Axır zamanda gələcək şəxslər və bu dövrdə yaşanacaq hadisələr insanlığın əsrlərdir böyük maraqla gözlədiyi əhəmiyyətli mövzulardandır. Ancaq son dövrdə bəzi insanlar tərəfindən axır zamanla bağlı əlamətlər, xəbər və müjdələr qulaqardına vurulur, bu gerçəklər insanlardan gizlədilməyə və ya unutdurulmağa çalışılır.
Peyğəmbərimiz Hz. Məhəmmədin (səs) hədislərində ətraflı şəkildə bildirilən axır zaman əlamətlərinə görə axır zaman iki dövrdən ibarətdir. Bu müqəddəs zamanın ilk dövrü pozulmaların, degenerasiyanın, fəlakətlərin, qarşıdurmaların, müharibələrin, yoxsulluqların yaşanacağı bir dövrdür. Axır zamanın ikinci dövrü isə Hz. İsanın təkrarən yer üzünə gəlişi və Hz. Mehdinin ortaya çıxması ilə birlikdə yer üzünə sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür.
Hədislərdə axır zamanın nə vaxt və hansı şəkildə başlayacağını ortaya qoyan yüzlərlə əlamətdən xəbər verilir. Yaşadığımız dövrdə Peyğəmbərimizin (səs) 14 əsr əvvəl xəbər verdiyi əlamətlərin bir-birinin ardınca reallaşması, axır zamanın ilk dövrünün yaşanmağa başlandığını aşkar şəkildə göstərir. Bu əlamətlərin bir-birinin ardınca reallaşması ilə İslam aləmi çox müqəddəs bir gözləyiş içinə girmişdir: Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi və Hz. Mehdi ilə birlikdə Dəccalın fitnəsini ortadan qaldırıb İslam əxlaqını bütün dünya üzərində hakim etmələsi.
Axır zaman əlamətlərinə şahidlik edən insanlar, Allahın iznilə, Hz. İsanın və Hz. Mehdinin zühurunun yaxınlaşdığını ümid edə bilərlər. Hər bir əlamət bizə çox müqəddəs bir dövrdə yaşadığımızı xatırladır. Əsrlərdir gözlənilən bu tarixi müjdə -Allahın iznilə- reallaşmaq üzrədir.
Bu müqəddəs dövr sevimli Peyğəmbər Əfəndimizin (səs) hədislərində də açıq-aşkar vurğulanaraq axır zamanda yaşayan bütün iman sahiblərinə müjdələnmişdir:
"Hz. Mehdi mənim Əhli Beytimdən və mənim nəslimdəndir. O, yer üzünü ədalətlə dolduracaq. Şübhəsiz ki, o İsa Əleyhissalam ilə birlikdə yola çıxaraq Fələstin ərazisindəki Babı-Lut deyilən yerdə Dəccalı yox etməsi üçün Həzrəti İsaya kömək edəcək. " (1)
Ancaq bütün Müsəlmanların şövqlə gözlədikləri bu müjdəli hadisələri bəzi insanlar eyni həyəcanla gözləmirlər. Doğruluğu mövzusunda böyük İslam alimlərinin həmfikir olduğu axır zaman hədislərinə qarşı Müsəlmanların bu mövzunu unutmalarını istəyirlər. Şübhəsiz ki, Peyğəmbərimiz (səs)in əxlaqını öz əxlaqına bənzətdiyi, bir çox üstün xüsusiyyəti ilə təriflədiyi Hz. Mehdi kimi müqəddəs bir şəxsi və həyatı möcüzələrlə dolu bir peyğəmbər olan Hz. İsanı gözləmək maraqsız və ya unudula biləcək bir məsələ deyil.
HZ. MEHDİnin GƏLİŞİ PEYĞƏMBƏRİMİZin (SƏS) BİZƏ BİR MÜJDƏSİDİR.
Hz. Mehdinin gəlişi şəxsən Peyğəmbərimiz (səs) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (səs) bu mövzuda təvatür (qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata söykənən qüvvətli xəbər) olaraq qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (səs) bir hədisində "HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qureyşdən və Əhli Beytimdən bir adamdır" (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun Müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir.
Axır zamanda yaşamaq və tarixin ən böyük fikri mübarizəsinə şahidlik etmək, bu əsrdə yaşayan məhdud sayda insana nəsib olacaq əhəmiyyətli bir nemətdir. Bunun şüuruna varan hər səmimi Müsəlman Allahın seçib vəzifələndirdiyi Hz. İsa və Hz. Mehdiyə tabe olmaq, onlara mübarizələrində dəstəkçi olmaq istəyəcək. Səmimi iman edənlər üçün İslam əxlaqının bütün dünyaya hakim olması, dünyadakı ən böyük xoşbəxtlik mənbəyi olacaq. Bu yazının hazırlanmasındakı məqsəd də axır zamanın unudulmaması lazım olan bu əhəmiyyətli hadisələrini və müjdələrini bir daha xatırlatmaqdır.
MƏSİH DƏCCAL FƏALİYYƏTDƏ...
Axır zamanda unutdurulmağa çalışılan axır zaman mövzularından biri Dəccalın çıxışı və yer üzündə təşkil edəcəyi dinsizlik fitnəsidir. Hədislərdə haqqında ətraflı məlumatlar verilən Məsih Dəccalın yaşadığımız illərdə fəaliyyətə başlamasından əvvəlki yazılarımızda da bəhs etmişdik. (Ən doğrusunu Allah bilir)
Peyğəmbər Əfəndimiz (səs) Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkərək "Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır."(2) hədisi ilə bütün Müsəlmanları bu təhlükədən xəbərdar etmişdir. Həqiqətən də indiki vaxtda Dəccaliyyətin təsiri dünya xalqları üzərində va gücü ilə hiss edilir. Bir çox ölkədə Müsəlmanların məruz qaldıqları əzab-əziyyətlər hər gün daha da artır. Aydındır ki, hal hazırdada yaşanan hər cür zülmün, ədalətsizliyin və çaxnaşmanın altında dinsizliyin cəmiyyətlər üzərində meydana gətirdiyi təxribat böyük rol oynayır. Yer üzündə dinsizliyin yayılması üçün mübarizə aparanların özlərinə ən böyük dayaq olaraq istifadə etdikləri təkamül nəzəriyyəsi və Darvinizm düşüncəsinin ortadan qaldırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu aşkar həqiqətə baxmayaraq bəzi insanlar Darvinizmə qarşı aparılan fikri mübarizəni də əhəmiyyətsiz göstərməyə çalışır, hədislərdə axır zamanın ən böyük fitnəsi olaraq təsvir edilən Dəccalın bu fitnəsini təkamül nəzəriyyəsi ilə fəaliyyətə keçirdiyini anlamırlar.
Digər tərətdən, hal hazırda dünya miqyasında əxlaqi degenerasanın mövcud olduğu da hər kəs tərəfindən qəbul edilən aşkar fakt olmasına baxmayaraq, bu pozulmanın arxasında gizlənən səbəblərin bəzi insanlar tərəfindən qətiyyən gündəmə gətirilməyib örtbasdır edilməyə çalışılması da Dəccaliyyətin məşhur təsiri baxımından diqqətimizi cəlb edir. Halbuki hansısa formada hər kəsə zərəri toxunan bu əxlaqi pozulmanın ortadan qaldırılması ancaq və ancaq problemin mənbəyindəki Dəccaliyyət təsirinə qarşı mübarizə aparmaqla mümkün ola bilər.
Dünyadakı mövcud siyasi-iqtisadi, əxlaqi-sosial mənzərə Dəccalın fəaliyyətlərinin başladığını göstərir. Bu vəziyyət Hz. Mehdinin çıxışının olduqca yaxınlaşmasına işarə edir. (doğrusunu Allah bilir)
Hz. Mehdinin reallaşan yüzlərlə çıxış əlamətlərindən bir neçəsi bunlardır:
1) ƏFQANISTANIN İŞĞALI
2) İRAN-İRAQ MÜHARIBƏSİ
3) FƏRAT ÇAYININ SUNUNUN KƏSİLMƏSİ
4) RAMAZANDA AY VƏ GÜNƏŞ TUTULMALARI
5) QUYRUQLU KOMETANIN DOĞMASI
6) KƏBƏ BASQINI VƏ KƏBƏDƏ QAN AXIDILMASI
7) ŞƏRQ TƏRƏFDƏN BİR ALOVUN GÖRÜNMƏSİ
8) İRAQIN İŞĞALI
9) SƏHRADA BATAN ORDU
10) HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏL QIRĞINLARIN MEYDANA GƏLMƏSİ
11) DÜNYANIN HƏR YERİNİN ÇAXNAŞMALARLA DOLMASI
12) HƏTTA QADIN VƏ UŞAQLARIN QƏTL EDİLDİYİ FİTNƏLƏRİN YAŞANMASI
13) BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI
14) ZƏLZƏLƏLƏRİN ÇOXALMASI
Hz. Mehdinin çıxışı ilə əlaqədar hədislərin ardıcıl olaraq reallaşması müəyyən bir dövrə işarə edir. Aydındır ki, bütün əlamətlərin Hicri təqvimlə XIV əsrin əvvəlindən (1979-1980) etibarən tam ardıcıllıqla meydana çıxması, içində olduğumuz dövrün Hz. Mehdinin artıq yer üzündə mövcud olduğunu çox dəqiq bir şəkildə ortaya qoyur. (Ən doğrusunu Allah bilir.)
