Qeybəti-Numani:
Əhməd ibn Havzadan Nəhavəndidən Abdullah ibn Hammad Ənsaridən Məhəmməd ibn Cəfərdən İmam Sadiq (ə.s)-ın belə dediyini rəvayət etdilər:
“Qaim (ə.s) zühur edəndə, ... Konstantiniyyəyə (İstanbula) tələbələrini göndərər. Körfəzə çatanda ayaqları ilə bir şey yazarlar və suyun üzərində yeriyərlər. Konstantiniyyə xalqı belə deyər: Onlar (hz. Mehdi (ə.s) və tələbələri) suyun üzərində yeriyən səhabələrdir, O anda şəhərin (İstanbulun) qapılarını onlar üçün açarlar.