Yengəclər böyüdükcə qabıqlarının içinə sığmırlar. Ona görə, bu canlılar bizim kimi daima köçürlər. Lakin hermit yengəcləri ev axtarma prosesində insanlardan daha praktiki, sosial metoddan istifadə edirlər.
Tafts Universiteti İncəsənət və Elm Fakültəsində və Yeni İngiltərə Akvariumunda fəaliyyət göstərən bioloqların apardığı bir tədqiqat hermit yengəclərinin yeni, daha yaxşı ev tapmaq üçün sosial nizamla hərəkət etdiklərini üzə çıxarıb.
Tədqiqata əsasən, tədricən böyüdüklərinə görə qabıqlarına sığmayan yengəclər daha böyük ev tapmaq üçün ilbizlərin tərk etdiyi qabıqlarını axtarmağa başlayırlar. Lakin hermit yengəclərinin uyğun ev tapması o qədər də asan olmur. Çünki yengəclər evlərini diqqətlə seçirlər. Üstəlik, özlərinə uyğun ev tapmadıqda müdafiəsiz qalıb düşmənlərinin hücumlarına məruz qalma ehtimalına baxmayaraq...
Ev tapmaq yengəclər üçün çox asan deyil. Çünki həmişə kifayət qədər qabıq tapılmır və bir çox yengəc açıqda qalır. Hermit yengəcləri bu problemi “sosial nizam” əmələ gətirərək həll edirlər. Boş qabıq tapdıqda bütün yengəclər böyükdən-kiçiyə qədər yeni evin qarşısında sıraya düzülürlər. Bu yeni evə, əvvəlcə, ən qabaqda olan ən böyük yengəc girir. Ən böyük yengəc yerləşdikdən sonra sıra ilə bütün digər yengəclər qabığın içinə doğru hərəkət edirlər. Beləliklə, bir qabıq bir çox yengəcin evi olur.
Hermit yengəclərinin fədakarlığı
Tədqiqatı aparan elm adamlarına rəhbərlik edən Randi Rotcan (Randi Rotjan) tədqiqat zamanı hermit yengəclərinin qeyri-adi xüsusiyyətinə şahid olduqlarını deyib: fədakarlıq...
Müşahidələrə əsasən, bir hermit yengəci yuva axtararkən özünə böyük olan ilbiz qabığı tapdıqda həmin qabığın içinə yerləşmir, o qabığa uyğun böyüklükdə başqa yengəc gələnə qədər gözləyir. Böyük yengəc gəldikdə yenidən böyükdən kiçiyə doğru sıra düzülür və beləliklə, heç bir haqsızlıq olmadan bütün yengəclər özlərinə uyğun yeni yuva əldə edirlər. Randi Rotcan: “Yengəclər növbəyə durmaq üçün saatlarını sərf edirlər. Lakin növbənin yuvaya yerləşməsi saniyələr çəkir. Eynilə domino daşları kimi...” -deyərək yengəclərin sosial nizamını və iş birliyini izah edir.
Hermit yengəclərinin bu qeyri-adi xüsusiyyətləri bizə mühüm həqiqəti xatırladır. Bu canlılara sosial nizam qurmağı ilham edən və fədakar davranışlar etdirən sonsuz mərhəmətli və şəfqətli, bütün canlıların yaradanı və qoruyanı Rəhman və Rəhim olan Allah`dır. Rəbbimizin sonsuz mərhəməti və şəfqəti təkcə bu canlıları deyil, insan da daxil olmaqla, bütün kainatı əhatə edir. Yengəclər kimi bütün canlıların uca Allah`a təslimiyyəti bir ayədə belə bildirilir:
... Halbuki, göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali-İmran surəsi, 83)
Hermit yengəclərini düşmənlərindən qoruyan bərk qabıqları yoxdur. Bunun əvəzinə boş dəniz ilbizi qabığından qoruyucu örtük qazanırlar. Daha əvvəl bir dəniz ilbizinin evi olan bu qabıq yengəcə uyğun olması üçün diqqətli şəkildə seçilməlidir. Yengəc böyüdükcə qabığın ölçüsü də böyüyür. Ona görə, yengəc öz qabığı böyümədən əvvəl yeni qabıq axtarmağa başlayır. Yenisini tapdıqda sürətlə köhnə qabığından çıxıb yenisinə girir. Başqa cür müdafiəsi olmayan yengəcin bir qabıq taparaq özünü qorumağı düşünməsi qeyri-mümkündür, belə bir şeyi yengəc digər canlıdan da öyrənə bilməz. Yer üzündəki bütün canlılar kimi hermit yengəcləri də yaratmada heç bir şəriki olmayan uca Allah tərəfindən yaradılıblar.
Bilirdinizmi?
Paleontoloqlar bu günə qədər minlərlə yengəc fosili tapıblar. Ən son tapılan yengəc fosili 150 milyon yaşındadır və dövrümüzdəki yengəclərlə eyni xüsusiyyətlərə malikdir. Tapılan fosillərin ortaq cəhəti canlıların bu günə qədər dəyişmədiyini sübut etməsidir.
Yengəcin qüsursuz göz quruluşu
Okeanların dərinliyində zülmət qaranlıqda nəhəng yarğanlar boyu uzanan, 400 dərəcə temperaturda qaynar su fışqıran hidrotermal laylar var. Həmin lay kənarında bythograea thermydron növündən olan yengəc yaşayır və bu qədər yüksək temperatur ona təsir etmir.
Yaşadığı yer zülmət qaranlıqdır. Ancaq bu qaranlıqda yengəcin gözü əsas köməkçidir. Yengəci 400 dərəcəyə çatan temperaturdan uzaq saxlayan xüsusi göz quruluşudur.
Bu yengəclər milçəklər kimi mürəkkəb göz quruluşuna malikdirlər. Gözlər fokuslama edir və okeanın dərinliklərindəki zəif işığa həssasdırlar. Sürfə dövründən çıxan yengəclərin gözü dibə doğru itən işığı hiss etmək üçün dəyişməyə başlayır. Uzun müddətdə baş verən bu dəyişiklik yengəcin DNT-sində şifrlənmiş xüsusi proqram əsasında qüsursuz baş verir. Tamamilə zülmət qaranlıqda təqribən 4000 metr dərinlikdəki okean dibinə çatan yetkin yengəcin gözünün iri, göz bülluru olmayan tor qişası var. İşığa çox həssas olan bu gözlər zülmət qaranlıqda yengəc üçün gecə durbini funksiyasını yerinə yetirir. Yengəc bu şəkildə gözləri ilə hidrotermal layların ətrafındakı zəif işıqları asanlıqla görür. Beləliklə, yüksək temperaturu ilə digər canlıları öldürən hidrotermal layları uzaqdan görərək özünü qoruyur. Bu kompleks plan üstün ağılın varlığını göstərir. Uca Allah yengəci yoxdan yaratmış və ona ehtiyacı olan gözlər bəxş etmişdir.