HZ. MEHDİNİN ZÜHURU YAXINLAŞDI...
Axır zamanın ən əhəmiyyətli hadisələrinin başında Hz. Mehdinin ortaya çıxışı və onun liderliyində İslam Birliyinin qurulması durur. Hz. Mehdi Quran əxlaqının yaşanmasına vəsilə olacaq və öz öndərliyində İslam birliyini reallaşdıracaq. Peyğəmbər Əfəndimiz (səs) də bəzi hədislərində Hz. Mehdinin zühur tarixi olaraq açıqca Hicri 1400-cü ili (Miladi olaraq 1979-1980 illəri) vermiş və bu müqəddəs şəxsin öndərliyini müjdələmişdir. Bu hədislərdən biri belədir:
"İnsanlar 1400-cü ildə Hz. Mehdinin yanında toplanacaqlar. "(3)
Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük bir müjdədir. Peyğəmbər Əfəndimizin (səs) hədislərilə birlikdə İslam alimləri də günümüzə qədər çatmış əl yazmaları ilə o zamandan günümüzə bu böyük müjdənin şövq və həyəcanını yaşayıb, inananlar üçün bu mövzunun gündəmdə tutulmasına vəsilə olublar. Belə ki, yaşadığımız bu dövrdə ortaya çıxan bəzi əlamətlər bizə Hz. Mehdinin zühurunun olduqca yaxınlaşdığını göstərir.
Heç şübhə yoxdur ki, bu mövzu haqqında öyrəniləcək hər yeni məlumat Müsəlmanların həyəcanını artırmağa vəsilə olacaq. Ancaq bəzi insanlar Mehdiyyət mövzusundan ictimai şəkildə bəhs edilməsini istəmirlər. Bu mövzunun üstünü bağlayaraq insanlar tərəfindən unudulmasını istəyənlər bu müjdəyə mane olmağa çalışırlar. Əlbəttə Uca Allah bu səylərini etibarsız edəcəyini müjdələmişdir:
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!(Tövbə Surəsi, 32-33)
BƏDİÜZZAMANın AXIR ZAMAN İLƏ ƏLAQƏDAR ŞƏRHLƏRİ GÖZARDI EDİLƏ BİLMƏZ
Daha əvvəlki yazılarımızda da ətraflı olaraq verdiyimız kimi, hicri XIII əsrin mücəddidi Bədiüzzamanın üzərində əhəmiyyətlə dayandığı mövzulardan biri də axır zamandır. Bədiüzzaman Müsəlmanlar üçün müjdəli olan bu dövrün əlamətlərini və əhəmiyyətli şəxslərini ətraflı şəkilə açıqlamışdır. Səid Nursi Hz. Mehdinin gəlişi və İslam əxlaqını bütün dünyaya hakim etməsi barədə bütün Müsəlmanlara yol göstərici xüsusiyyətdə əhəmiyyətli şərhlər vermişdir.
Yaşağımız dövrə işıq tutan bu qiymətli izahlar heç bir şəkildə göz ardı edilib yox sayıla bilməz.
İSLAM BİRLİYİNƏ GEDƏN YOL AÇILDI...
Diqqət yetirsək, son dövrdə yazılı və vizual mətbuatda İslam Birliyindən tez-tez bəhs edilir. Müxtəlif ölkələrin baş nazir və müxtəlif vəifəliləri, siyasətçiləri, yazıçıları, televiziya proqram təşkilatçıları, müxtəlif jurnallar və qəzetləri bu mövzuda həsrətlərini dilə gətirirlər. Bununla birlikdə bu birliyin təmin edilə bilməsi üçün bəzi konkret addımların da atılması son dərəcə sevindirici bir haldır. İslam Birliyinə gedən yol irəliləməkdədir, ancaq burada əsl əhəmiyyətli olan bu mövzunun bir axır zaman müjdəsi olması və mövzuya bu gözlə baxılması gərəyidir. Allahın iznilə bu birlik Hz. Mehdinin vəsiləsilə qurulacaq. Bu vəzifə onun qədərində müvəffəqiyyətlə tamamlanmışdır. Ancaq bu məlumatın insanları zəiflətməməsi lazımdır. Müsəlmanların üzərinə düşən məsuliyyət bu mövzunu davamlı gündəmdə tutmaq, inkişafı izləyib bütün Müsəlmanları bu mövzuda məlumatlandırmaq və müjdələməkdir.
