təhsili Mərkəzi) buna, hər cür qorxutma üsulundan istifadə edərək, şiddətlə qarşı çıxmışdır.

Conatan Uels, bu qorxutma siyasətini bu sözlərlə ifadə edir:

NCSE məktəb idarələrinə, “təkamülün elmi baxımdan mübahisəli olmadığını, bu səbəbdən ona qarşı irəli sürülən iddiaların elm tədris planına elmi olmayan dini fikirləri salma səyinin məhsulu olduğunu” söyləyir. Amerika məhkəmələri xalq məktəblərində din təhsili verməyin məqbul olmadığını elan etdiyi üçün bu, məktəb idarəsinin qeyri-qanuni bir şey etməyi hazırladığını müdafiə edən xəbərdarlıq mənasını verir. Əgər xəbərdarlığa əməl etməzlərsə, NCSE dəstək almaq üçün ACLU-ya üz tutar. ACLIU da məktəb idarəsinə yazı göndərərək bahalı iddia təhdidiylə ona göz dağı verər. Ölkədəki hər məktəb idarəsi pul baxımdan vəziyyəti idarə etməyə çalışdığı üçün, NCSE və ACLU-nun verdiyi bu göz dağı, darvinçi təkamülün dövlət məktəblərində tənqid olunmasının qarşısına keçilməsində olduqca işə yaramışdır.

Məktəblərdə yaradılış təhsilinin verilməməsi mövzusunda  mübarizə içində olan Amerikanın Kanzas əyalətində, təkamülçü biologiya təhsilinin qaldırılmasına istiqamətli işlərin ardından Kanzas təhsil sistemi olduqca geniş miqyaslı təzyiq və təlqin ilə qarşılaşmışdır. “The National Research Council”un (Milli Tədqiqat Şurası) başçısı Herbert Lin, Science jurnalına göndərdiyi yazıda, Amerikan kollec və universitetlərinin, Kanzasda öyrədilən bütün yüksək məktəb biologiya dərslərinin akademik sayılmayacağına dair bəyanat verməli olduğunu bildirmişdir. Növbəti ay, “Scientific American” jurnalının redaktoru Con Rini isə, universitet qəbul komitələrinin Kanzas məktəblərindəki idarəyə “Kanzas əyalətindən özlərinə daha sonra müraciət edəcək şagirdlərin xüsusiyyətlərini çox diqqətli şəkildə araşdıracaqlarını” bildirməsini və “Kanzas”dakı ailələrə də bu pis qərarın uşaqlarının gələcəyi üçün pis nəticələr daşıdığını bildirən açıq yazı” göndərməsini istəmişdir. 158 Bu göz dağının mənası açıqdır. Təkamül nəzəriyyəsinə qarşı çıxmaq cinayətdir və bu cinayəti işləyənlər dərhal edam edilməlidirlər.

Yaxın zamanlarda gündəmə gələn bir iddiada isə, “Woods Hole Oceanographic Institution” təşkilatından Nisteniel Abraham adlı tədqiqatçı, təkamül nəzəriyyəsini rədd etdiyini ifadə etməsindən sonra işinə son verildiyini açıqlamışdır. 2004-cü ildə Abrahama, Woods Hole səlahiyyətlisi elm adamı tərəfindən yazılan məktubda, işlədiyi təşkilat elm adamlarının analizlərində və yazılarında təkamül prinsiplərindən istifadə etməsini açıqca şərt qoşmasına baxmayaraq, Abrahamın “National Institutes of Health”ın (Milli Sağlamlıq İnstitutları) “təkamül tərəfli” iş şəklini mənimsəmədiyini ifadə etdiyi üçün işdən çıxarıldığı ifadə edilmişdir. 159 Yəni bir elm adamı, təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün rəsmi olaraq qovulmuşdur. Mövzunun 2007-ci ildə Nisteniel Abrahamın açdığı dava nəticəsində gündəmə gəlməsi, şübhəsiz artıq insanların darvinizm diktatorluğuna baş qaldırma cəsarəti tapmalarından qaynaqlanır.

Berkeley Universitetindən hüquq professoru Filip E. Conson 1981-ci ildə İngilis Təbiət Tarixi Muzeyi qapısına asılan tabellərlə əlaqədar darvinist mövhümatçılığı bu sözlərlə izah edir:

Qapının girişindəki lövhədə bunlar yazılı idi: “Niyə bu qədər çox fərqli canlı olduğuyla heç maraqlandınızmı? Bir görüşə görə bu gün gördüyümüz bütün canlı varlıqlar, mərhələli dəyişiklərlə uzaq bir atadan gəlmişlər. Təkamül necə meydana gəlmişdir? Növlər necə bir-birlərindən dəyişmişlər? Bu salondakı sərgi bunun ola biləcək şərhinə nəzər salır - Çarlz Darvinin şərhinə.”

Yandakı tabeldə isə bunlar yazırdı: “Digər görüş isə bütün canlı varlıqları mükəmməl və dəyişməz şəkildə Allahın yaratdığı fikridir.” Digər broşurada isə bu etiraf yer alırdı. “Təbii seleksiya ilə təkamül anlayışı, sözün tam mənasıyla elmi deyil.”

Elm komitəsinin buna verdiyi cavab rüsvayçılıq idi. “Nature” jurnalındakı baş məqalədə bu sual yer almışdı: “darvinizmin ən yaxın qalası olan bu muzeyin müdirləri cəsarətlərini itirdilər, hətta yoxsa ağıllarını da? ... Kimsə buna qarşı çıxmaz, elmin xalqa təqdim edilməsində, uyğun olduğunda, mübahisə mövzularının şübhəli olduğunu söyləmək uyğundur. Yaxşı, amma təkamül nəzəriyyəsi ciddi bioloqlar arasında hələ şübhədirmi? Əgər deyilsə, o zaman ümumi mənada ağlı qarışdırmaqdan başqa, bu şübhəli sözlər nəyə xidmət edir?”

... Bu təzyiqin nəticəsində muzey təslim oldu və bu (saxta) “təcavüzkar” ifadələri qaldırmaq məcburiyyətində qaldı.

 Darvinist diktatorluğun üsulu məhz budur. Təkamülə qarşı işlədilən sözlər, “təcavüzkar” ifadələr olaraq önə sürülər və darvinist elm adamlarının reaksiyasıyla, dünya tərəfindən tanınmış elmi jurnalların təzyiqiylə lazım olan tədbir dərhal aldırılar. Darvinist diktatorluğun təzyiqiylə bütün anti-darvinist izahlar tələm-tələsik susdurular.

Bu zülmkar mövqe əlbəttə, tək bir məqsədə xidmət edir. Təkamül nəzəriyyəsinin sübut edilmiş nəzəriyyə kimi göstərilməsi və bu şəkildə bütün dünyaya yayılması darvinistlər üçün zərurətdir. Onlar, yaradılış gerçəyini özlərincə insanlardan uzaq tutaraq, bütün varlıqları Allahın yaratdığı gerçəyini gündəmə gətirməyib, yalnız təkamül təlqinini verərək bunu təmin edə biləcəklərini zənn edirlər. Lakin darvinistlərin düşünə bilmədikləri həqiqət vardır. Canlıların yaradıldığını anlaya bilmək və görə bilmək üçün insanlara təhsil verilməsinə ehtiyac yoxdur. Ağlından bir az istifadə edən hər insan, canlı varlıqlar üzərində fövqəladəliyin, mükkəmməlliyin, ağılın, şüurun, sənətin, ehtişamın var olduğunu rahatlıqla görə bilər. Və bütün bunların şüursuz, ağılsız, biliksiz; düşünmə, mühakimə etmə, doğruyla səhvi ayırd edə bilmə xüsusiyyətindən məhrum kor təsadüflərin nəticəsində meydana gələ bilməyəcəyi nəticəsini rahatlıqla əldə edər. Yalnız bir neçə saniyə səmimi olaraq düşünən insan üçün belə bunu anlamaq heç də çətin deyil. Allah ağılından istifadə edən insanlar üçün yaratdığı möcüzələrin açıq-aşkar olduğunu ayələrində xəbər vermişdir:

 

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır. (Casiyə surəsi, 3-5)

 

Darvinistlər əslində aldıqları tədbirlərin boşuna olduğunu görməyə başlayıblar. Keçmişdə təzyiq üsulları ilə, saxta dəlillərlə yaradılan təlqin, bu gün şüurlanan insanlar üzərində təsirli olmayacaq.

Conatan Uels, artıq getdikcə artan sayda elm adamının darvinizmdən şübhə etməyə başladıqlarını və səslərini eşitdirmək üçün hərəkətləndiklərini bu sözlərlə ifadə edir:

Həqiqət budur ki, təəccüblü sayda bioloq, darvinizmin böyük bəzi tezislərindən səssizcə şübhə edir və ya onları rədd edir. Ancaq -heç olmasa Amerikada- onlar ağızlarını bağlı saxlamaq məcburiyyətindədirlər, əks halda, qınanmağa, marjinallaşmağa və sonunda elmi ictimaiyyətdən ixrac edilməyə məruz qalarlar. Bu çox intensiv olmasa da, belə bir riskin olduğunu hər kəsə xatırladacaq nisbətdədir. Ümid edirəm, darvinistlərin əleyhdar görüşlərə tətbiq etdikləri senzuranın təsiriylə gözləri açılan bioloqlardan ibarət olan və sayları gedərək artan yeraltı ictimaiyyəti meydana gələr. Təcrid edilmiş müxaliflər, neçə-neçə həmkarının da eyni şəkildə düşündüyünü fərq etməyə başladığında, onların sayları gedərək artacaq və səsləri daha gur çıxmağa başlayacaq.


PAYLAŞIN
logo
logo
logo
logo
logo