Müsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu sözün ən gözəli ilə, amma açıq şəkildə söyləyərlər. Dolayı üsulları, kinayəli danışıq üslubunu, cahiliyyə cəmiyyətlərində “söz atmaq” kimi ifadə edilən üsullardan heç vaxt istifadə etməzlər. Zarafatlarından qarşılarındakı insanlara söz atmaq üçün istifadə etməzlər. Davranış və hərəkətləri ilə ətrafındakılara nə isə izah etməyə çalışmazlar. Əgər söyləmək istədikləri bir şey varsa, bunu səmimi bir üslubla, təhqir etməyəcək sözlərlə, ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar.
Məqsədləri hirsləndiklərini bildirmək, qarşı tərəfi gözdən salmaq, etdiyi səhvə görə o insana unuda bilməyəcəyi dərs verməyə çalışmaq, onun rəftarına uyğun cavab vermək deyil. Əksinə, yalnız Allah rizası üçün qarşı tərəfə fayda verməyə çalışmaqdır. Bu niyyətləri rəftarlarına əks olunduğu üçün qarşılarındakı insan da onların səmimi sözlərini və ya tənqidlərini nəzərə alar və davranışındakı nöqsanları qavrayıb düzəldə bilər.
Möminlərin bu xüsusiyyəti, eyni zamanda, onların əxlaqındakı yüksək keyfiyyətin və dərinliyin də əhəmiyyətli bir göstəricisidir. Bəsit üslublardan istifadə etməyən, insanlarla bəsit mövzular üzərində mübahisə etməyən, söz güləşdirməyən, qaş-göz işarələri, üz ifadələri və ya mimikalarla ətrafdakı insanlarla mesajlaşmayan yüksək şəxsiyyətə sahibdirlər. Əksi isə insanların ruhundakı bəsitliyi, adiliyi, səthiliyi göstərən bir əlamətdir. Mömin gözəl ruhunu belə bəsit rəftarlarla kirləndirməz.
Ancaq cahiliyyə cəmiyyətlərində bu xarakterdəki insanlar kifayət qədər çoxdur. Hətta bir çox insan ətrafındakı insanlarla başqa cür ünsiyyət qurmağı ağlına belə gətirməz. Günün böyük hissəsini insanlarla bu tərzdə eyham və gizli mesajlar verərək keçirər. Səmimiyyətə, açıq şəkildə fikrini bildirəcəyi danışıqlara heç vaxt ehtiyac duymaz. Çünki bunun nəticəsində qarşı tərəfə fayda vermək kimi bir məqsədi yoxdur. Məqsəd yalnız qəzəbini büruzə vermək, rahatlaşmaq, qarşı tərəfi hirsləndirmək, təhqir etmək və çəkişməkdir. Belə insanlar bu dialoq şəklini səmimiyyətdən daha üstün görürlər.
Möminin vicdanı isə belə bir həyat tərzini qəbul edə bilməz. Ətrafındakı insanlarla bu şəkildə dialoq quraraq yaşamağı heç vaxt məqbul görməz. Ruhu belə bir üslubda heç vaxt rahatlıq tapa bilməz. Cəmiyyətdə məşhur olan bu üslubla qarşılaşdığı zaman möminin xoş rəftarı heç vaxt dəyişməz. Ruhundakı yüksək keyfiyyətdən, səmimiyyətdən, dürüstlükdən heç vaxt imtina etməz. Bəsitliyə heç vaxt meyil etməz. Bu cür insanlara sözün ən gözəli, ən gözəl rəftarlar, ən açıq və səmimi sözlərlə cavab verər.
Quranda möminlərin bu əxlaqı belə xəbər verilmişdir: