Hər zaman nəticəsiz qalan Kipr müzakirələri 
ucgen

Hər zaman nəticəsiz qalan Kipr müzakirələri 

1926



Yarım əsrdir dolaşığa düşən Kipr müzakirələri İsveçrənin Crans-Montana qəsəbəsində keçirilən son konfransda yenə nəticəsiz qaldı. Kiprin türk və rum tərəflərinin, eləcə də, qarant  dövlətlər  Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə 10 gün davam edən görüşlər ötən həftə heç bir razılığa gəlinmədən başa çatdı. 


Kiprlə bağlı görüşlər adada yaşayan türklər və rumlar arasında ortaq razılıq əldə etmək məqsədilə ilk dəfə 1968-ci ildə başladı. Görüşlərə Rauf Denktaşdan Mustafa Akıncıya, Makariosdan Nikos Anastasiadisə qədər hər iki tərəfdən çoxlu liderlər qatıldı. Müxtəlif fasilələrlə təxminən 50 il davam edən bu görüşlərdə Kurt Valdheym, Butros Qali, Kofi Annan, Pan-Gi Mun, Antoniu Quterreş kimi BMT Baş Katibləri vasitəçi rolunu oynadılar. 


2008-ci ildə görüşlər həmin vaxt Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələtlə Kipr Respublikası dövlət başçısı Dimitris Xristofias arasında “Kipr probleminə həll yolu tapmaq” məqsədilə yenidən keçirildi.  Təkcə 2008-ci ilin sentyabr ayından 2010-cu ilin yanvar ayına qədər olan dövr ərzində iki lider arasında 60 görüş keçirildi. Lakin bu görüşlərin hamısı nəticəsiz qaldı. 


Müzakirələr 2015-ci ilin may ayında indiki liderlərin və BMT-nin Baş Katibi Kipr məsələsi üzrə xüsusi məsləhətçi Espen Bart Aydın nəzarətində yenidən başladıldı. “Təhlükəsizlik və təminatlar”, “Rəhbərlik və səlahiyyətlərin bölüşdürülməsi”, “Avropa İttifaq”, “Mülkiyət”, “Torpaq” və “İqtisadiyyat” ilə bağlı əsas başlıqlar çərçivəsində aparılan bu müzakirələrdə də nəticəyə gəlmək mümkün olmadı. Şimali Kipr Türk rəhbərliyinin apardığı yanlış siyasət nəticəsində təqdim etdiyi çox gərəksiz və riskli güzəştlərə baxmayaraq, rum tərəfi yenə də razılığa gəlmədi. 


Dünya tarixində ən çox davam edən və nəticəsiz qalan görüşlər zənciri kimi, Kipr müzakirələri probleminin həll olunmamasının səbəbi, əslində, elə də mürəkkəb deyil. Əsas səbəb problemin həll yolunun hər iki tərəfin fərqli qəbul etməsidir. 


Yunan rejiminin müəyyənləşdirdiyi yol xəritəsindən heç vaxt kənara çıxmayan Kipr rəhbərliyi lap əvvəldən son mərhələdə adanın mütləq hakimi olmağı meqalo (böyük)-ideyaya çevirmişdir. Bir qrup insanlar isə adadakı türk icmasını qismən assimilyasiya, qismən də köç etdirilmə yolu ilə adadakı varlığına son qoyulacaq milli azlıq hesab edirlər. Bu hədəf üçün öncədən nəzərdə tutulan ilk və ən mühüm addım isə Kiprin türk icmasının Türkiyədən yardım və dəstəyinin kəsilməsi və bununla da zəif, müdafiəsiz, yalnız icma halına salınmasıdır. 


Bu addım atılmadan digər mövzularda əldə ediləcək güzəştlərin rum rəhbərliyi üçün heç bir əhəmiyyəti yoxdur. Buna görə də, hər bir görüşdə ilkin olaraq “sıfır əsgər, sıfır qarant” şərtini irəli sürür. Rum tərəfi üçün problemin həll yolu məhz bu şərtin qəbul edilməsi deməkdir... Bu ağır şərt qəbul edilmədiyi üçün hər dəfə qarşı tərəf təqsirləndirilərək danışıqlar masası tərk edilir. 


Türk tərəfi isə əfsuslar olsun ki, keçmişdə Annan Planı dövründə və son dövrdə keçirilən müzakirələrdə Şimali Kipr Türk Respublikası dövlətinə və vətəndaşlarına zərər verməkdən başqa heç bir fayda gətirməyəcək müxtəlif lazımsız güzəştlərə imza atdı. Bunların arasında adadakı türk əsgərlərin sayını azaltma, torpaq və mülkiyət vermə tələbləri də var idi. Bununla yanaşı, “Türk ordusunun adadan çəkilməməsi”,  “Türkiyənin qarant rolunun davam etməsi”, “Türkiyənin beynəlxalq razılaşma ilə sabit olan Kiprə müdaxilə hüququnun qorunması” kimi qırmızı xətlər rum tərəfini hər dəfə razılaşma xəttinin kənarında qoydu. Məhz bunun sayəsində, həmin güzəştlər bugünədək həyata keçirilə bilmədi.  Bununla da, Kipr xalqı digər mövzularda içərisinə sürüklənə biləcəyi bəlalardan qorunmuş oldu. 


