QURANA  GÖRƏ  ACİZLİK GÖSTƏRMƏK   VƏ  KƏDƏRLƏNMƏK HARAMDIR,

HƏQiQƏTƏN,  iMAN EDiLDiYi  HALDA, ALLAH  MÜSƏLMANLARI ƏN ÜSTÜN MÖVQEYƏ GƏTiRƏCƏKDiR.

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.

 (Ali-İmran surəsi, 139)

 

➢  Acizlik göstərməyin  və kədərlənməyin ...

Allah Quranda müsəlmanların  acizlik göstərməmələrini və kədərlənməmələrini qəti bir ifadə ilə bildirir. Bu, Allahın bir əmridir. Buna zidd ruhi hala düşmək isə Allahın əmrinə  zidd olduğuna görə haramdır.

Allah  insanları  dünya həyatında  şər  kimi  görünən  bir çox hadisələrlə imtahan edir. Müsəlmanın  vəzifəsi isə başlarına gələn hər hadisəni Allahın qədərdə xüsusi olaraq  təqdir  etdiyini düşünüb hər an təvəkküllü və səbirli əxlaq göstərməsidir. 

İçində olduğumuz axırzaman dəccaliyyət sisteminin ən çox yaşandığı, fitnələrin ən üst dərəcəyə çıxdığını, bu səbəbdən,  Allaha könüldən yönələn müsəlmanların dəyərinin qat-qat artdığı dünyanın son dövrüdür. Peyğəmbər əfəndimiz (s.ə.v.) axırzamanda müsəlmanların bir çox çətinliklə qarşılaşacağını, bu çətinliklərin isə axırzamanın müqəddəs şəxsləri olan hz. Mehdinin zühurunun və hz. İsanın  nüzulunun xəbərçisi olduğunu bidirir.

Hədisi-şəriflərdə  müsəlmanların axırzamanda  yaşayacaqları çətinliklərin arasında böyük müharibələrin yaşanması, anarxiyanın, ölüm və qırğınların  artması, zəlzələlərin çoxalması, təbii fəlakətlərdə  artım olması, kasıblığın artması, iqtisadi böhran kimi hadisələr sayılır. Peyğəmbərimiz bir hədisində axırzamandakı çətin vəziyyəti bu şəkildə təsvir edir:

Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı  olduqca yayılacaq.

Fitnələr çoxalacaq. (Ölüm-Qiyamət-Axirət və Axırzaman əlamətləri, s.440)

 

Allah  “Ali-İmran”surəsinin 139-cu ayəsində bütün müsəlmanlara olduğu kimi, xüsusilə də  bu günkü müsəlmanlara da xitab  edərək axırzamandakı bu  çətin mühitə baxmayaraq,  qətiyyən acizlik göstərməmələrini və kədərlənməmələrini əmr edir.

 

 

    ... əgər (həqiqətən) iman etmişsəniz, ən üstün olan sizlərsiniz.

Çünki Allah Quran ayəsinin davamında Allaha, həqiqətən, iman edənlərin görünüşdə hansı  mövqedə görünmələrindən asılı olmayaraq, iman, ağıl və vicdan yönündən  ən üstün  olduqlarını və onları maddi-mənəvi hər mənada mütləq ən üstün mövqeyə gətirəcəyini  xəbər verir. Bu da axırzamanda Allahın hz. Mehdini (ə.s)  vəsilə edərək İslam əxlaqını bütün yer üzünə hakim  olması ilə gerçəkləşəcək. Sonrasında isə Qızıl dövr  deyilən  hər cür gözəlliyin, bolluq və bərəkətin olduğu mübarək dövr yaşanacaq. Allah digər Quran ayələrində olduğu kimi,  bu ayəsində də İslam əxlaqının hakimiyyəti üçün Özünə  şirk qoşmadan, həqiqətən, iman etməyi  şərt  qoyur.