Bizans imperatoru I İrakli, Sasani padşahı I Xosrov, Misir kralı Mukavkis, xristian ərəblərin kralı Haşim b. Əbi Şimr, Bizans və Həbəşistan hökmdarları, İskəndəriyyə hökmdarı, Qassan kralı Şəmir əl-Qassani, Yəmamə hökmdarı Hevzə Əli, Həbəşistan Nəcaşisi Əshəmə... Hamısı bir vaxtlar Peyğəmbərimizin (səv) İslama dəvət edən o möhtəşəm məktublarını aparan elçilərlə qarşılaşdılar.
Allah Peyğəmbərimizə (səv) Quranın mesajını təkcə ərəblərə deyil, bütün bəşəriyyətə təbliğ etmək vəzifəsi vermişdi. Bu səbəbdən Peyğəmbərimiz hicrətin yeddinci ilində kral və hökmdarlarla yanaşı xristian, yəhudi və məcusi icmalara da İslama dəvət məktubları göndərmişdi. Allah Quran ayəsində Peyğəmbərimizin bütün bəşəriyyətə göndərildiyini bu şəkildə bildirir:
De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (Əraf surəsi, 158)
Peyğəmbərimiz Xudeybiyə sülhündən sonra İslamı bütün dünyaya yaymaq üçün nurlu əlləri ilə hikmətli sözləri - "İslama dəvət" məktublarını hazırlamış və bunları həmin dövrün krallarına, hökmdarlarına, başçılarına göndərməyə qərar vermişdi. Bir gün səhabələri yanına çağıraraq "Allah məni bütün insanlara rəhmət olaraq göndərib. İslamı yaymaqda mənə kömək edin!" [1] – deyə buyurmuşdu. Peyğəmbərimizin bu istəyi dərhal yerinə yetirilmiş və getdikləri ölkələrin dilini bilən səhabələrə o möhtəşəm məktubları aparmaq vəzifəsi tapşırılmışdı.
Peyğəmbərimiz (səv) göndərdiyi bütün məktublara onların xüsusi və önəmli olduğunu bildirmək üçün möhür vururdu. Üzərində "Allah Rəsulu Muhamməd" yazılmış gümüş üzüklə bütün məktubları möhürləyərək göndərirdi. Bu üzük Peyğəmbərimizin (səv) vəfatına qədər onun nurlu, pak əllərində qaldı. Vəfatından sonra növbə ilə üzüyü hz. Əbu Bəkr, hz. Ömər və hz. Osman əmanət aldılar.
Peyğəmbərimiz 610-cu ildə ilahi təbliğ vəzifəsinə başladıqdan beş il sonra məkkəli müşriklərin təzyiq, təhdid, ticari məhdudiyyət və hücumlarına görə səhabələrinin bir qismini iki müxtəlif karvanla bir il fasilə ilə Həbəşistana göndərdi. İkinci karvanda Peyğəmbərimizin (səv) qardaşı oğlu Cəfər ibn Əbu Talib də vardı. Cəfər özü ilə Peyğəmbərimizin (səv) Nəcaşi yazdığı möhürlü İslama dəvət məktubunu da aparmışdı. "Rəhman və Rəhim olan Allahın adı ilə" məktubuna başlayan Peyğəmbərimiz (səv) bunları yazırdı:
"Allah Rəsulu Muhəmməddən Həbəşistan nəcaşisi Əshəməyə,Özündən başqa İlah olmayan həqiqi Hökmdar, müqəddəs, salam, qoruyucu, xilaskar olan Allahın tərifini sənə çatdırıram. Təsdiq edib şəhadət edirəm ki, Məryəm oğlu İsa Allahın Ruhu və Kəlməsidir. O, toxunulmamış Məryəmə nəsib edilmişdir. Beləliklə, Məryəm İsaya hamilə qalmış, Allah Təala da Ruh və Nəfəsindən olmaqla Adəmi necə yaradıbsa, onu da elə yaratmışdır. Səni Tək olan və Bənzəri olmayan Allaha çağırıram. Ona itaət məsələsində qarşılıqlı köməyə çağırıram. Məni izlə, mənə tabe ol və mənə gələnə iman gətir. Mən Allahın Rəsuluyam. Bu səbəbdən səni və ətrafında olan əsgərlərini Allaha iman gətirməyə dəvət edirəm. Nəsihət və sözlərim sizə çatdıqda qəbul etməyinizi tövsiyə edirəm. Əmi tərəfindən qardaş oğlum olan Cəfəri yanında az sayda müsəlman qrupu ilə birgə sənin yanına gəlməsi üçün yola salıram. Salam həqiqi hidayət yolu üzərində olanlara olsun".
Nəcaşi Peyğəmbərimizin Allahı ucaldan və İsa peyğəmbərə tərif dolu sözlərin olduğu bu məktubdan çox təsirlənmiş və ona sığınan müsəlmanların təhlükəsiz şəraitdə ölkəsində yaşamalarına icazə vermişdir. Ancaq bu zaman müşriklərin qəzəbi Məkkədə artmış və onlar Nəcaşiyə hədiyyələrlə nümayəndə heyəti göndərərək müsəlmanların oradan çıxarılmalarını istəmişlər. Hz.Muhəmmədin (səv) sözlərindən çox təsirlənən Nəcaşi Əshəmə müşriklərin bu sözlərinə heç əhəmiyyət verməmiş və Rəsulullahın qardaşı oğlu Cəfəri sarayına çağırıb görüşmüşdür. Cəfər ibn Əbu Talib Nəcaşiyə Allahın içlərindən birini elçi seçib göndərənə qədər cahillərdən olduqlarını, Allaha iman gətirməyi, namaz, oruc, zəkat ibadətlərini, qadınlar haqqında pis danışmamağı, yetimin haqqını qorumağı, əmanətə xəyanət etməməyi hz.Muhəmməddən (səv) öyrəndiklərini izah edir. Sonra Nəcaşinin istəyi ilə Quranda hz. İsa və hz. Yəhyanın doğulması ilə bağlı ayələrin olduğu "Məryəm" surəsini oxuyur. Nəcaşi və yanındakı xristian din xadimləri Quran ayələrini dinləyərkən fərəhdən göz yaşlarını saxlaya bilməmişlər. Nəcaşi Quran ayələrinin İncil və Tövratdakı izahlarla eyni olduğunu eşitdikdə məkkəli müşrikləri hədiyyələri ilə birlikdə geri göndərmişdir. Peyğəmbərimizin (səv) İslama dəvət məktubunu alan, "Məryəm" surəsini dinləyən Nəcaşi ətrafındakı din xadimləri ilə birlikdə İslamı qəbul etmişdir. Daha sonra oğlunun vasitəsilə Peyğəmbərimizə (səv) bir məktub göndərərək İslamı qəbul etdiyini bildirərək hz.Muhəmmədə (səv) olan sevgi və hörmətini bu sözlərlə dilə gətirmişdir: "Kaş bu səltənətə bədəl olan Muhammədi Ərəbi Əleyhissalatu Vəssəlamın xidmətçisi olsa idim! O, xidmət səltənətin fövqündədir ". [2] Nəcaşi vəfat etdikdə Peyğəmbərimiz (səv) Mədinədə qiyabi cənazə namazını qıldırmışdır.
Peyğəmbərimizdən (səv) dəyərli əmanət olaraq qorunan bu məktublarda biz müsəlmanlar üçün çox önəmli mesajlar vardır. Peyğəmbərimiz (səv) bu məktublarında Kitab Əhlinə və əcnəbilərə dostyana, sevgi dolu, qoruyucu, İslamın gözəl əxlaqını ən gözəl şəkildə izah edən bir üslubla müraciət etmişdir. Ayrı-seçkiliyin, əcnəbi nifrətinin, irqçiliyin, məzhəbçiliyin zirvə nöqtəsinə çatdığı dövrümüzdə Peyğəmbərimizin bu məktubları dünya səviyyəsində dərs mahiyyətindədir.
Müsəlman dünyasında bəzi təbəqələrin Kitab Əhlini təcrid etməsi, xristian dünyasında isə sürətlə artan islamofobiya cərəyanına görə müsəlmanlar çətin vəziyyətdədirlər. Müsəlmanlar Allahın "...Kitab Əhli ilə ən gözəl tərzdə mübarizə aparın" (Ənkəbut surəsi, 46) əmrinə uyğun olaraq bu vəziyyəti bərpa etməlidirlər. Allahın bu əmri yerinə yetirildiyi təqdirdə Qərb dünyasında ifrat müsəlman əleyhdarlığına da Allahın izni ilə son qoyulacaqdır. Yetər ki, biz Qurana və Peyğəmbərimizin (səv) o gözəl nəsihətlərinə əməl edək.
[1] İbn Hişam, Sîre, cild. 4, səh. 254.
[2] Mektubat, səh. 174
Adnan Oktarın “Arab Times”da yayımlanan məqaləsi:
https://www.arabtimesonline.com/news/prophets-world-heritage-letters/