Hansı canlılar dronlara (Pilotsuz uçuş aparatı) ilham qaynağı olur?
ucgen

Hansı canlılar dronlara (Pilotsuz uçuş aparatı) ilham qaynağı olur?

1479

Cırcırama böcəyinin manevr qabiliyyəti, atəş böcəyinin 100% məhsuldarlıqla işıq çıxarması, bayquş bütün quşlar içində ən səssiz uçuşu reallaşdırması ... Bir çox canlının sahib olduğu bunlara bənzər xüsusiyyətlər, əsrlərdir insanları heyran qoymuşdur. Elə ki, bu xüsusiyyətlər elm adamlarına ilham qaynağı olmuş və yeni elm sahəsinin ortaya çıxmasını da təmin etmişdir.

Biomimetik Texnologiya ilk dəfə Montanalı yazar və elm müşahidəçisi olan Janine M. Benyus tərəfindən ortaya atılmış anlayışdır. Bizim dildə qarşılığı “biotəqlit” olan bu anlayış, daha sonra bir çox insan tərəfindən şərh olunmuş və həyata keçirilmişdir. “Təbiətdəki canlılardan təqlid” mənasını verən və xüsusilə son dövrlərdə texnologiya dünyasında adından tez-tez söz edilən bu elm sahəsi, insanlara əhəmiyyətli üfüqlər açmışdır. Məsələn,; Interface Focus jurnalında dekabr 2016-cı il tarixdə yer alan son araşdırmalara görə dron adı verilən uçan robotlar, yəni insansız hava vasitələri təbiətdən ilham alınaraq hazırlanmaqdadır. Dronların inkişaf etdirilməsi üçün nümunə alınan bu canlılardan bəziləri belədir:

 

Günlərlə yatmadan uça bilən quşlar

Bəzi quş növləri, köç əsnasında günlərlə hətta aylarla heç istirahət etmədən və yatmadan uça bilər. Elm adamları da, illərdir quşların bunu necə bacardıqlarını araşdırmaqdadırlar. Əvvəllər quşların “tək kürəlik yatma” deyilən üsulla bunu bacardıqları düşünülürdü. Bu üsula görə quşların tək gözlərini açıq tutaraq beyinlərinin bir yarım kürəsini işlətdikləri və bu sırada digərini dinləndirdikləri zənn edilirdi. Lakin son edilən araşdırmalar göstərdi ki, pirat quşu (Fregata minor) deyilən quşlar, eyni anda həm uçub (yüksəlmə ya da süzülməsin anında) həm də “mikro-yuxu” ilə beyinlərini dinləndirir. Məhz elm adamları da bu quş növü kimi günlərlə hətta aylarla durmadan havada qala biləcək dronlar üzərində araşdırmalarına davam edirlər.

 

Səssiz uçuş mütəxəssisləri: Bayquşlar

Bayquşun çox yaxşı gecə ovçusu olduğunu çoxumuz bilirik. Bu qədər yaxşı ovçu olmasının ən əhəmiyyətli səbəbi heç səs-küy salmadan uça bilməsidir. Bioloqlar, riyaziyyatçılar və mühəndislər bayquşların bu möcüzəvi aerodinamik fəaliyyətini araşdırdılar və bu qədər səssiz uça bilmək üçün lazımlı olan bir çox xüsusiyyətin bayquşda olduğunu kəşf etdilər. Məsələn; qanadlarının çox geniş olması və məxməri səthinin toxuması, bir-birinə birləşmiş nahamar tük quruluşu kimi xüsusiyyətlər sayəsində bayquşların çox səssiz şəkildə uça bilməkdədirlər. Bu səssiz uçuş texnologiyasını da dronlara tətbiq üçün işlər həyata keçirilir.

 

Zədəli qanadlara baxmayaraq uçan meyvə ağcaqanadları

Dronlar nə qədər yüksək texnologiya məhsulu maşınlar olsalar da, şübhəsiz zədə ala bilirlər. Bu səbəblə dronları hazırlayan elm adamlarının araşdırdıqları mövzulardan biri də, bu uçan maşınların zərər görsələr belə uçmağa necə davam edə biləcəkləri oldu. Bu problemin cavabını verə bilmək üçün araşdırmacılar bu dəfə meyvə milçəklərinə fokuslandılar və bir qanadı zədələnmiş olmasına baxmayaraq uçan meyvə milçəklərini yüksək sürətli görüntüləmə qurğuları ilə araşdırdılar. Çıxan nəticə elm adamları üçün üfüq açıcı idi:

Meyvə milçəkləri, havanın istiqamətinə görə qanad çırpma şəkillərini dəyişdirərək və zərər görən qanada doğru özlərini itələyərək uçuşlarına davam edə bilirdilər.

 

Hava axınından təsirlənməyən arılar

Uçan canlılar üçün də, uçan robotlar üçün də, ən böyük problemlərdən biri gözlənilməz sərt küləklərdir. Ancaq elm adamları arıların çox küləkli havalarda belə hədəfləri olan çiçək tozları qaynaqlarına gedə bildiklərini kəşf etdilər. Bunu necə bacardıqlarını anlamaq üçün də arıları incələyə biləcəkləri külək tunellərini yerləşdirdilər və arıların uçma anlarını qeyd etdilər. Araşdırmanın nəticəsi isə mühəndislik möcüzəsi hesablamalarla dolu idi.

Arılar, qarşılarına birdən çıxan sərt küləklərə qarşı uçarkən qanad çırpınışlarının tezliyini, genliyini və hətta simmetriyasını dəyişdirərək havada müqavimət (dayanıqlılıq) qazanırdı. Əgər elm adamları arıların bu texnikalarını dronlara tətbiq edə bilərlərsə, dronlar da uçuş boşluğuna daxil olduqda uçmağa davam edə biləcəklər.

 

Önlərinə çıxan maneələri məharətlə aşan göyərçinlər

Yerə yaxın şəkildə uçan quşu çətin səfər gözləyir. Uçarkən ətrafdan gələn vizual məlumatları sürətli hesablaması və yoluna çıxan maneələrdən xilas olmaq üçün sürətli şəkildə uçuş nizamlamaları etməsi lazımdır. İrəli doğru uçarkən önünə çıxan obyektlərə dəyməmək üçün sürətli manevrlər edən quşların bax bu müvəffəqiyyətini araşdırmaq istəyən elm adamları göyərçinlərin hərəkətlərini üç ölçülü qeyd etdilər. Nəticə olaraq da göyərçinlərin uçduqları istiqamət ilə eyni xətdəki boşluqları seçərək sürətli şəkildə marşrutlarını nizamladıqlarını kəşf etdilər. Bunu edərkən göyərçinlərin qanad çırpınışlarında bir neçə kiçik nizamlama etmələri yetərli olurdu.

Elm adamlarının indiki hədəfi quşların bu məharətlə istiqamət təyin etmə və manevr qabiliyyətlərini insansız hava vasitələrinə tətbiq edə bilməkdir. Beləcə dronlar uçarkən həm qarşılarına çıxan maneələri özlərinə zərər vermədən aşmış olacaq, həm də özləri üçün ən etibarlı yolu sürətli seçmiş olacaq.

 

Böcəklərin düşərkən göstərdikləri çeviklik dronları daha da inkişaf etdirəcək

Maraqlıdır ki, bəzən araşdırmacılar uçuş haqqında məlumat toplamaq üçün uçmayan böcəklərdən də faydalanırlar. Bu səbəblə elm adamları, bir çox böcək növünü araşdırdılar. Bəzi böcək növlərinin aşağıya doğru düşərkən sürətli şəkildə özlərini döndürə bildiklərini müşahidə etdilər. Məsələn, kiçik çomaq böcəyi nimfası (böcəyin yarı yetkin halı) qanadsızdır; amma bu böcək hər hansı yüksəklikdən aşağı doğru düşərkən havada özünü düzəldərək yerə düzgün şəkildə enə bilər.

Bunu ayaq hərəkətlərini hava axınına görə nizamlayaraq edən bu böcəklərin 0,3 saniyə içində öz ətraflarında tamamilə döndükləri kəşf edildi. Araşdırmacılar böcəklər tərəfindən istifadə olunan bu texnikanın dronlara tətbiq olunmasıyla, dronların havadakı çevikliyinin daha da inkişaf etdirilə biləcəyini düşünürlər.

 

Tük tökülməsinə baxmayaraq quşlar uçmağa necə davam edir?

Bir təyyarədə uçduğunuzu və uçarkən təyyarənin qanadlarından parçaların qopduğunu xəyal edin. Sizə məntiqsiz gələ bilər; lakin tüləmə mövsümündə quşların yaşadığı tam olaraq budur.

Mövsümi tük tökülməsi əsnasında quşlar həm yorucu əməliyyat olan tük dəyişməsini yaşayır, həm də təhlükəli də olsa uçmağa davam etmək məcburiyyətində qalırlar. Bunu necə bacardıqlarını görmək istəyən araşdırmacılar qarğa nəslindən olan bir növ olan balaca qarğa quşlarını nəzarət altına aldılar.

Tük tökmə əməliyyatının fərqli mərhələlərində quşların uçuş aerodinamikasını araşdırdılar. İş sonunda araşdırmacılar quşların tük tökmə zamanı uçuş məhsuldarlığının azaldığını qeyd etdilər. Lakin möcüzəvi şəkildə quşlar, tüklərin əskik olduğu yerlərdəki boşluqları tamamlayacaq şəkildə qanadlarına mövqe aldıraraq uçmağa davam edirdilər. Elm adamları bu strategiyanı da dronlara tətbiq edə bilərlərsə uçuş əsnasında qanadı zərər görən dronlar uçmağa davam edə biləcək kimi görünür.

 

Bütün canlılardakı üstün xüsusiyyətləri yaradan Allahdır

Məqalənin əvvəlində da ifadə etdiyimiz kimi insan oğlu təbiəti təqlid edərək istər vaxt və əmək baxımından, istərsə də maddi resursların məqsədəuyğun istifadə edilməsi baxımından çox əhəmiyyətli qazanclar əldə etməkdədir. Bu mövzuda nümunə olaraq verilən canlıların hər biri isə çox üstün xüsusiyyətlərlə təchiz edilmişdir. Şübhəsiz canlıları bu xüsusiyyətlərlə yaradan Uca Allahdır. Aləmlərin Rəbbi olan Allah bənzərsiz yaradandır. Bu həqiqət Quranda belə bildirilmişdir:

 

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

Mənbələr:

http://www.livescience.com/57247-ways-animal-flight-inspires-dron-designs.html

PAYLAŞIN
logo
logo
logo
logo
logo