Əvvəlcə Osmanlıdan, sonra Misirdən ayrılan, daha sonra Şimal və Cənubun bir-birindən ayrılması ilə get-gedə kiçilən torpaqlar... Bu qədər parçalanma, ayrılıq Sudana nə rifah, nə sakitlik, nə də sülh gətirdi. İndi də Cənubi Sudan qəbilələr arasında dava-dalaş səhnəsinə çevrilir. Görəsən bölünmənin sakitlik və rifah gətirəcəyinə inananlar indi də ölkənin qəbilələrə ayrılmasının doğru olduğunu müdafiə edəcəklər?
130 fərqli dildə danışan, 450-dən çox qəbiləsi olan dövləti kiçik etnik qruplara bölsəniz, bir dövləti bütövlükdə məhv edərsiniz. Bu isə parça-parça etdiyiniz xalqı dövlətsiz, müdafiəsiz, anarxiyanın hakim olduğu bir mühitdə yaşamağa vadar etmək deməkdir. Bunun nəticəsində güclünün gücsüzü əzdiyi, hər kəsin silaha sarıldığı münaqişəli mühit meydana gələr. Eynilə hal-hazırda Sudanda olduğu kimi.
BMT-in verdiyi məlumata əsasən, indiyə qədər Cənubi Sudandakı daxili münaqişələrdə 1000-dən çox insan həyatını itirib. Yüz minlərlə insan isə evlərini tərk edərək BMT-in çadır düşərgələrinə sığınmağa məcbur olub. Sadəcə 8,5 milyon əhalisi olan bu ölkədə etnik qruplar müxtəlif səbəblərlə bir-birinin əleyhinə qaldırıldığı üçün demək olar ki, ölkədəki vəziyyətiqəbilələrə bölünməyə qədər gətirib çıxardılar.
Əslində, Cənubi Sudan bir çox Qərb dövlətinin və Afrika ölkələrinin diqqətini cəlb etdiyi, coğrafi cəhətdən əlverişli regionda yerləşən ölkədir. Şübhəsiz ki,bu qədər diqqət cəlb etməsinin əsas səbəbi sahib olduğu zəngin neft yataqlarıdır.
Neft yataqları Cənubi Sudanın şimalında yerləşir. Cənub bölgələri isə təbii sərvətlər baxımından kasıbdır. Ölkədə yaşanan çaxnaşmaların əsas səbəbi də cənubdakı qəbilələrin neft gəlirlərindən lazımınca faydalana bilməməsidir.
Onsuz da bir regionu kiçik torpaq parçalarına ayırmağın yaratdığı ən böyük problemlərdən biri bəzi regionların tərk edilməsidir. Çünki ölkə torpaqlarının hamısı təbii sərvətlərlə eyni dərəcədə zəngin ola bilməz. Aclıq və yoxsulluqla mübarizə aparan digər regionlardakıların isə həyati təhlükə ilə başqa regionlara hücum etmək ehtimalı çoxdur. Cənubi Sudanda da belə bir vəziyyətin baş vermə ehtimalı var. Özlərini iqtisadi cəhətdən təhlükədə hiss edənlər belə çaxnaşmalara səbəb olurlar. Regionlardakı insanlara ümümilikdə nəzər yetirsək, çox kasıbdırlar. Belə vəziyyətdə neft gəlirləri sadəcə bəzi bölgələrdə yaşayanlar üçün alınsa, digər insanlar aclığa, yoxsulluğa tərk edilmiş olarlar. Ən ədalətlisi bütün xalqın təbii sərvətlərdən əldə edilən gəlirlərdən istifadəsinə şərait yaradılmasıdır.
Sudandakı qarşıdurmaların başqa mühüm səbəbi də bəzi qruplar tərəfindən təlqin edilən dini və irqi ayrıseçkilikdir. Onsuz da Sudanın Şimali Sudan və Cənubi Sudan olaraq iki hissəyə bölünməsinin səbəbi şimalda yaşayan və iqtidardakı müsəlmanların qeyri-müsəlmanlara qarşı olan anlayışsız və sərt münasibətidir. Rəhbərliyin digər qrupları xaric edən siyasəti ölkədəki əmin-amanlığın pozulmasına səbəb olur. Hal-hazırda da Cənubi Sudanda fərqli etnik qruplar arasında münaqişənin baş vermə ehtimalı var və bu münaqişə sayca çox olan və iqtidardakı qəbilənin digər qruplara qarşı anlayışlı və hərtərəfli siyasət izləməməsindən qaynaqlanır və bu daxili qarşıdurma özünü əzilmiş hiss edən digər qəbilələrin silahlanmaları vəziyyəti daha da gərginləşdirdi. Ərəb Birliyinin tərəflər arasında dialoqun meydana gəlməsi istiqamətindəki səyləri dənəticəsiz qaldı.
Sudanda baş verənlər göstərir ki, dünyadakı ümumi problem sevgi, anlayış və ədalət çatışmazlığıdır. Sevgi, mərhəmət, şəfqət kimi insani duyğuların yerinə təcavüzkarlıq, vəhşilik hakimdir. Bu səbəbdən də ölkədə birlik və dinclik qalmamışdır. Əslində bütün problemlərin təməli insanların bu xüsusiyyətlərə sahib olması üçün laqeyd yanaşılmasıdır. Əsrimizin "eqoizm" xəstəliyinin bu bölgəyə də dərindən təsir etdiyi çox açıq bir həqiqətdir.
Cənab Adnan Oktar'ın Al-Hadath və News + Rescue'da yayımlanan yazısı:
http://newsrescue.com/many-times-must-sudan-divided-achieve-peace/#axzz31SV08Fpm