Quranda diqqət edilən davranışlardan biri, Hz. Əyyuba gələn bir vəhyi izah edən ayələrdə bildirilər:
(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinəmüraciətləbelədemişdi “Şeytan mənəbəla vəəzab toxundurmuşdur! ” (Ona belə buyurduq:) “Ayağını yerəvur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq vəiçiləcək sərin sudur!“ (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). (Sad Surəsi, 41-42)
Hz. Əyyuba şeytanın verdiyi çətinlik və narahatlığa qarşılıq Allahın bildirdiyi tövsiyələrdən biri "ayağını yerə vurması"dır. Ayədə keçən bu ifadə hərəkət etməyin, idman etməyin faydalarına işarə edir.
İdman əsnasında, xüsusilə qıç əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi ilə qan dövranı sürətlənər, hüceyrələrə gedən oksigen miqdarında artım olar. Bunun nəticəsində adamın üzərindəki halsızlıq itər, zərərli maddələrin bədəndən atılması ilə də adam rahatlaşar(Prof. Dr. Fehmi Tuncel, Elm Texniki Jurnalı, Yanvar 1993).
Eyni zamanda bədən mikroblara qarşı daha çox müqavimətli olar. Davamlı idmanedən kəslər geniş və təmiz damarlara sahib olarlar. Bu da damarların tıxanmasının və ürək xəstəliklərinin qarşısını alar (Barbara A. Brehm, Your Health and Fitness, Fitness Management Magazine, 1990). Ayrıca həmişəidman edən, qan şəkərinin tarazlığını təmin edərək şəkər xəstəliyinin qarşısını almaqla mühüm rol oynayar. İdmanın qaraciyər üzərindəki müsbət təsirləri, "yaxşı xolesterol" dediyimiz yaşamaq üçün lazım olan maddənin yəni (xolesterol) səviyyəsini yüksəldər (Kathleen Mullen, Some Benefits of Exercise, Medical Times, c. Brown Publishers, 1986).
Ayrıca ayaqların çılpaq yerəbasılması, bədəndəyığılmış elektrikin boşaldılmasında çox təsirli bir üsuldur. Bu üsul bədən üçün bir növ torpağa basdırılma funksiyasını yerinəyetirər.
Bunun yanında ayədədiqqət edildiyi kimi yuyunmağın, bədəndəki halsızlığın atılmasında mühüm rolu olduğu bilinməkdədir. Yuyunmaqla birlikdəbədəndəyaranan fiziki təmizliyin yanında, adamın üzərindəki gərginlik vəçətinlik dəazalar. Bu səbəbləyuyunmaq, həm stress həm dəqızdırmalı xəstəliklər başda olmaqla, bir çox fiziki vəpsixoloji narahatlıq üzərindəyaxşılaşdırıcı təsirəmalikdir.
Ayədə, yuyunmağa əlavəolaraq bir dəsu içilməsi tövsiyəedilmişdir. Suyun bədənin hər orqanı üzərindəmeydana gətirdiyi faydalar bilmədiyimiz qədər çoxdur. Tər vəzləri, mədə, bağırsaqlar, böyrəklər vəbunlar kimi bir çox orqanın sağlamlığı, suyun bədənəaz miqdarda alınması ilə bağlıdır. Bu mövzuda meydana gələbiləcək bir narahatlığa qarşılıqda yenəsu ilə möhkəmlətməmümkün olar. Yorğunluğun vəyuxusuzluğun əlacı da yenəbədəndəki su miqdarının artırılması vəzərərli maddələrdən təmizlənilməsi ilə reallaşar.
Hər biri bədən vəruh sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bu tövsiyələrin bir yerdətətbiq olunması isəən ideal nəticəni verəcək. Bu tövsiyələrin hər biri Allahın "Biz Qurandan möminlər üçün şəfa və mərhəmətolan şeyləri endiririk..." (İsra Surəsi, 82)ayəsinin bir təcəllisidir.