Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi kimi Mədinədə, yəni böyük bir şəhərdə doğulacaq. Mədinənin lüğətdəki mənası böyük şəhər deməkdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən digər bir hədisdə doğum yeri olaraq Kara deyilən bir kəndə də işarə edilmişdir.
Hz. Mehdi (ə.s)-ın doğumu gizli olacaq yəni Axırzamanın böyük Mehdisi xəstəxanada deyil, evdə doğulacaq. Hz. Mehdi (ə.s)-ın bu vəziyyəti Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisdə aydın bir şəkildə bildirilmişdir.
Hz. Mehdi (ə.s)-ın fikri mübarizə apardığı mərkəz isə İstanbul olacaq. İmam Kurtubinin Tezkirəsində hz. Mehdi (ə.s)-ın İslam ölkələrinin qərb tərəfindən çıxacağı ifadə edilmişdir. Hz. Mehdi (ə.s) İslam ölkələrinin qərb istiqamətində yerləşən böyük bir şəhərdə yəni Mədinədə doğulacaq mübarizə vaxtı gəldikdə isə bu şəhərdən çıxıb dənizi keçərək İstanbula gələcəkdir. Hətta hədisdə; dənizdə quru bir yol açılacağı deyilərək körpüyə işarə edilmiş, hz. Mehdi (ə.s)-ın körpüdən keçərək İstanbula gələcəyi xəbər verilmişdir. Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də hz. Mehdi (ə.s)-ın İstanbula gələcəyini və İstanbulu mənəvi fəth edəcəyini Qiyamət əlamətləri adlı əsərində bildirmişdir.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdən və ustad Səid Nursinin şərhlərindən də hz. Mehdi (ə.s)-ın dəlalət və dəccaliyyət sistemini; darvinizm, materializm və ateizm kimi Quran əxlaqına qarşı mübarizə aparan dəccali fəlsəfələri, cahiliyyə sistemini fikirlə məğlub edəcəyi yerin İstanbul olduğu aydın olur.
Hz. Mehdi (ə.s)-ın Məkkədə olduğu dövr isə Quran əxlaqının dünya hakimiyyətinin reallaşması baxımından əhəmiyyətli bir dövr olacaq. Müsəlmanların öndə gələnlərinin; bütün müsəlmanlar adına mənəvi bağlılıqlarını, sevgilərini ifadə edəcəkləri dövr, onun Məkkədə olduğu dövrdür. Ancaq Məkkə dövrü hz. Mehdi (ə.s)-ın mübarizəsinin son illərinə təsadüf edəcəkdir. Ustad hz. Mehdi (ə.s)-ın bu dövrünü siyasət və səltənət dövrü olaraq adlandırmışdır. Onun zühurunun son illəri olan Məkkə dövründə İslam əxlaqının dünya hakimiyyəti reallaşacaq.
Hz. Mehdi (ə.s), Məkkədə olduğu bu dövrdən sonra Qüdsdə də uzun bir müddət iqamət edəcək. Qüdsdə hz. Süleymanın məscidini yenidən inşa edəcək, xristianlara İncilin, yəhudilərə Tövratın əsli ilə, müsəlmanlara isə Quran əxlaqına görə davranacaq.
Hədislərdə açıq şəkildə bildirildiyi kimi hz. Mehdi (ə.s), bir sonrakı dövründə Romanı da mənəvi idarəsi altına alacaq.
MÖVZUYLA ƏLAQƏDAR HƏDİSLƏR
HZ. MEHDİ (Ə.S) BÖYÜK BİR ŞƏHƏRDƏ DOĞULACAQ
Həmçinin, Risalətül huruc ül Mehdi, adlı əsərin 69-cu səhifəsində hz. Mehdi (ə.s)-in "Kara kəndindən çıxacağı" ifadə edilmişdir.
HZ. MEHDİ (Ə.S.)-IN DOĞUMU EVDƏ OLACAQ
HZ. MEHDİ (Ə.S) İSTANBULU MƏNƏVİ FƏTH EDƏCƏK
Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Ey Ümmət ! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz (altıncısı) Mədinənin (şəhərin) fəthi.
- DEYİLDİ Kİ: HANSI MƏDİNƏ? (HANSI ŞƏHƏR ?)
- BUYURDU Kİ: Konstantİnopol
(Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, 204 Ramuz-el Ehadis, 296)
HZ. MEHDİ (Ə.S) PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə AİD MÜQƏDDƏS ƏMANƏTLƏRİN OLDUĞU İSTANBULDAN ÇIXACAQ
--------------------------------------------------------
Peyğəmbər (s.ə.v)-in bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlı olub, tikişsizdir və rəngi də qaradır. Onda bir hicr (hala) tapılar. O Rəsulullah (s.ə.v)-in vəfatından bəri açılmamış olub, Mehdi çıxınca açılacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiy-il Ahir Zaman, səh.23).
---------------------------------------------------------
Əlamətlərə gəldikdə; özü Allah Rəsulu (s.ə.v)-in köynəyi, qılıncı, bayrağı olacaq. O bayraq ki, Peyğəmbər (s.ə.v)-in vəfatından bu günə qədər heç açılmamışdır. Mehdinin zühuruna qədər də açılmayacaq. (Kıyamet Alametleri, səh. 164)
HZ. MEHDİ (Ə.S) DOĞULDUĞU BÖYÜK ŞƏHƏRDƏN ÇIXIB, KÖRPÜNÜ KEÇƏRƏK İSTANBULA GƏLƏCƏKDİR
HZ. MEHDİ (Ə.S) XİLAFƏT MƏRKƏZİNİN ƏVVƏLLƏR OLDUĞU YERDƏN, YƏNİ İSTANBULDAN ÇIXACAQ
----------------------------------------------------------
"Mərkəz - i Xilafət köhnə zamanda İraqda, Şamda və Mədinədə olduğundan ravilər öz ictihadlarıyla daimi elə qalacaq kimi məna verib, (Xilafətin mərkəzi (rəhbərlik və ya inzibati mərkəz) əvvəldən İraqda, Şamda və Mədinədə olduğundan, hədislərlə bağlı xəbərləri çatdıran, öz şərhləri ilə sanki həmişə elə qalacaqmış kimi mənalandırıb) "Mərkəz - i Xilafət - i İslamiyə" yaxınlarında təsvir etmişlər, Hələb və Şam demişlər (rəhbərlik mərkəzi yaxınlarında olaraq vurğulamış, Hələb və Şam demişlər). Hədisin qısa xəbərlərini öz ictihadlarıyla çatdırmışlar." Hədisdəki qısaldılmış öz izahatı bu şəkildə öz anlayışlarına görə açıqlayıb şərh etmişlər.) (Şualar, səh. 492)
Rəvayətlərdə fərqli şəhərlər deyilsə də, Axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin Peyğəmbərimiz (s.ə.v)-in iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlərin də olduğu, xilafət mərkəzində reallaşdığıdır. Bədiüzzamanın ifadələrindən də aydın olduğu kimi, Axırzaman hədislərini köçürən alimlər, Axırzaman hadisələrini öz dövrlərindəki xilafət mərkəzlərini əsas götürərək köçürmüşlər. Eyni zamanda, hz. Mehdi (ə.s)-ın çıxacağı yer haqqında hər alim öz zamanının xilafət mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri ifadə etmişdir. Hz. Mehdi (ə.s)-ın çıxış yeri haqqında rəvayətlərin fərqli olmasının səbəbi də budur. Çünki hədisi köçürən bu ravilərin ictihad, məlumatları və fikirləri zamanla müxtəlif rəvayətlərə qatılaraq (gətirilib çatdıranların fikirləri ilə qarışaraq) dövrümüzə qədər çatmışdır. Necə ki, Peyğəmbərimiz (s.ə.v.)-dən dövrümüzə qədər xəlifəlik mərkəzinin olduğu yer, Şam, Hələb, Kufə, Məkkə və ən son İstanbul olmaqla bir çox dəfə dəyişmişdir.
Ancaq, Axırzaman hadisələrinin baş verdiyi yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin xilafət mərkəzində reallaşdığıdır.
Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Bilindiyi kimi, son xilafət mərkəzi İstanbuldur. Xəlifəlik bu əsrin əvvəllərində rəsmi olaraq ləğv olunmuşdur və o gündən bu yana dünya üzərində başqa heç bir yerə də köçürülməmişdir. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbuldadır. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur. Bu səbəbdən, hz. Mehdi (ə.s)-ın də buradan çıxması gözlənilir (Doğrusunu Allah bilir).
HZ. MEHDİ (Ə.S.) MƏKKƏDƏ BEYƏT EDƏCƏK
-----------------------------------------------------
Naim ibn Hammad, Əbu Cəfərin belə rəvayət etmişdir;
"Hz. Mehdi (ə.s), Məkkədə Peyğəmbərimizin bayrağı, köynəyi, qılıncı, əlamətləri, nuru və gözəl ifadəsiylə şam vaxtında çıxar. Axşam namazını qılanda yüksək səslə bu çağırışı edər..." (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
-----------------------------------------------------
İnsanlar, nəhayət, Mehdiyə gələrlər və rükn ilə məqam arasında, özü istəmədiyi halda ona beyət edələr. "Əgər qəbul etməzsənsə, boynunu vurarıq" deyərlər. Yer və göy əhli ondan razı olar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler -Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 31)
-----------------------------------------------------
... Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxararlar. Hacər-i Əsvədlə Məqamı İbrahim arasında ona beyət edərlər. (Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
-----------------------------------------------------
... Və sonra istəmədiyi halda beyətini qəbul edər. Əgər siz ona çatarsanız, ona beyət edin. Çünki o yerdə də, göydə də Mehdidir. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)
HZ. MEHDİ (Ə.S.)-IN QÜDS DÖVRÜ
HZ. MEHDİ (Ə.S) YƏHUDİLƏRƏ TÖVRATIN ƏSLİ İLƏ, XRİSTİANLARA İSƏ İNCİLİN ƏSLİ İLƏ HÖKM EDƏCƏK
"... Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s.) deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq və YƏHUDİLƏR ARASINDA TÖVRATLA XRİSTİYANLAR ARASINDA İNCİL İLƏ hökm edəcəkdir. (El-Mehdiyy-il Mev'ud, cild 1, səh. 254-255)
----------------------------------------------------
"Ona Hz. Mehdi (ə.s) deyilməsinin səbəbi, Şamda olan dağlardan birinə yönəlməsidir. Oradan (həqiqi) Tövrat kitablarını çıxaracaq, yəhudilərə qarşı DƏLİL toplayacaqdır. (Suyuti, el-Havi li'l Feteva, II. 81)
HZ. MEHDİ (Ə.S) ROMANI MƏNƏVİ İDARƏSİ ALTINA ALACAQ
(Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 204)
(Suyuti, el-Havi li'l Feteva, II. 81)
____________________________________________________________________
1 Mustafa Rəşid Filizi, Risaletül huruc ül. Mehdi, səh. 69