Ramazan müsəlmanların coşğu ilə qarşıladıqları bir aydır. Ramazandan öncə nə qədər çətinlik baş vermiş olursa-olsun, bu ay gəldikdə bir təsəlli havasını da özü ilə gətirir. Gündəlik həyatın qarışıqlığına gözəl fasilə verilir. Havadakı bu dəyişikliyi hiss etmək üçün insanın dindar olması da lazım deyil.
Cakartadan İstanbula, Pekindən Nyu-Yorka qədər dünyadakı bütün müsəlmanlar ilin bu vaxtını böyük həyəcanla gözləyir. Ramazan o qədər gözəldir ki, başlayan kimi dünya sanki daha yavaş fırlanmağa başlayır. İman gətirənləri axirətdə gözləyən sonsuz əmin-amanlıq şəraitindən bir nümunə təqdim edir.
Bu dinclik havası hər kəsdə və hər şeydə özünü biruzə verir. İnsanlar nəzakətli olur, küçələr daha təhlükəsiz hiss edilir, yeməklər daha ləzzətli gəlir, dostluqlar daha güclənir. Ətrafı bürüyən bu isti münasibətdən hər kəs faydalanır. Belə ki, televiziya reklamları belə daha xoş olur.
Bütün bunlar Quranın endirildiyi bu gözəl ayın mənəvi ruhundan irəli gəlir.
Möminlər bir ay davam edəcək oruc ibadətinə gecənin gec saatlarında edilən sahurla başlayırlar. Bu Ramazanın ən əyləncəli hissəsidir. Yemək qoxusu, ailə üzvlərinin şən söhbətlərini eşidərək oyanmaq, çəngəl bıçaq səsləri... İnsan bir an öncə yatağından qalxıb bu əyləncəyə qatılmaq istəyir. Rahat yata bilmək üçün yüngül yeməklər yedikdən sonra iman gətirənlər bütün gün boyu yemək-içməkdən uzaq dururlar. Bu, bədənin yorucu ildən sonra dincəlməsini təmin edir.
Saatlar keçir, iftar saatı yaxınlaşır. Xüsusilə də iftarlar bayram süfrəsi kimi hazırlanıb, dostlar və ailə üzvləri bir araya gələcəksə, həyəcan daha da artır. Bütün müsəlmanlar iftarda sevdikləri ilə bir araya gəlməyi səbirsizliklə gözləyirlər.
Saatlar, dəqiqələr ötür və iftara vaxtında çatmaq təlaşı bürüyür.
İftarda yeməklər və masa tərtibatı çox əhəmiyyətlidir. Zəngin olsun, kasıb olsun, bütün müsəlmanlar ən ləzzətli yeməkləri bişirmək və gözəl süfrə hazırlamaq üçün əllərindən gələn səyi göstərirlər.
Yenə də ən ləzzətli iftar süfrələri belə oruc açılmadan stol arxasında gözlənilən son bir neçə dəqiqənin verdiyi həyəcanı verə bilməz. Sevdiklərimizlə bölüşdükdə həyəcan daha da artır. Bu anları izah etmək mümkün deyil. Bu anları ancaq yaşamaq lazımdır.
İftar sona çatdıqda müsəlmanlar Allahın verdiyi nemətlər üçün şükür edir, şirniyyatlarla birlikdə çay gətirilir. Bütün bunları gözəlləşdirən isə verdiyi sonsuz nemətlər üçün uca Allahı ucaltmaq və şükür etməkdir.
Bu dostluq və gözəl mühit bütün cəmiyyətə hakim olur, insanlar daha səxavətli olurlar. Bunun nəticəsi olaraq da bu ayda kasıb insanlara daha çox yardım edilir və ehtiyac içində olanlar daha çox qorunur.
Bu ayda müsəlmanlar iqtisadi çətinlikləri daha az düşünürlər. Daha çox dua edərək, dünyanın qurtuluşu üçün, xüsusilə də İslam dünyasının böyük əksəriyyətində zülm altında yaşayan müsəlmanlar üçün daha çox cəhd edir, dünyada sülhün hakim olmasına səbəb olmaq üçün elmi fəaliyyətlərə üstünlük verirlər.
Adnan Oktarın «Morocco World News» & «Gulf Daily News»də dərc olunan məqaləsi:
http://www.moroccoworldnews.com/2015/06/161145/the-joy-of-ramadan-for-muslims/
http://www.gulf-daily-news.com/NewsDetails.aspx?storyid=404174