SAİQ - Cəhənnəmə atan
ucgen

SAİQ - Cəhənnəmə atan

1228
Günahkarları isə cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm surəsi, 86)
 
İnsan Allah`a qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allah`ın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.
 
Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələri ilə bildirmişdir:
 

(Onların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali-İmran surəsi, 11-12)

 
Ayələrdə bildirildiyi kimi, alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir. Dünyada yaşadıqları həyat boyu özlərinə Allah`a qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:
 

... Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. (Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

 
İnkar edənlərin axirətdə qarşılaşacaqları bu vəziyyət Allah`ın insanlar üzərindəki sonsuz ədalətinin bir təcəllisidir. Bir ayədə hər insanın yalnız layiq olduğu ilə qarşılıq görəcəyi belə bildirilmişdir:
 

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

 
Bu üstün ədalətinin bir gərəyi olaraq Allah iman edənlərə bənzəri olmayan nemətlərlə dolu sonsuz cənnətləri lütf edəcək. Quranda bütün həyatını Rəbbimizin rizasını qazanmaq üçün keçirən möminlərə bu müjdə belə bildirilir:
 

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü  altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə  bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki, onlara oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr