Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR: Məsələn, İxlas surəsi, Rəhman Rəhim olan Allahın Adıyla. "De ki, O Allah birdir", çünki axırzamanda ən əhəmiyyətli mövzulardan biri budur. Xristianlar bilirsiniz təslis inancındadırlar. Çox böyük səhvdir, Allah onu düzəldəcək bir açıqlama edir. "De ki: O Allah birdir, Allah səməddir. Hər şey Ona möhtacdır. Daimidir, heç bir şeyə ehtiyacı olmayandır. O, doğulmamışdır"; bu, xristianlığa cavabdır. Və bax, "doğmamışdır və doğulmamışdır". Yəni xristianlığın meydana gətirdiyi bu böyük səhvə cavabdır. Eyni zamanda bu Mehdinin xristianlara söyləyəcəyi sözdür, hz. Məsihin təkidlə söyləyəcəyi sözdür, ayələrdir. "Və heç bir şey Onun tayı deyil". Yəni heç bir insan onun tayı deyil. Məsələn, deyirlər ki, hz. Məsih Allahdır deyirlər, Əstəğfirullah. Allah nə deyir, heç bir şey Onun tayı deyil. Ona cavab verir.