BAXIB GÖRMƏDİKLƏRİMİZ -1-
ucgen

BAXIB GÖRMƏDİKLƏRİMİZ -1-

751

Mahir bir ovçu olan balıq

1) Balığın üzgəci qapalı vəziyyətdə olanda

2) Balıq digər balıqların diqqətini çəkmək üçün üzgəcini açır və saxta balıq meydana çıxır

3) Saxta balığın cazibəsinə aldanan digər bir balıq yaxınlaşdığının ovçu olduğunu bilmədiyi  üçün ona asan şəkildə yem olur.

Görəsən bu balıq üzgəcinə balıq şəklini özü vermişdir? Yoxsa təsadüfən belə bir xüsusiyyətə sahib olub? Əlbəttə, bu cür düzgün və planlı bir hərəkəti balığın etdiyini  iddia etmək olmaz. Şübhəsiz ki, canlıların sahib olduğu xüsusiyyətlər qarşımıza ancaq bir həqiqəti çıxarır. Təbiətdə olan mükəmməl ağlın və dizaynın sahibi yalnız Allahdır. Allah bir ayədə bütün canlıların ruzisini verənin Özü olduğunu belə xəbər verir:

 

Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

 

Bədənimizin idarə mərkəzi: Beyin

Həm həssas bir quruluşu, həm də çox əhəmiyyətli vəzifələri olan beyin, bədəndə hər tərəfli qorunur. Bunlardan ən maraqlısı isə beynimizin bir maye içərisində olmasıdır.

 

Beynimizin suyun içində üzdüyünü biliridiniz?

Hissiyyat, hərəkət, eşitmə, görmə, dad və qoxu hissi, ürəyin işləməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz idarə edir. Eyni zamanda hormonları bədənin ehtiyacına görə nizamlayır. Çox həssas bir sistemə sahib olan bu orqan, elektrik siqnalları ilə işləyən sinir hüceyrələri, bunları saxlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir. Beyin təxminən 1,5 kq-lıq çəkiyə sahibdir. Əgər beyin bir mayenin içində olmasa və birbaşa kəllə sümüyünə təmas etsə öz ağırlığı ilə  əzilərdi. Bu da beynin həyati funksiyaları yerinə yetirən mərkəzlərində təzyiq meydana gəlməsinə və insanın ölümünə səbəb olardı. Ancaq belə bir problem, xəstəliklər istisna olmaqla, heç vaxt baş vermir. Çünki, beynimiz içində olduğu maye vasitəsilə çəkisini 1400 qr-dan 50 qr-a qədər düşürür. Yəni, beyində çəkini otuzda birə qədər endirən bir sistem var. Bu sistem belə işləyir: Beynin içində bəzi boşluqlar və bu boşluqların içində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beyinə gedən qandakı serumu (qan və ya limfa zərdabı)süzməkdir. Serum əvvəl beynin içindəki boşluqları doldurur və sonra da müxtəlif yollardan beynin xaricinə çıxır. Sonda da bu maye beynin üst qisimində olan bir tərəfli valf (qapaqcıq) sistemi (arachnoid villous) vasitəsilə ümumi dövrana (qan dövranına) geri qayıdır. Bu valflarınçox əhəmiyyətli bir vəzifəsi var: Mayenin beyinə təzyiqini nizamlamaq.

Əgər bu nizamlama olmasa və təzyiq çox yüksək bir səviyyəyə qalxsaydı, o zaman beyinə olan təzyiq beynin funksiyalarına təsir edər və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı. Buna nümunə kimi "hidrosefaliya" deyilən xəstəliyi göstərə bilərik. Bu xəstəlik dövrandakı hər hansı bir axsaqlığa görə beyindəki mayenin bir müddətdən sonra yığılmağı ilə başlayır və yaranan təzyiq beyin funksiyalarına mənfi təsir edir. Əgər kənardan bir müdaxilə edilməsə, yəni, əməliyyatla bu maye boşaldılmasa artan təzyiq əqli çatışmamazlıq, hərəkət pozuqluqları, korluq, hətta ölümlə nəticələnə bilər.

 

Beyindəki bu möhtəşəm dizayn necə yaranmışdır?

Beynimizin ən çətin işini yerinə yetirməsinə kömək edən bu dizayn təsadüfən yarana bilməz. Bütün bunları bilən çox yumşaq bir ət parçasından ibarət olan beyin də ola bilməz. Belə bir iddia qeyri-ciddi qəbul edilər.

Bütün bu nizamı qüsursuz şəkildə yaradan, hər şeyin yaradıcısı olan Allahdır.

Beynimiz xaricdən kəllə sümüyü ilə qorunur. Daxildə isə çəkisinin verəcəyi zərərin qarşısını almaq üçün maye yaradılmışdır. Bununla çəkini 50 qr-a, yəni öz çəkisinin otuzda birinə endirir.

Beyindəki təzyiq xüsusi olaraq nizamlanmasaydı çox yüksək səviyyəyə çatardı. Bu isə beyinə olan təzyiqin artmasına və müxtəlif xəstəliklərə səbəb olardı.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr