Əma­nət de­yil­di­yi za­man bu, yal­nız məh­dud mə­na­da, yə­ni ve­ri­lən bir şe­yi mü­əy­yən müd­də­tə sax­la­maq ki­mi an­la­şıl­ma­ma­lı­dır. Hər bir və­zi­fə və mə­su­liy­yət in­san üzə­rin­də əma­nət­dir. Hə­min və­zi­fə la­zı­mi şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­zsə, əma­nə­tə xə­ya­nət edil­miş mənasına gəlir.

Quran­da təsvir edi­lən mö­min dü­rüst, əmin və mə­su­liy­yət­li bir in­san­dır. O, ki­çik mə­sə­lə­lə­rin, ki­çik mən­fə­ət­lə­rin ar­dın­ca qaç­maz. Bu­na gö­rə də ona ve­ri­lən hər bir əh­di ye­ri­nə ye­tir­diyi və ya da­şı­dı­ğı əma­nə­tə ən gö­zəl şə­kil­də ria­yət et­diyi üçün  tam eti­bar edi­lir. Mö­min­lə­rin bu xü­su­siy­yə­tin­dən Quran­da bö­yük mədh­lə bəhs olunur:

«Mö­min­lər əma­nət­lə­ri­ni və əhd­lə­ri­ni qo­ru­yub sax­la­yar­lar!» («Mu­mi­nun» su­rə­si, 8)
«On­lar əma­nə­tə xə­ya­nət et­məz, ver­dik­lə­ri sö­zü ye­ri­nə ye­ti­rər­lər» («Məa­ric» su­rə­si, 32)
«...Əhd edən­də əh­di­nə sa­diq olan­lar, dar ayaq­da, çə­tin­lik­də və ci­had za­ma­nı səbr edən­lər­dir. Doğ­ru olan­lar­dır. Müt­tə­qi olan­lar da on­lar­dır!» («Bə­qə­rə» su­rə­si, 177)

Əhd et­mək və əma­nət sax­la­maq mə­sə­lə­sin­də bir in­sa­nın daşımaq iqtidarında olmadığı bir yü­kün al­tı­na gir­mə­si doğ­ru de­yil. Çün­ki ve­ri­lən əh­də ria­yət et­mə­mək və əma­nə­tə xə­ya­nət et­məyin he­sa­bı Al­lah dər­ga­hın­da so­ruşu­la­caqdır:

«...Əh­də və­fa edin. Çün­ki əhd ca­vab­deh­lik­dir» («İs­ra» su­rə­si, 34)
«Ey iman gə­ti­rən­lər! Bi­lə-bi­lə Al­la­ha, Pey­ğəm­bə­rə və ara­nız­da­kı əma­nət­lə­rə xə­ya­nət et­mə­yin!» («Ən­fal» su­rə­si, 27)

Bu­ra­da mü­hüm olan mə­qam in­sa­nın ba­ca­ra­ca­ğı  işlərin öhdəsindən gələ bilməmək qor­xu­su, tən­bəl­lik və bu­na bən­zər sə­bəb­lər­ə görə mə­su­liy­yət­dən qaç­ma­ma­sı­dır. Ba­car­ma­ya­ca­ğı bir işi boy­nu­na gö­tür­mək ki­mi, ba­ca­ra­ca­ğı xe­yir­li bir iş­dən və mə­su­liy­yət­dən ya­yın­maq da in­san üçün gü­nah ola bi­lər. Mə­su­liy­yət da­şı­maq hər za­man in­sa­nın öz se­çi­mi­nə bağ­lı de­yil. Hə­lə Al­la­hın əm­ri ki­mi qə­ti ita­ət tə­ləb edən hal­lar­da mö­mi­nin öz is­tə­yi ilə seçi­m haq­qı yox­dur.

Al­lah yo­lun­da mü­ba­ri­zə apa­rı­lar­kən hər kə­sə öz təc­rü­bə­si­nə və qa­bi­liy­yə­ti­nə gö­rə müx­tə­lif və­zi­fə­lər ve­ri­lə bi­lər. «Ba­car­ma­ram, mən bu mə­su­liy­yə­tin al­tın­dan çı­xa bil­mə­rəm» ki­mi sə­bəb­lər gə­tir­mə­yin heç bir mə­na­sı yox­dur. Mö­mi­nin tam bir ita­ət, saf bir niy­yət və sə­mi­mi bir dua ilə ona ve­ri­lən mə­su­liy­yə­ti tam şə­kil­də ye­ri­nə ye­ti­rə bil­mə­mə­si üçün heç bir sə­bəb yox­dur.