Təsadüflər, darvinistlərin guya hər şeyi reallaşdıran, sanki möcüzə meydana gətirən saxta ilahıdır. Darvinistlərin sadə dünyasına görə zaman və təsadüflər birlikdə xəyali şəkildə hər şeyi meydana gətirə bilərlər. Bu ağılsız inanca görə təsadüflər insanların bacara bilmədiklərini bacarar, birtəhər laboratoriyadan və elm adamlarından daha üstün məlumat, qabiliyyət və texniki imkana sahib ola bilərlər. Darvinizmə görə təsadüflər, hər şeyi mükəmməl komplekslikdə və qüsursuz şəkildə meydana gətirmiş, səhvsiz, ehtiyatlı, tədbirli mütəxəssisdirlər. Darvinistlərin, həyata dair şərhlərinin ardındakı xəyali qəhrəman, darvinist nağıllara görə daim şüursuz, ağılsız təsadüflər olmuşdur.
Darvinistlər üçün bunu insanlara qəbul etdirmənin də müxtəlif üsulları vardır. Əlbəttə, ağlı başında heç kim bir sürünənin anatomiyasının tamamilə dəyişərək mükəmməl görünüşlü, süzülərək uçan quş halını aldığına normal şərtlərdə inanmaz. İnsanları, belə məntiqə zidd hekayəyə inandırmaq üçün, bir növ cadu sisteminin inkişaf etdirilməsi lazımdır. Bu səbəblə darvinistlər tərəfindən, təsadüf bütünün xəyali bacarıqları müxtəlif elmi terminləri ehtiva edən nağıl şəklində insanlara təlqin edilər. Bu nağıla görə canlı varlığın meydana gəlməsindəki hər mərhələ kor təsadüflərin əsəridir və təsadüflər bunu möcüzələrlə reallaşmışdır. Darvinist birindən “ilk canlı hüceyrə necə ortaya çıxdı” deyə soruşsanız, alacağınız cavab, “palçıq yığını içində möcüzəvi şəkildə öz-özünə” olacaq. Gözün necə meydana gəldiyini soruşsanız, “Möcüzə” cavabını alacaqsınız. “Qanadlar necə yarandı, quşlardakı mükəmməl tüklər necə yarandı” desəniz, “bir gün hansısa şəkildə möcüzə oldu” məntiqində şərhlər edəcək. Darvinistlərin ağıl və elmdən kənar izahlarında bu xəyali prosesi istiqamətləndirən heç bir şüur, heç bir ağıl yoxdur. Halbuki, kainat son dərəcə həssas tarazlıqlar üzərinə quruludur. Yer üzü qüsursuz nizama malikdir. Bu nizamdakı ən kiçik səhv bütün sistemin tamamilə yox olması mənasını verəcək. Hər bir canlı növü də son dərəcə kompleks strukturlara və heyranlıq oyandırıcı xüsusiyyətlərə malikdir. Bütün bu təfərrüarların hər biri üstün güc və qüdrət sahibi ağılın, yəni Uca Allahın əsəridir.
Darvinist hekayələrdə isə bu mükəmməl tarazlıq və heyranlıq oyandırıcı komplekslik gözardı edilər. Elmi terminlərlə bəzənib aydın olmaz hala gətirilən təkamül hekayəsinin içində bütün bu axmaqlıqlar sanki cadu kimi diqqətlə və davamlı təlqin edilər və bir çox insanın heç diqqətini çəkməz.
Teoloq R. C. Sproul bu mövzuyla əlaqədar bunları söyləmişdir:
Elm adamları təsadüfə güc ətf etdiklərində fizikanın sahəsini sehrə tərk etmişdir. (Darvinistlərə görə) Təsadüf, sadəcə dovşanları deyil, lakin bütün kainatın yoxluqdan ortaya çıxmasını təmin edən sehrli dəyənəkdir.
Darvinistlər nə qədər bu təlqini canlı tutmağa çalışırlar çalışsınlar, əslində möcüzə bəxş etdikləri güc ağılsız, şüursuz, kor təsadüflərdir. Təsadüflər, ardında heç bir şüurlu faktor olmadan, heç bir ağıllı, istiqamətləndirici, hazırlayıcı güc olmadan meydana gələn təsadüfi hadisələrdir. Təsadüfi yaranan hadisənin yoxlama-yanılma ilə ən doğrusunu tapa bilməsi, gələcəkdə meydana gələcək hadisələri təxmin edib buna görə tədbir görməsi, orqanın nəyə bənzəyəcəyini əvvəldən hazırlaya bilməsi, fədakarlıq etməsi, vəfa və sevgi göstərməyi bilməsi şübhəsiz ki, mümkün deyil. Bir toplu iynəni belə meydana gətirə bilməyəcək xəyali gücün, dünya üzərindəki möhtəşəm canlı müxtəlifliyini meydana gətirdiyini iddia etmək ağıla, məntiqə, elmə və əlbəttə, sağlam fikirə ziddir.
Burada “bir toplu iynəni belə meydana gətirə bilməz” ifadəsi, darvinist iddialara cavab olması və bu iddiaların qeyri-mümkünlüyünü vurğulamaq üçün istifadə edilmişdir. Əslində təsadüflərin hər hansı bir şey “meydana gətirdiyini” iddia etmək ciddi məntiq pozuqluğuna və ağılın qeyri-kafiliyinə işarə edər. Lakin darvinistlər bu yanlış məntiqdən istifadə edərək bütün dünyanı aldada bilmişlər. Darvinistlərin qəribə məntiqlərinə görə, yetərli zaman verildiyində, təsadüflərin etməyəcəyi şey yoxdur.
Nobel mükafatlı təkamülçü bioloq Corc Voldun aşağıdakı sözləri, darvinistlərin, təsadüf + zaman düsturuna sehrli bir düstur olaraq inandıqlarını açıqca ifadə edir:
Yalnız gözlənilməlidir: zaman möcüzələr reallaşdırar. Çox zaman verildiyində, qeyri-mümkün mümkün, mümkün ehtimal və ehtimal virtual olaraq qəti hala gələr.
Əlbəttə, bütün bu məntiq xarici şərhlərin məqsədi, darvinistlərin, canlılığın varlığına -özlərinə görə- yaradılış xaricində şərh gətirə bilmə səyidir. Şübhəsiz, zaman ilə təsadüflərin bir araya gəlib, palçıq yığınından çiçəklər, pişiklər, balıqlar, quşlar, sürünənlər, insanlar meydana gətirdiyinin qəbul edilə bilməz olduğunu darvinistlər də bilirlər. Lakin onlar, doğru olan şərhi qəbul etmək yerinə, məntiqsiz olanı məntiqli göstərməyə çalışırlar.
Görüldüyü kimi, darvinistlərin bütün şərhləri yalana əsaslanır. Darvinistlərin bəzəkli sözlərini, latınca təriflərini, aydın olmayan elmi sözlərini ortadan qaldırdığımızda geriyə “bütün canlılıq təsadüfi hadisələr nəticəsində, şüursuzca, kor təsadüflərin bir araya gəlməsiylə, heç bir idarə, heç bir tədbir, heç bir şüurlu müdaxilə olmadan şans əsəri meydana gəldi” yalanı qalır. Darvinistlərin əsl olaraq insanları inandırmağa çalışdığı yalan budur.
Günümüzün ən qızğın darvinistlərindən biri olan ateist təkamül biyoloqu Riçard Dokinzin aşağıdakı sözləri, darvinist məntiqin nə qədər çıxılmaz vəziyyətdə olduğunu görmək üçün kifayətdir:
... Heyvanlar tələm-tələsik bir araya gətirilmiş, keçmişdən gəlmiş, kobudca təşkil edilərək kobudlaşmış gülünc canavarlar olmalı idilər. Lakin ovlamaqda olan hepardın son dərəcə zərif hərəkətlərini, dağ qaranquşlarının aerodinamik gözəlliyini və ya yarpaq görünüşlü böcəyin (kamuflyaj yoluyla etdiyi) göz yanıldıcı təfərrüatlarına istiqamətləndirdiyimiz maraq dolu diqqətimizi bu gözləməyimiz ilə necə uyğunlaşdıra bilərik?
Allah, dəccalı elə böyük tələyə salmışdır ki, sonunda dəccal tərəfdarları özlərinə görə Allaha qarşı mübarizə aparmaq üçün “təsadüf” kimi məntiqsiz, ağılsız və ibtidai məktəb dövründəki uşaqları da güldürəcək nağıla sığınmaq məcburiyyətində qalmışlar. Təsadüf elə azğın və ağılsızca iddiadır ki, böcəklərin üstün qabiliyyətlərini istifadə edərək texnoloji alətlər meydana gətirdiyini iddia etmək belə bunun yanında daha məntiqli qalar. Lakin dəccalın cadusu, bir qisim insanları bu axmaqlığa inanacaq hala gətirmiş, bu axmaqlıq məktəblərdə oxudulacaq şəklə çevrilmişdir. Ancaq insanlar, təsadüflərin məntiqsiz şəkildə ilahlaşdırıldığını və onlara yaradıcı xüsusiyyəti verildiyini (Allahı tənzih edərik) görüb anladıqca, dəccalın Axırzamandakı ən böyük oyunu olan darvinizm, acınacaqlı hala gəlmişdir.
Allah ayələrində belə buyurur:
Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
Bir möcüzə gördükdə isə ona istehza edir
və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
Ya da atalarımızmı dirildiləcəklər?”
De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”. (Saffat surəsi, 11- 18)