İsveçrədəki son müzakirələr rum rəhbərliyinin əsl niyyətini açıq şəkildə göstərdi və belə bir həqiqəti ortaya çıxardı ki, türk tərəfi hansı güzəştlərə gedirsə getsin, yuxarıda qeyd olunan qırmızı xətlərdən əl çəkmədiyi müddətcə, qarşı tərəf razılığa əsla yanaşmayacaq. Belə ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Crans-Montanada “Bu final konfransıdır. Son konfransdır”  sözləri ilə 50 illik başqatmaya qarşı öz reaksiyasını göstərdi. Uzatma taktikasının rumların taktikası olduğunu bildirərək, “Ömür boyu müzakirə edəsi deyilik. Nəticəsi olarsa olar, olmasa başqa cür müzakirə edərik”,- deyə qeyd etdi. 


Kiprdəki türk əsgəri Şimali Kipr Türk Respublikası vətəndaşlarının ən böyük güvən yeri və 70-ci illərdən əvvəlki qanlı dövrə geri qayıtmalarının qarşısında yeganə əngəldir. Belə ki, qısa müddət əvvəl Rum Nümayəndələr Məclisinin 1950-ci il Yanvar Plebisitinin (Kiprin Yunanıstana ilhaqı, yəni birləşdirilməsinin), başqa sözlə desək, ENOSİS-in bütün yunan məktəblərində qeyd edilməsi ilə bağlı qərar qəbul etməsi 70-ci illərdən əvvəlki təhdidin hələ də aradan qalxmadığının ən böyük sübutudur. Digər tərəfdən, qanunu Məclisə təqdim etmiş, EOKA-nın bir qolu olan irqçi, faşist və türk düşmənçiliyi ilə məşhur ELAM partiyasının (Rum Beynəlxalq Xalq Cəbhəsi) “Türk qanı içəcəyik” şüarları ilə adada göstərdiyi nümayişlər də bununla bağlı narahatlıqları təsdiq edir. 


Bu baxımdan Türkiyənin beynəlxalq razılaşma ilə tanınan “Kiprə təkbaşına müdaxilə”, “adada əsgər saxlama” və “qarant” hüququnun güzəşt və razılaşma mövzusu ola bilməyəcəyi açıqdır. Türklərdən bu hüquqlardan imtina etmələrini gözləmək yenə Çavuşoğlunun dili ilə desək, böyük “xəyal”dır...


Beləliklə, kiprli türk icmasının torpaq vermə, mülkiyət vermə, türk əsgərini adadan göndərmə, milli azlıq statusunu qəbul etmə kimi güzəştlərə getməyə, qazanılmış hüquqlardan, azadlıqlarından əl çəkməyə, bu mövzularda təzyiq və məcburiyyətlərlə hesablaşmağa nə ehtiyacı, nə də ki öhdəçiliyi yoxdur. Bu cür güzəştlər qarşılığında veriləcək Avropa İttifaqı vətəndaşlığı kimi aldadıcı vədlər, əslində, adadakı türk xalqını kimliyindən, kökündən, şəxsiyyətindən, dəyərlərindən qopararaq, varlığını və mənliyini heçə sayaraq assimilyasiya etməyə, mal-mülk, torpaq və azadlıqlarını əlindən almağa yönələn gizli ENOSİS planının bir hissəsidir. 


Əslində, Kiprdəki türk icması baxımından “Kipr problemi” deyə bir problem yoxdur. Şimali Kipr Türk Respublikası xalqının yaşadığı ən böyük problemlər, acılar, sıxıntılar və bəlalar 1974-cü il Sülh Hərəkatı ilə sona çatdı.


Rum və türk icmaları illərdir birlik və qardaşlıq içində yaşamağa davam edirlər. Adada 70-ci illlərdən əvvəlki vəziyyətə qayıtmağın qarşısını alacaq, davamlı sülh və sabitliyi təmin edəcək yeganə sistemin iki dövlətli və iki cəmiyyətli model olduğunu təcrübələrimizdən gördük. Bu əsaslar üzərində razılaşdıqdan sonra adada hər iki icmanın sülh, sevgi, qardaşlıq, xoşbəxtlik, rifah və təhlükəsizlik şəraitində birlikdə yaşamasında heç bir problem yoxdur. Qarşılıqlı şəkildə pasport və viza rejiminin aradan qaldırılması, bir-birinin ərazisinə sərbəst daxil olma hüququ, sosial, mədəni və ticarət əlaqələrinin canlandırılması, adanın rifah, zənginlik və dirçəlməsi yönündə ortaq addımlar atılması ən böyük istəyimizdir. 


Adnan Oktarın “Kashmir Reader”-də dərc edilən məqaləsi:

http://www.harunyahya.org/tr/Makaleler/253532/Cozumsuzlugun-Diger-Adi-Kibris-Gorusmeleri

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr