Charlie Hebdo hücumunun yeddinci həftəsində jurnal təzə buraxılışla  yenidən  qəzet dilerlərinə qayıtdı. Şübhəsiz, Charlie Hebdo hücumu "ifadə azadlığı" və "düşüncə azadlığı" kimi universal dəyərlərin yenidən sorğulanmasına  zəmin yaratdı.

Hücumlarla birlikdə ifadə azadlığı müzakirələri alovlandı, müxalif dünyagörüşləri heç olmadığı qədər gündəmə gəldi. Bütün bu olanlardan sonra  bu mövzudakı ideal sərhədlər hər seqment tərəfindən yenidən nəzərdən keçirilməyə başlandı. Yaşanan terror aktları  bu gün Qərb dünyasının  böyük əksəriyyətini  təşkil edən fərqli etnik mənşə, din və irqdən olan insanların  sülh içində bir arada yaşaması  üçün ifadə azadlığının və digər azadlıqların  çox əhəmiyyətli olduğunu sübut etdi.

Bu zaman ərzində mövzunu müzakirə obyektinə çevirənlərin əksəriyyəti xəbər portalları idi. Medianın insan düşüncələrininin  formalaşmasına təsirini nəzərə alsaq, deyə bilərik ki, yaranan vəziyyət  müxbirlərin üzərinə böyük  məsuliyyətin  düşdüyünü  açıq-aydın  göstərir. Necə bir qərar alacaqlarını şübhəsiz vicdan və əxlaqi mövqeləri müəyyən  edir. Hadisələrin üstünün örtülməsi, ya da görməzlikdən gəlinməsi, şişirdilməsi , ya da əhəmiyyətsiz göstərilməsi insanları maraqlandıran mövzuların aşkarlanmasına və bu haqda fikirlərinin  formalaşmasına təsir edir. Bu səbəbdən meydana gələn qarışıqlıq və ya dinclik səviyyəsini xəbərlərin ictimaiyyətə çatdırılma şəkli təyin edir. Azadlıqları məhdudlaşdırmaq istiqamətində  hər hansı bir qərarın fərdlərin və ya ümumiyyətlə, cəmiyyətin faydasına olacağı müzakirə mövzusu belə ola bilməz.

İnsan hüquqlarına və azadlıqlarına gəlincə, əsas qanun azadlıqları məhdudlaşdırmaq deyil, azadlıqların sərhədlərini genişləndirmək olmalıdır. Ancaq görülən tədbirlər  və məlumatlar bunun tam əksini göstərir.

Demokratiya, siyasi azadlıq və insan hüquqları araşdırmaları və vəkillik icra edən bir QHT olan Freedom House keçən il siyasi və vətəndaş hüquqları baxımından dünya miqyasında bir geriləmə olduğunu bildirdi. Qrup son 25 ilə nəzərən  demokrasiya idealarının ən ağır təhdid altında olduğu dövrdə olduğumuzu və ən ağır itkilərin terror üzündən verildiyini söylədi. Necə ki, xüsusilə, Avropa ölkələrində  azadlıqların məhdudlaşdığı istiqamətində bariz nümunələr mövcuddur ki, bu mövzuda ən çox təzyiq müsəlman azlıqlar üzərinə düşür.

Məsələn, ötən günlərdə Avstriya parlamentinin ölkənin əsrlik İslam qanununa mübahisəli islahatlar gətirən tənzimləmələri oldu. Qanunvericilik islami təşkilatlara və imamlara xaricdən məlumatın ötürülməsini qadağan etdi. Məqsəd ölkədə getdikcə təsiri artan radikal İslamçı qüvvələrə qarşı mübarizə aparmaqdır... İslamı 1912-ci ildə rəsmi din olaraq tanıyan ölkədə  bu gün müsəlmanlara xarici maliyyə qadağasının qoyulması ədalətsizlikdir. Ölkədə yaşayan xristian və yəhudi vətəndaşlar hələ də xarici fondlardan istifadə etmək hüququna malikdirlər.

Digər bir nümunə də Fransadır... Terror aktlarının yol açdığı travma Fransız şəhərlərinin abu-havasını heç görülməmiş şəkildə dəyişdirdi. Charlie Hebdo hücumundan  sonra azadlığın getdikcə məhdudlaşdığı daha  da nəzərə çarpdı. Hücumdan bir həftə sonra ingilis jurnalistlər Champs Elyséesin  çox yaxınlığında bir barda ağır silahlı üç polisin, Şimali afrikalı iki adamı döyərək sürüdüyünə  öz gözləri ilə şahid oldular. Qara dərili kişilər barmenin şikayəti ilə çox sayda polis tərəfindən zor tətbiq edilərək əlləri qandallanmışdı. Barmen polisi qaradərilinin "xoş olmayan bir şey" dediyi  üçün çağırdığını söylədi.

Bu cür davranışların vətəndaşların azadlıqlarını, xüsusən də, bütün cəmiyyətin xoşbəxtliyini təhdid etdiyinə şübhə yoxdur. Bir ölkənin rifahı ancaq azadlıq baxımından daha üstün qrupların mövcud olmaması ilə  mümkün ola bilər. Qərb cəmiyyətlərində, hansı mənşədən olursa olsun, hər kəs  digər insanlar tərəfindən eyni münasibət və rəftar görməli, həmçinin cəmiyyət tərəfindən kənarlaşdırılmamalıdır. Unudulmamalıdır ki, bir ölkədə sülh fərdlərin özlərini təhlükəsizlikdə hiss etmələrinə  bağlıdır. Onlara daha çox haqq və azadlıqlar tanıyaraq dəyərli olduqlarına inandırmaq qorxulardan təmizlənmiş cəmiyyətlər deməkdir. Dünyamızın ən çox ehtiyac duyduğu şeylərdən biri, şübhəsiz ki, bu qorxulara qapılarını bağlamış cəmiyyətlərdir.

Adnan Oktarın Malaziya Insider və ayrıca Jefferson Corner'da nəşr edilən köşə yazısı:

http://www.themalaysianinsider.com/sideviews/article/shrinking-freedom-amounts-to-vulnerable-societies-harun-yahya

http://www.jeffersoncorner.com/shrinking-freedom-amounts-to-vulnerable-societies/

http://www.weeklyblitz.net/2015/03/shrinking-freedoms-amounts-vulnerable-societies/