HZ. İSA İKİNCİ DƏFƏ YER ÜZÜNƏ GƏLƏCƏK...
Axır zamanın bir başqa müjdəli mövzusu olan Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi mövzusu da eyni şəkildə bəzi insanlar tərəfindən örtbasdır edilərək unutdurulmağa çalışılır.
Halbuki Hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi Quran ayələrində və Peyğəmbərimiz (səs)in hədislərində iman edənlərə müjdələnilmiş bir gerçəkdir. Bu hədislərdən bəziləri belədir:
"Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz yaxındır. " (4)
"İsa bin Məryəm mənim ümmətim içində ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcək... Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına tapınılmayacaq."(5)
Peyğəmbərimiz (səs)in hədislərində bildirildiyi kimi, bundan iki min il əvvəl Allahın Öz Qatına yüksəltdiyini (Nisa Surəsi, 158) bildirdiyi Hz. İsa axır zamanda yer üzünə təkrar gələcək, Hz. Mehdi ilə birlikdə yer üzündə barışın və dincliyin təmin edilməsinə Allahın iznilə vəsilə olacaq. Üstəlik son vaxtlarda yaşanan bir çox hadisə və inkişaf bu qiymətli qonağın zühurunun yaxınlaşdığını da göstərir. (Ən doğrusunu Allah bilir.)
Bu səbəblə yaşadığımız bu qiymətli dövr çox yaxşı qiymətləndirilməli, Hz. İsa gəldiyində peşman olunacaq hər cür rəftar və əxlaqdan çəkinilməlidir. Ən çəkinilməsi lazım olan və bəlkə də adamı ən çox utandıracaq rəftarlardan biri də heç şübhəsiz, bu mövzunu müjdələmək yerinə örtbasdır edib unutdurmağa çalışan bir hal sərgiləməkdir. Bu səbəblə səmimi iman edənlərin Allahın bu müqəddəs elçisinin minlərlə il sonra yenidən yer üzünə gəlməsinin nə qədər fövqəladə bir hadisə olduğunu davamlı gündəmdə tutmaları, bəzi insanlarda ortaya çıxa biləcək zəiflik və şövqsüzlüyün maneə törədilməsi baxımından əhəmiyyətlidir.
Ədalətə, dincliyə, nizama və gözəl əxlaqa həsrət duyanların gözlədikləri qurtuluş Allahın izni ilə çox yaxındır. Yaşanan bir çox hadisə bu qurtuluşun yaxınlaşdığının bir əlamətidir.
Bu əlamətlərə şahidlik edən insanlar Allahın iznilə Hz. İsanın və Hz. Mehdinin zühurunun yaxınlaşdığına ümid edə bilərlər. Hər bir əlamət bizə çox müqəddəs bir dövrdə yaşadığımızın xatırladıcısıdır. Əsrlərdir gözlənilən bu tarixi müjdə-Allahın iznilə- reallaşmaq üzrədir.
Son dövrdə yazılı və vizual mətbuatda İslam Birliyindən daha çox bəhs edilir.Heç şübhəsiz, İslam dinini əslinə çevirəcək, insanların imanına vəsilə olacaq, Müsəlmanlar arasında böyük bir birlik təmin edəcək müqəddəs bir dövrdə yaşamaq Müsəlmanlar üçün çox böyük bir nemətdir. Bütün İslam aləminin gözlədiyi böyük və müjdəli hadisələrə qarşı maraqsız qalmaq Hz. İsa və Hz. Mehdinin -Allahın iznilə- gəlişlərilə birlikdə bu rəftarı sərgiləyənlər üçün böyük bir utanc ola biləcəyi də unudulmamalıdır. Rəbbimiz Quranda bu müqəddəs dövrü belə xəbər vermişdir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!(Nur Surəsi, 55)
QAYNAQLAR:
1 - Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, Bedir Yayınevi, s. 438, (816)
2 - M. Chastrette, "Trends in structure-odor relationships", SAR QSAR Environ. Res. 6, 1997, s. 215-254.
3 - Risaletül Huruc-ül Hz. Mehdi, s. 108
4 - Sahihi Müslim, 6/532
5 - Sünen-i İbn-i Mace, 10/334