Hədisdə hz. Mehdi (ə.s)-ın ilk çıxış dövründə, özünə şübhə ilə nəzər salınacağına diqqət çəkilmişdir. Allah əvvəlcə insanların şübhələrini üzərinə çəkəcək, sonra bu vəsiləylə onu bütün şübhələrdən təmizləyəcək. Hz. Mehdi (ə.s)-ın şöhrəti yayılacaq, yəni insanlar arasında tanınan biri hala gələcəkdir. Quran əxlaqını təbliğ edəcək və təbliğ fəaliyyəti insanlar arasında eşidiləcək. Hədisdə, həmçinin, hz. Mehdi (ə.s)-ın ləqəb sahibi olacağına, həm adı, həm də ləqəbiylə yad ediləcəyinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s)-ın təbliğ fəaliyyətlərini bu ləqəblə edəcəyinə və bu vəsilə ilə ləqəbinin eşidiləcəyinə işarə edilir. Hədisdə diqqət çəkilən başqa bir xüsusiyyəti isə, hz. Mehdi (ə.s)-ın soy ağacının açıqlanacağı və insanların məlumatına çatdırılacağıdır. Hz. Mehdi (ə.s), həm təbliğ etdiyi İslam əxlaqını qəbul edən, həm də özünə qarşı olanlar tərəfindən çox danışılacaqdır. Haqqında bu qədər danışılması, hz. Mehdi (ə.s)-ın insanlar tərəfindən ən incə təfərrüatına qədər tanınmasına vəsilə olar. Beləcə, Peyğəmbərimiz (s.ə.v) tərəfindən 1400 il əvvəl bildirilən bütün əlamətlərini insanlar təfərrüatlarıyla üzərində görməyə imkan tapa biləcəklər. Hz. Mehdi (ə.s)-ın soyu və Peyğəmbərimizin ona verdiyi ad ilə ləqəbi də yenə insanların onu tanımalarına vəsilə olacaq.