Axırzamanda hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl müsəlmanlara şiddətli təzyiq, zorakılıq və əziyyət tətbiq ediləcəkdir. Ancaq insanlar hz. Mehdi (ə.s)-ın zühur etdiyini təcəlli edən Axırzaman əlamətlərinin bir-birinin arxasınca reallaşmasından anlayacaqlar. Bu dövrdə hz. Mehdi (ə.s) və ixlasla Allaha bağlı olan tələbələrinin adları çox xatırlanmağa başlayacaq. Səsləri dünya səviyyəsində yayılacaq. Sonra İslam ümməti hz. Mehdi (ə.s) və tələbələrini sevməkdə yavaş-yavaş birləşəcəklər. Ancaq, bu dövr gələnə qədər hz. Mehdi (ə.s) və tələbələrinə qarşı zülm, təzyiq və əziyyət davam edəcək, onu pisləyənlər olacaq. Lakin, bir müddətdən sonra bu kəslər azalacaq. Tövbə edib, niyyətlərini dəyişdirənlər xaric, bu kəslər xor və aşağı bir mövqeyə düşəcəklər. Hz. Mehdi (ə.s)-ı sevən, tərifləyən insanların sayı yavaş-yavaş artacaq.