Cabir, Əbu Cəfərdən nəql edir: "Ömər, Hz. Əli (ə)-dan Mehdi haqqında soruşduğu zaman belə dedi: "Ya İbn Əbu Talib (Hz. Əli) mənə Mehdini izah et. Adı nədir?" Hz. Əli (r.a) dedi ki: "Mənim sevimli və yaxın dostum (Peyğəmbərimiz (s.ə.v.)) dedi ki, UCA ALLAH ONU ORTAYA ÇIXARANA QƏDƏR ONUN ADINI HEÇ KİMƏ DEMƏMƏYİM ÜÇÜN MƏNDƏN SÖZ ALDI. ONUN (HZ. MEHDİ (Ə.S.)-ın) ADI, UCA ALLAHın ELÇİSİNƏ ƏMANƏT ETDİYİ MƏLUMATLARDAN BİRİDİR." (İkmal al Din) (Gaybet, Allamə Məhəmməd Baqir əl-Məclisi, Ansariyan Nəşrləri, İran, 2007)
Allahın Aslanı Hz. Əli (ə) Peyğəmbərimiz (s.ə.v)-dən axır zamanda zühur edəcək, axır zamanın ən böyük qütbü və vəlisi olan Hz Mehdi (ə.s.)-ın adını söyləməsini istəmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.v.) zühur etdirəcəyi vaxt gələnə qədər Hz. Mehdi (ə.s.)-ın adının gizli qalacağını, bunun Allahın ona bildirdiyi xüsusi bir məlumat olduğunu ifadə etmişdir. Buradan da Hz. Mehdi (ə.s.)-ın adının zamanı gələnə qədər sirr olaraq qalacağı, yəni insanlar tərəfindən adının bilməyəcəyi aydın olur. Yəni Hz. Mehdi (ə.s.)-ın adı Peyğəmbərimiz (s.ə.v)-in adları olan Əhməd, Mustafa, ya da Məhəmməd adlarından biri olmayacaq, onun adı ancaq zühur edəcəyi illərdə müəyyən olacaq.