Al Hurra, 8 aprel 2008 Adnan Oktar: Bəli, Türkiyə dövləti hər zaman dürüst davranır. Bu mövzularda belə. Bu cür qaranlıq işlərə, qaranlıq ortaqlara yaxınlaşmaz. Ən dürüst, ən doğru, ən vicdanlı nədirsə, onu etməyə çalışar. Diqqətlə baxsaq, bunu görərik. Çünki türk əsgəri hansı ölkəyə gedirsə, sevinclə qarşılanır, bundan başa düşülür. DEMƏLİ, OLDUQCA DÜRÜSTDÜR ONLAR. DEMƏLİ, OLDUQCA YAXŞI NİYYƏTLİDİR. YOXSA İNSANLAR NARAHAT OLARDI. Məsələn, Əfqanıstanda sevilirlər. Bosniyaya getdilər, orada da sevildilər. Hara getsələr sevilirlər. Bu, onların səmimiyyətindən qaynaqlanır. Türk əsgərinin dürüstlüyündən qaynaqlanır.
Kıbrıs Postası, 23 sentyabr 2009 Adnan Oktar: Burada bir coşqu var. Vətənpərvərlik var. Bir qoruma hissi var. Bir ədalət hissi var. Osmanlının ədaləti məlumdur və Türk ordusuna dünyada tam güvən bəslənilir. Türk ordusu dünyanın hər yerində çox sevilir. Məsələn, Bosniyaya getdilər, türk əsgərlərini sevinclə qarşıladılar. Başqa ölkələrə, Əfqanıstana gedirlər orada da sevgi ilə qarşılanırlar. Hər yerdə Türk ordusuna dərin sevgi mövcuddur. BU, TÜRKLƏRƏ QARŞI OLAN SEVGİDƏN QAYNAQLANIR. ÇÜNKİ TÜRKLƏRDƏ MƏRHƏMƏT, ƏDALƏT, MEHRİBANLIQ DUYĞUSU VAR. BU, DİGƏR ÖLKƏLƏRDƏ RAST GƏLİNƏCƏK BİR ŞEY DEYİL. |