12 RƏQƏMİYLƏ ƏLAQƏDAR MÖCÜZƏ
Quranda Maidə surəsinin 12-ci ayəsində, on iki etibarlı mühafizəçidən bəhs edilir.
Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır.” (Maidə surəsi, 12)
13 RƏQƏMİYLƏ ƏLAQƏDAR MÖCÜZƏ
Maidə surəsinin 13-cü ayəsində verdikləri sözləri yerinə yetirməyən xəyanətkarlardan bəhs edilir. Hz. İsa (ə.s)-a xəyanət etdiyinə inanılan adam da 13-cü həvvaridir.
İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidə surəsi, 13-cü)
7 RƏQƏMİYLƏ ƏLAQƏDAR MÖCÜZƏ
Haqqə surəsinin 7-ci ayəsində, 7 gecədən bəhs edilir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir.
Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin (Haqqə surəsi, 7)