ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (4 DEKABR 2010)
ADNAN OKTAR: Kəhf surəsi, 65-ci ayə. Xızır hekayəsi. "Deyərkən, qatımızdan özünə bir rəhmət verdiyimiz", rəhmət tamam ayrı bir şeydir. Allahın rəhmət, Rəhman və Rəhim adı. Rəhmət də hər şeyi əhatə edəndir. Yəni musəviyə də, xristiana da hamısına Allah rəhmət gözüylə yaxınlaşar. Rəhmət hamısını qurtarmağı məqsəd qoyur, hamısının yaxşı olmasını istəyir, inşaAllah. "Rəhmət verdiyimiz və Tərəfimizdən özünə bir elm öyrətdiyimiz" deməli, bütün elmləri Allah öyrədər, hamısını. "Qullarımızdan bir qulu tapdılar." Bunu daha əvvəl də söyləmişdim, tam 2010-cu ili verir. "Musa ona dedi ki: "Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?" Amma bax, "doğru yol" doğru yol nədir? Qurandır. Deməli, onun doğru yolda olduğunu bilir. Haqqı müdafiə edəcəyini bilir. Qurana uyğun, o zamankı haqq kitaba uyğun hərəkət edəcəyini bilir. "Sənə öyrədiləndən" öyrədən kimdir? Allahdır. Allahın öyrətdiyini də bilir. "Öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?" Sənə şagird ola bilərəmmi? Xızır (ə.s) deyir ki: "Dedi ki: "Həqiqətən" bax, "həqiqətən" deyir. "Sən, mənimlə birlikdə olma səbrini göstərə bilməzsən." O zaman bunu əsrimizə baxsaq, Mehdi (ə.s)-a tələbə olma gücünü göstərə bilməzsən. Yəni belə bir bacarıq göstərməyin çox çətindir. Çünki Mehdi (ə.s)-ın zahirdəki görünüşü, batindəki görünüşü insanlara fərqli təsir edər edəcək, inşaAllah. "(Beləykən) "Mahiyyətini qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?" Deməli, bir şeyin mahiyyəti əhəmiyyətlidir, mahiyyətin üstündə dayanmaq lazımdır. Qabıqla maraqlanıb insanları qabığın üstündə boğsan, əsası edə bilməzsən. Allah burada mahiyyətin tətbiq olunmasını əsas götürdüyünü göstərir. "Mahiyyətini qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?" Yəni "zahir gözüylə baxacaqsan" deyir, dərinliyini görə bilməyəcəksən, mahiyyətini görə bilməyəcəksən, onun üçün rədd edərsən, inkar edərsən, qəbul etməzsən, qarşı gələrsən" deyir. Bu Mehdi (ə.s)-ın da xüsusiyyətidir.
ALTUĞ BERKER: Ustad "əcaib şəxs" deyir. Həmişə söyləyərsiniz.
ADNAN OKTAR: Təbii ki. Bədiüzzaman deyir ki; "O Axırzamanın əcaib şəxsi kimi heç bir cəhətdə ola bilmərəm" deyir. "Əcaib şəxs" deyir bəli. "(Musa:) "inşaAllah" Bax, bu, inşaAllah, Allahın icazəsiylə bütün peyğəmbərlərin bildiyi bir xüsusdur. Yəni ilk dəfə müsəlmanlar demir, inşaAllah; hz. Musa (ə.s) da söyləyir, hz. İbrahim (ə.s) da söyləmişdir. "İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm" dedi." Cahil dəstəsi anlaya bilmədikləri üçün hər addımda Mehdi (ə.s)-a qarşı gələcəklərdir. "Dedi ki: "Əgər mənə uysan, heç bir şey haqqında mənə sual vermə" istisnasız "mən sənə nəsihət edib-izah edib danışana qədər heç bir şey haqqında mənə sual vermə." "Mən sənə izah edərkən, nəsihətlə izah edəcəyəm" deyir, hər hansı bir izah da etməyəcəyəm" deyir, "izah edəcəyəm, ora qədər səbir et" deyir. "Beləcə ikisi yola düşdü." Ən təsirli üsul, ikili izahatdır. Üçüncü bir adamda insanın zehni dağılar. Ən təsirli söhbət, ən təsirli izah etmə üsulu odur, yəni ikili birə-bir. İnşaAllah. "İkisi yola düşdü. Necə ki, bir gəmiyə minincə" dəniz kənarında bir yerə gəlmişlər. İlk gəldiyi yer haradır? Dəniz kənarıdır. Mehdi (ə.s) hara gəlir? İstanbula. Hara gəlir? Dəniz kənarına. İki dənizin birləşdiyi yer. Bax, ayədə ilk hara diqqət çəkilmişdir? Gəmilərə, dənizə diqqət çəkilmişdir."Bir gəmiyə minincə, o bunu (gəmini) deşdi." Gəmini qüsurlu göstərir. "(Musa) Dedi ki: "İçindəkiləri batırmaq üçün mü onu deşdin? And olsun, sən pis bir iş etdin." Bir də and içir baxın: "sən pis bir iş etdin." Bax, harama girdin demir, "pis bir iş etdin" deyir, diqqətli mövzu budur. Normalda Tövrata görə harama girdin deyərdi, amma demir. "Yalnız etdiyinə təəccübləndim" deyir. Yəni doğru yolda olduğunu bildiyi üçün. Bu batini elmin bir gərəyidir. Bir şeyi lazım olduğunda zəif göstərmək və yaxud zəifi güclü göstərmək, ikisi də batini elmin bir gərəyidir. "Dedi ki: "Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərə bilməyəcəyini sənə söyləmədimmi?" Çünki, qədəri elədir. Daha o doğulmadan, hz. Musa (ə.s) doğulmadan buna səbir edə bilməyəcəyi müəyyən idi, Quran Xızır (ə.s)-dan əvvəl vardı. Quranda hz. Musa (ə.s)-ın nə edəcəyi onsuz da müəyyəndir. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir. Onsuz da bax, oxuyuruq, səbir edə bilməyəcəyi bilinir. Xızır (ə.s) zamanda gəzən bir insandır. Məsələn, hz. İbrahim (ə.s) zamanına da gedir, keçmiş zamanlara da gedər. Hər zamana gedə bilən insandır. Hz. Musa (ə.s)-ın Quranda bildirilən bu xüsusiyyətini bilir. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir, onun üçün bax "qəti olaraq" deyir. Çünki Allahın hökmü var. "Qəti olaraq səbir edə bilməyəcək" deyir Allah. O da bunu bildiyi üçün "qəti olaraq səbir edə bilməyəcəksən" deyir. Yəni istisna qoymur, bəlkə demir. Baxın, ifadələrdə bunu görərsiniz ayədə; "heç bir şəkildə bunu edə bilməyəcəksən" deyir ayədə "qəti olaraq" deyir. Qədərini bildiyi üçün, hz. Musa (ə.s)-ın qədərini və nə cavablar verəcəyini bilir. "Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərə bilməyəcəyini sənə söyləmədimmi?" deyir, "daha əvvəl xatırlatdım" deyir. "(Musa:) "Məni, unutduğuma görə qınama" Unutduran kimdir? Allah unutdurur. "...qınama və bu işimə görə mənə çətinlik çıxarma" yəni hz. Musa (ə.s) elm mövzusunda xeyli qərarlıdır, batini elmi öyrənmə mövzusunda qərarlıdır, bax, o da imtina etmir. Başqası olsa tamam deyər, o zaman olmursa buraxaq deyər. Deməli, tələbəlik mövzusunda təkid və qətiyyət möminin bir xüsusiyyətidir. Hər nə bahasına olursa olsun, elmi buraxmayacaq. "Bu işimə görə mənə çətinlik çıxarma dedi." deyir. "Beləcə ikisi" bax, həmişə iki, iki, iki gəlir. "İkisi (yenə) yola düşdülər. Necə ki, bir uşaqla qarşılaşdılar, o dərhal" gözləmədən, "tutub o uşağı öldürdü" deyir. "(Musa) Dedi ki: "Bir cana qarşılıq olmadan, tərtəmiz bir canı mı öldürdün? And olsun, sən pis bir iş etdin." Bu dəfə dəqiq söyləyir, "pis bir iş etdin" yəni "sən cinayət etdin" deyir, "pis bir iş etdin" şəriəti də yaxşı bildiyi üçün Tövrat şəriətini, şəriətə görə olsa, Tövrata görə olsa halal olmuş olacaq. Bir qarşılığı yox" deyir yəni bu cinayət törətmiş deyil, "olmadığı halda öldürdün" deyir, "səbəbsiz öldürdün" deyir. Amma bir də and içir, "sən pis bir iş etdin" deyir. Halbuki, daha əvvəl etiraz etməyəcəyinə dair söz verir. "Dedi ki: "Həqiqətdə mənimlə birlikdə olma səbrini göstərə qəti olaraq" deyir bax, "göstərə bilməyəcəyini sənə söyləmədimmi?" Çünki vəhylə aldığı üçün, mümkün deyil, ikinci bir şey edə bilməyəcək. Amma hz. Musa (ə.s) bunu bilmir, lakin hz. Xızır (ə.s) bilir, bildiyi üçün də o təəccüblənmir, lakin özü təəccüblənir. O deyir ki: "təəccüblü bir iş etdin" deyir. Amma hz. Xızır (ə.s)-ın təəccübləndiyinə dair bir ifadə yoxdur. O özündən çox əmindir və nə vaxt ayrılacağını da bilir. Hansı mərhələdə ayrılacağını da bilir. "(Musa:) "Bundan sonra səndən bir şey soruşsam, artıq mənimlə yoldaşlıq etmə." Yəni "sənə bu mövzuda artıq sual verməyəcəyəm", "artıq mənimlə yoldaşlıq etmə. Məndən yana bir üzr qəbul etmiş olarsan." "Mən artıq bundan sonra qəbul edəcəyəm" deyir. Amma təbii ki, o da əzm göstərir, yəni etiraz etməməyə əzm göstərir, hər dəfə əzm göstərir. "(Yenə) Beləliklə, ikisi yola düşdü." Təbii ki, bu ikilər çox mənalıdır. İki-iki, Quran bu ikiləri xüsusilə vurğulayır. Yəni Allah Quranda xüsusilə vurğulayır, inşaaAllah. "Nəhayət bir qəsəbəyə gəlib yemək istədilər," yəni kənd kimi bir yerdir qəsəbə. Bax, şəhərdə deyil, qəsəbədə. "Lakin (qəsəbə xalqı) onları qonaq etməkdən çəkindi." İnsanlar Mehdi (ə.s)-ı da qonaq etməkdən çəkinəcəklər. Mehdi (ə.s) da bir kənddən çıxır, bir kənd, kənddən çıxar. Və xalq da onu qonaq etməkdən çəkinəcək. Yəni Mehdi (ə.s)-ı istəməyəcəklər. "Onda (qəsəbədə) çökməyə məruz qalan bir divar tapdılar," İndiki Süleyman Məscidinin olduğu yer, çökmüş bir divar. Yəni çökmüşdür. Yəni tamamilə çökmüşdür. Hətta deyirlər; Məscid-i Əqsa da hər an çökə bilər" deyilmi? Altındakı quruluş tərpəndiyinə görə, yəni quruluşu davamlı oyulduğu üçün alt qismi çökə bilər. Nə deyir ayədə; "çökməyə məruz qalan", Məscid-i Əqsa da, bu, indi bir tək ora üçün deyilir, "çökməyə məruz qalan" deyirlər, hər kəs bunu söyləyir. Məscid-i Əqsa müsəlmanlar üçün çox zəruri bir nöqtədədir. "Bir divar tapdılar" və orada bir divar var, ağlama divarı var. "Dərhal onu inşa etdi." Mehdi (ə.s)-ın edəcəyi budur. Süleyman Məscidini inşa etməsi. "(Musa) Dedi ki: "Əgər istəsəydin həqiqətən, bunun qarşılığında məvacib ala bilərdin." Yenə ağzından çıxır. Yəni bu qədərindədir, bunu edəcək, mütləq ki, edəcək. "Əgər istəsəydin, həqiqətən, bunun qarşılığında məvacib ala bilərdin." Halbuki, müsəlman, Allah rizası üçün iş görər, o da Allah rizası üçün iş gördüyü üçün məvacib almır, deyilmi? İnşaAllah. Özü, hz. Musa (ə.s), o qoyunları suladığında gedir, qoyunları sulayır, qadınlardan məvacib istəyirmi? İstəmir. Ondan bir kəs soruşurmu niyə ödəniş istəmədin deyə? Soruşmur. Niyə? Allah eşqiylə etdiyi üçün. Anası onu kiçik sandığa qoyduğunda suyun içinə buraxdı, onu öldürmək üçünmü buraxdı? Normal halda uşaq ölər. Yəni bir uşağı çaya məsələn, Yaşılirmağın içərisinə, Qızılirmağa buraxsan, kiçik bir qutunun içərisində, sandığın içində bir ana buraxsa, uşaq öldürməyə təşəbbüsdən mühakimə olunar. Uşaq da çox böyük ehtimalla ölər, çox böyük bir ehtimalla. Uşağın qalxdığını düşünək, yəni ayağa qalxdığını düşünək; o zaman suya düşər, ikinci bir ehtimal yoxdur. Hərəkət etməyə çalışsa, qurtardı, suya düşər. Anası oraya onu öldürmək üçün mü qoydu? Yox, xilas olması üçün qoydu. O zaman o gəmini niyə deşdi? Oradakıları qurtarmaq üçün etdi, deyilmi? Eyni Ledünü elm. Eyni elm, onu edən Allahdır, eynisini edir. O bir adam öldürmüşdü, təvafüqən öldürdü, vurdu adam öldü. Bir cana qarşılıqmı etdi? Yox qədərində idi. Hz. Xızır (ə.s) niyə öldürdü? Qədəri elədir, Allah əmr etdiyi üçün öldürür. Deyilmi? Onu hz. Musa (ə.s)-ı sorğuladılarmı? Sorğulamadılar. Niyə öldürdün demədilər. Orada da onun sorğulamaması lazım idi. Onsuz da özü eyni şeylərlə, paralellərlə qarşılaşmışdır. Paralel hadisələri Allah meydana gətirmişdir. Heç birində sorğulanmamışdır, amma o hamısında hz. Xızır (ə.s)-ı sorğulayır, inşaAllah. "Dedi ki: "Məhz bu, mənimlə sənin aranda ayrılma (zamanı)mızdır." Onsuz da hz. Xızır, Mehdi (ə.s)-dan sonra, hz. İsa (ə.s)-dan sonra Qiyamət gəlir, ondan sonra çəkilir. Ayrılma vaxtıdır. Yəni hz. Xızır (ə.s)-ın dünyadan ayrılma vaxtına da işarə edir, ayrılma vaxtıdır. Yəni Axırzamanın xüsusiyyətidir. "Sənə, üzərində səbir göstərə bilməyəcəyin bir şərhi xəbər verəcəyəm." İndi hamsının sənə hikmətlərini açıqlayacağam" Xızır (ə.s) deyir. "Gəmi, dənizdə işləyən yoxsulların idi, onu qüsurlu etmək istədim, (çünki), qabaqda hər gəmini zorla ələ keçərən bir kral vardı." İlk növbədə 79-cu ayə 1979-a işarə edir. 79-dakı gəminin yanıb İstanbulu gündüz kimi işıqlandırmasına da işarə edir. Gəminin yandığı dövrdə "hər gəmini zorla ələ keçərən bir kral vardı." Deyir. 79-cu il anarxiyanın, azğınlığın və zülmün ən yüksək olduğu dövrdür. Deyilmi? Zülmün ən şiddətli olduğu dövr idi, Quran buna da işarə etmiş olur. "Uşağa gəlincə, onun ana və atası mömin kəslər idi. Buna görə, onun özlərinə azğınlıq etməsindən və çətinlik yaratmasından qorxduq." Xızır (ə.s), Mehdi (ə.s)-a zərər verəcəyini anladığı bir insan olduğunda, gedər onu gizlicə öldürər, söyləyim. Yəni İslam Birliyinə maneə törədəcək, Mehdi (ə.s)-a zərər verəcəyinə inandığı bir adam olsa, baxın bir sirr olaraq söyləyirəm, Xızır (ə.s) o şəxsi öldürər və heç kim də tapa bilməz. Tapılması mümkün deyil, çünki metafizik bir varlıqdır, tapa bilməz. "Beləcə, onlara Rəblərinin ondan təmizlik baxımından daha xeyirli, mərhəmət baxımından da daha yaxın olanı verməsini dilədik." Yəni o uşağın öldürülməsi dəccalın öldürülməsinə işarə edir, yəni dəccaliyyət daha uşaqlıq mərhələsindəykən öldürüləcək. Yəni dünyanı tamamilə örtüb zəbt etmədən, dünyanı məhv etmədən öldürüləcək. Onun yerinə 81-də, 1981-də, ki, Mehdi (ə.s)-ın çıxış tarixidir. "Rəblərinin ondan təmizlik baxımından daha xeyirli, mərhəmət baxımından da daha yaxın olan" Mehdi (ə.s)-ın iki xüsusiyyətidir; təmiz və mərhəmətli olması. Yaxın olanı verməsini dilədik." Onun yerinə tərtəmiz bir uşaq gəlir. Yəni 81-də "dəccaliyyətin bitməsi, münafiqanə sistemin bitməsidir" Bədiüzzaman onsuz da, Mehdi (ə.s)-ın çıxışı deyir. Divar isə, şəhərdə iki yetim uşağın idi", iki yetim uşaq, ikisinin də hz. İsa (ə.s) gəldikdə anası-atası olmayacaq, Mehdi (ə.s)-ın da atası yoxdur, o da yetimdir. "İki yetim uşağın" biri Mehdi (ə.s)-ın, digəri İsa (ə.s)-ındır. Divar onların, yəni ikisi də Süleyman Məscidində, Məscid-i Əqsada namaz qılacaqlar. Hədislərdə bu açıq şəkildə keçir, ona işarə edir. "Altında onlara aid bir xəzinə vardı." İndi bunu söyləməyim deyirəm, amma mütləq söyləyəcəyik, məcbur olduq. Süleyman Məscidinin, Məscid-i Əqsanın altında bir yerdə, hz. Süleyman (ə.s)-ın bəlkə də bəzi əmanətləri var. İsrail gecə-gündüz axtarır. Gecə-gündüz altını belə tunellərlə oydular. Orada olduğunu bilirlər. Qurandan anladılar, yəni Quranı araşdırdılar, Quranın işarəsini anladılar, orada olduğunu bilirlər. Altında o qədər çox tunel var ki, ona görə çökmə təhlükəsi var. Məscid-i Əqsanın çökmə təhlükəsinin səbəbi odur. Girilməyən yer qalmadı. Tapa bilmirlər. Halbuki, Allah bir incəlik verir, deyir ki: "Onu mələklər daşıyar" deyir. Bunu düşünə bilmirlər. Mələyin daşıdığını sən necə tapacaqsan? Tapa bilməzsən. Oradan götürər ora aparar, oradan götürər başqa yerə aparar. Tapa bilməz. Sən tapacağam dediyin yerə girərsən, girdiyin yerdən götürər başqa yerə aparar. Ona görə tapa bilmirlər və tapa bilməyəcəklər. Tapacaq olan Mehdi (ə.s)-dır. Yerini söyləyim oradadır, inşaAllah. Mütləq ki, söyləmək lazımdırsa, inşaAllah Allahu aləm oradadır. "Ataları saleh biriydi. Hz. İbrahim (ə.s)-a işarə edir, inşaAllah. Quranda hz. İbrahim (ə.s)-ın saleh və təmiz olduğunu söyləyir. Hər ikisi də hz. İbrahim (ə.s)-ın soyundandır, Mehdi (ə.s) da, hz. İsa (ə.s)-da. "Rəbbin dilədi ki, onlar yetkinlik dövrünə çatsınlar" yəni əlaqədar tarix gəlsin, əlaqədar vaxt gəlsin, o dövr gəlsin. "Yetkinlik dövrü" bu dövrdür, yəni Axırzaman. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə ifadə etdiyi, Bədiüzzamanın ifadə etdiyi bu dövr, "məndən yüz il sonra" dediyi bu dövrdür. "Və öz xəzinələrini çıxarsınlar." Məhz bu müqəddəs əmanətlər. "Onda bir sükunət, hüzur vardır" Allah deyir. Onu gördükdə müsəlmanların bütün sinirləri sakitləşəcək, yüz faiz qənaətləri gələcək, çünki çox açıq dəlildir. Çünki müqəddəs əmanətlərin hamısı var içində. Hz. Süleyman (ə.s)-ın müqəddəs sandığı tapılacaq. Yəni Tövratın orijinal səhifələri daş oyma, daşdan oyulmuş Allah tərəfindən oyulmuş daş səhifələrin hamısı var, inşaAllah. Hamısı deyərkən bir və ya bir neçəsi. "Bu Rəbbindən bir rəhmətdir." Bax, nə deyir ayənin əvvəlində; "Deyərkən qatımızdan özünə bir rəhmət verdiyimiz" deyir deyilmi, 65-ci ayədə. 82-də Allah nə deyir; "Bu Rəbbindən bir rəhmətdir." Allahın qoruyuculuğundan, Allahın sizə olan sevgisindən etdiyi bir gözəllikdir. Bu, çox böyük bir möcüzədir.
Axtarılıb tapılmaması deyə bir mövzu olmaz. İsrail dövlət olaraq müqəddəs sandığı axtarır baxın, dövlət olaraq. Təbəriyyə gölünün dibi yoxlanıldı. Yəni maqnit olaraq yoxlanıldı. Xəzinə axtaranların istifadə etdikləri cihazlar var, heç bir işarə ala bilmədilər. Halbuki, metaldır. Metal olduğu üçün bilinməsi, sandıq qızıldandır. Yəni qızıl olsa,səs gələr. Tapa bilmədilər. Antakyanı da axtardılar, orada da tapa bilmədilər, tapa bilməzlər, inşaAllah. Bax, "öz xəzinələrini çıxarsınlar; (bu,) Rəbbindən bir rəhmətdir." "Bu xəzinələri onlara tapdıracağam" Allah deyir, hz. İsa Məsih və Mehdi (ə.s). "Öz xəzinələrini çıxarsınlar; bu, Rəbbindən bir rəhmətdir. Bunları mən öz işim (şəxsi düşüncəm) olaraq etmədim" deyir. "Vəhylə etdim." "Sənin səbir edə bilmədiyin şeylərin şərhidir." Bu hadisənin dərhal arxasından, "Səndən (Ey Məhəmməd,) Zülqərneyn haqqında soruşarlar." Dünyanın şərqinə və qərbinə hakim olan Zülqərneyn "iki tərəfli" deməkdir, iki tərəf, dünyanın şərqi və qərbi və iki zamanlı. Yəni zamanları da yaşayan insandır, inşaAllah. "Zülqərneyn haqqında soruşarlar. De ki: "Sizə, ondan "öyüd və xatırlatma olaraq" (bəzi məlumatlar) verəcəyəm." Sonra Allah dünya hakimiyyətindən bəhs etməyə başlayır. Əvvəl kiçik tələbə birliyi ailələrindən qaçmış, ailələrindən hicrət etmiş bir yerdə yaşayan kiçik bir tələbə birliyi, sonra Xızır (ə.s)-ın batini elmi və insanlar tərəfindən hz. Xızır (ə.s)-ın tək buraxılması və ondan uzaq dayanmalarını görürük, arxasınca isə dünya hakimiyyəti. Əvvəldən axıra qədər Kəhf surəsi, mehdiyyəti izah edər. Peyğəmbərimiz (s.ə.v) deyir; "Dəccal çıxdığında Kəhf surəsini oxuyun" deyir. Bu nə deməkdir? Həll yolu oradadır. Nə deməkdir? Mehdiyyət Kəhf surəsində izah edilir deməkdir. Çoxlu hədis var "Kəhf surəsini oxuyun" deyir Peyğəmbərimiz (s.ə.v).