Məlum olduğu kimi, ABŞ istər Birləşmiş Millətlər Təşkilatının yaradılmasında, istərsə də "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin" hazırlanmasında mühüm rol oynamışdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi də ABŞ İstiqlal Bəyannaməsi əsas alınaraq hazırlanmışdır. Dolayısilə, 20-ci əsrdə "demokratiya, insan hüquq və azadlıqları" deyildiyi zaman, ilk ağıla gələn Qərb cəmiyyəti və bu cəmiyyətin rəhbəri ABŞ idi.
Ancaq xüsusilə 2000-ci illərin əvvəlindən günümüzə qədər davam edən proseslər Vaşinqton rəhbərliyinin "terrorla mübarizə," "milli təhlükəsizlik" kimi məsələlərdə tətbiq etdikləri bir sıra radikal və mübahisəli tədbirlər ölkədəki demokratiya və insan hüquqlarının səviyyəsini gündəmə gətirdi.
Belə ki, 2 il əvvəl baş verən mühüm hadisə ABŞ xalqını şəxsi həyatlarının əslində o günə qədər düşündükləri qədər özəl və məhrəm olmadığı həqiqəti ilə üz-üzə qoydu.
Snoudenin ifşaları ilə ortaya çıxan kəşfiyyat qalmaqalı
2013-cü ildə keçmiş xüsusi xidmət əməkdaşı olan Edvard Snouden ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən Amerika xalqının demək olar ki, hamısının telefon danışıq qeydlərinin kütləvi olaraq saxlandığı məlumatını mətbuata və ictimaiyyətə sızdırdı. Snoudenin ifşası ilə Amerika xalqı telefon danışıqlarından elektron yazışmalarına, hətta Google-da axtardıqları sözlərə qədər şəxsi həyatlarının ən incə detallarına qədər öz ölkəsinin gizli servisləri tərəfindən izlənildiyini öyrəndi.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin bu texniki təqib və izləmə qalmaqalının ortaya çıxması ilə ictimaiyyət məhdudiyyətsiz kəşfiyyat səlahiyyətinin əsaslandırıldığı "Vətənpərvər Qanununun" (Patriot Act) 215-ci maddəsinin mövcudluğundan da xəbərdar olmuş oldu. 11 sentyabr hücumlarının ardından guya terrorizmlə mübarizə çərçivəsində ABŞ kəşfiyyat qurumlarına çox böyük izləmə səlahiyyətləri verən "Vətənpərvər Qanununun" üç maddəsinin 1 iyun 2015-ci ildə qüvvədə olma müddəti bitdi. Mübahisəli 215-ci maddə ilə birlikdə müddəti bitən digər 2 maddə də hər hansı bir terror təşkilatı ilə birbaşa əlaqəsi sübut edilməsə də, şübhəli olan hər kəsin hər bir rabitəsinin izlənməsi və haqqında məlumat toplanması səlahiyyətlərini əhatə edirdi.
"Vətənpərvər Qanunu" əvəzinə "Azadlıq Qanunu"
2 iyunda, əvvəlki həftələrdə Nümayəndələr Palatasında qəbul edilən və "Vətənpərvər Qanunu"nunun həmin mübahisəli maddələrinin yerinə keçməsi nəzərdə tutulan "Azadlıq Qanunu" (Freedom Act) 67 səs çoxluğu ilə Senatın ümumi yığıncağında qəbul edildi və Obama tərəfindən də təsdiq olunaraq qüvvəyə mindi.
"Azadlıq Qanunu" Milli Təhlükəsizlik Agentliyi kimi xüsusi xidmət orqanlarının ABŞ sərhədləri daxilində izləmə və məlumat toplama fəaliyyətində müxtəlif məhdudiyyətlər qoyarkən, Federal Təhqiqat Bürosunun da terrorizmlə mübarizə sahəsində sahib olduğu bir çox xüsusi səlahiyyətə məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur. Qanun eyni zamanda Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətlərinin daha şəffaf və hesabat verilən olması istiqamətində də qaydalar irəli sürür.
Yeni qanun Milli Təhlükəsizlik Agentliyinin telefon danışıqlarının göstəricilərini qeyd edib saxlamasının qarşısını alarkən, bu səlahiyyəti xüsusi telefon şirkətlərinə dövr edir. Həmçinin Milli Təhlükəsizlik Agentliyinin bu qeydləri əldə etməsi üçün hər bir halda Xarici Kəşfiyyat Təftiş Məhkəməsindən (Foreign Intelligence Surveillance Court) icazə alması lazımdır. Eyni zamanda xüsusi məhkəmə tərəfindən təyin ediləcək vəkillərin də tələbin məqbul və yerində olub-olmadığını araşdırmalarını nəzərdə tutur.
"Azadlıq Qanunu" həqiqətən təsirlidir, yoxsa göstəriş üçündür?
Bu çərçivədə "Azadlıq Qanunu" ilk baxışda 15 ilə yaxın bir müddətdir ki, qüvvədə olan "Vətənpərvər Qanununa" əsasən insan hüquq və azadlıqlarına daha çox dəyər verən və onları qoruyan bir qanun kimi görünür. Halbuki qanunun Milli Təhlükəsizlik Agentliyi və digər kəşfiyyat qurumlarını tənzimləmə məsələsində çox yetərsiz, hətta tamamilə təsirsiz olduğuna dair şərhlər də verilir.
Məsələn, mərkəzi Nyu-Yorkda yerləşən İnsan Hüquqları Təşkilatı, (Human Rights Watch-HRW) "Azadlıq Qanunu" ilə bağlı verdiyi bəyanatda islahatın "dövlət nəzarətindəki geniş miqyaslı izləməyə qarşı çox kiçik bir addım" olduğunu və "hərtərəfli izləmə islahatlarına təcili ehtiyac" olduğunu bildirir.
Digər tərəfdən, yeni qanunun hökumətin artıq ABŞ xalqını izləmədiyi imicini verməyə istiqamətli göz boyama olmasından başqa heç bir gücü olmadığına dair sərt tənqidlər də edilir. Tənqidlər yeni qanunu Milli Təhlükəsizlik Agentliyinin geniş miqyaslı kəşfiyyat fəaliyyətinin çox kiçik bir hissəsinə məcburi gətirilən kosmetik düzəliş kimi qiymətləndirilir.
Bundan başqa, Milli Təhlükəsizlik Agentliyinin, son tənzimləmələrlə heç bir itkiyə məruz qalmadığı kimi, telefon danışıqlarını saxlanma xərcini xüsusi telekommunikasiya firmalarına yükləyərək ciddi şəkildə qənaət etdiyi də bildirilir. Dikinson Universitetinin siyasi elmlər professoru H.L. Pohlmanın 4 iyunda "Vaşinqton Post"da dərc olunan yazısında "Amerikanın yeni "Azadlıq Qanunu" hökumətin telefon danışıqlarını toplama və analiz etmə məsələsində səlahiyyətlərini genişləndirə bilər" deyərək yeni qanuna olan etimadsızlığını ifadə edir.
7 milyard insanı izləməklə terror həll edilə bilməz
Qısası, "Azadlıq Qanunu" istər konkret bir addım olsun, istər göstəriş üçün olsun, həqiqət budur ki, ABŞ xüsusi xidmət orqanlarının izləmə və müşahidə fəaliyyətləri ən ucqar sərhədlərdə bütün gücü ilə davam edir. Bundan başqa, həmin qanun yalnız ABŞ vətəndaşları ilə bağlı kəşfiyyat fəaliyyətləri haqqında olub ABŞ vətəndaşı olmayanlar və xaricdəkilərlə bağlı kəşfiyyat fəaliyyətini məhdudlaşdırma məsələsində hər hansı bir maddə ehtiva etmir.
Əlbəttə, ABŞ rəhbərliyinin radikal terrora qarşı ölkəsinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirləri görməsi ən təbii haqqıdır. Ancaq bunu edərkən tətbiq edilən metodların uğurlu və nəticəyə istiqamətli olması, demokratik prinsiplərlə, insan hüquq və azadlıqları ilə çatışmaması ən mühüm məsələdir. Belə ki, "Vətənpərvər Qanunu"nun bu günə qədər bir terror aktının belə qarşısını almadığı məlumdur.
Hər fürsətdə qeyd etdiyim kimi, radikal təhlükəyə qarşı nə hərbi üsullar, nə də ən sonunda 7 milyard insanı bir-bir izləməyə, hər birinin başına bir gözətçi və ya kamera qoyacaq üsullar bu günə qədər heç bir nəticə vermədi. Tam əksinə, terrorun miqyasının daha da genişlənməsinə səbəb oldu. Yuxarıda izah edilən nümunədə olduğu kimi, məzlum insanların lazımsız yerə çətinliyə düşməsinə, adi bir şübhə əsasında araşdırmalara, həbslərə məruz qalmalarına və hökumətlərə qarşı inamlarının itməsinə səbəb oldu.
Halbuki milyardlarla dollar həcmindəki bu təsirsiz və uğursuz üsullar əvəzinə radikalizmin zehniyyətini məhv etməyə istiqamətli, insanların vicdanını, əxlaqi və mədəni inkişaflarını hədəf alan, sevgi, şəfqət və sülh amillərini nəzərə alan maarifləndirmə siyasətləri terrora ən köklü və təsirli zərbə vuracaq, ən qəti nəticə alınacaqdır.
Adnan Oktarın «Arabian Gazette» də dərc olunan məqaləsi:
http://www.arabiangazette.com/will-freedom-act-bring-real-freedom-americans-20150617/