“Current Biology” jurnalının quşların əcdadı yanlışına cavab
ucgen

“Current Biology” jurnalının quşların əcdadı yanlışına cavab

1116

Myanmada kəşf edilən 99 milyon illik, DIP-V-15103 nömrəli (adını paleobotanik Eva Koppelhusdan alan) “EVA” fosili dekabr ayında bütün elm saytları və jurnallarında geniş yer aldı. Myanmada hər gün yeni bir fosil tapılmasına baxmayaraq, bu jurnalların yüz minlərlə fosil içərisindən yalnız bu fosilə xüsusi diqqət göstərmələrinin səbəbi isə, Current Biology” jurnalının tapılan fosili quşların əcdadı nağılına dəlil olaraq göstərməyə çalışması idi.

Məlum olduğu kimi, DNT-nin və mRNT-nin yaxından araşdırılması, hüceyrənin içi su ilə dolu balondan ibarət olmadığının başa düşülməsi və hər keçən gün yaradılışı sübut edən fosillərin torpaq altından çıxarılması, uzun müddətdir ki, təkamül nəzəriyyəsinin havadarlarını çarəsiz vəziyyətə salırdı.

Cənab Adnan Oktarın gərgin elmi fəaliyyətinin və şübhəyə yer buraxmayacaq açıq və aydın elmi açıqlamalarının təsiri ilə, təkamül nəzəriyyəsi bütün dünyada uzun müddətdir böyük bir məğlubiyyət yaşayırdı. Cənab Adnan Oktarın yüzlərlə fosilin rəsmlərini dərc etdirdiyi təkamülü çürüdən paleontoloji tapıntılardan ibarət olan Yaratılış Atlası seriyası isə; təkamül nəzəriyyəsinə endirilən ən böyük zərbələrdən biri oldu.

Ard-arda gələn bütün bu məğlubiyyətlərdən sonra; xüsusən, yaradılışı sübut edən fosillər qarşısında çarəsiz qalan təkamülçülər də, təkamül tərəfdarlarının sayını artırmaq və elm dünyasında gözdən düşən təkamül nəzəriyyəsinə yenidən etibar qazandırmaq üçün saxta səylərə girişdilər. Yaradılışı sübut edən fosilləri, uydurma təkamül nəzəriyyəsinə dəlil kimi təqdim edəcək yanlış izahlarla birlikdə nəşr etdirməyə başladılar.

“Current Biology” jurnalının dekabr ayında nəşr olunan sayında yer alan EVA kəhrəba fosili də məhz yenə belə bir təbliğat məhsuludur.

Jurnal, 99 milyon illik kəhrəba içərisində çox mükəmməl şəkildə qorunmuş 2 ədəd quş lələyi olduğunu yazmışdır. Məlumatın bu hissəsi, doğru məlumatdır. Amma, daha sonra xəbərə əlavə edilmiş və bu lələklərin guya quşların əcdadı olduğu iddia edilən “uçan bir dinozavra” aid olduğu iddia edilmişdir.

Əvvəla, bu iddianın böyük bir çarəsizliklə ortaya atıldığı çox açıqdır. Çünki tapılan lələklərin iddia edildiyi kimi “uçan bir sürünənə” aid olduğunu göstərən heç bir dəlil yoxdur. Bu iddia, yalnız jurnalın təkamülə qarşı bir ön qəbul ilə xəbərə yanaşmasından və tapılan fosili öz ideoloji prinsipləri çərçivəsində subyektiv şəkildə şərh etməsindən ibarətdir.

Bu izahatın heç bir elmi əsası yoxdur çünki onsuz da National Geographic” jurnalı bu lələklərin təkamülə dəlil təşkil etmədiyini “açıq, elastik və dövrümüzdə hələ də yaşayan canlılardakı bəzək lələklərinə oxşadıqları” 1 sözləri ilə çoxdan etiraf etmişdir.

“Current Biology” jurnalı xəbərdə ayrıca, bu fosilin Enantiornithes adlı bir canlı növünə aid olduğunu və bu canlının da quşların sürünən əcdadı olduğu təbliğatına da yer vermişdir.

Halbuki, bu iddia da yenə içi boş bir ifadədən ibarətdir. Çünki Enantiornithes, uçan bir sürünən deyil, nəsli kəsilmiş tam quş növlərinə verilən bir addır. Qısa quyruğu, qanad quruluşu və bütün başqa xüsusiyyətləri ilə indiki quşların eynisi olan nəsli kəsilmiş bir quşdur. Əgər iddia edildiyi kimi kəhrəba içərisindəki lələk, Enantiornithes adlı canlıya aiddirsə, bu da yenə bizə quşların milyonlarla ildir təkamül keçirmədiyini göstərəcəyi üçün təkamülü çürüdəcək xarakter daşıyır.

Darvinistlər kəhrəba içərisində həmçinin pəncə tapılmasını da, yenə eyni iddianı dəstəkləmək üçün istifadə etməyə çalışmışdılar. Ancaq, dövrümüzdə yaşayan quşlar içərisində də qanadlarında pəncə olan növlər hələ də yaşayır. Touraco corythaix və Hoatzin quşlarında budaqlardan yapışmaq üçün caynaqlar vardır. Bu canlılar, milyonlarla ildir caynaqlıdırlar. Pəncələrini zaman içərisində itirib başqa quş növlərinə çevrilməmişlər, heç bir şəkildə təkamül keçirməmişdirlər. Bu səbəbdən, qanadında pəncə olan bir quş fosili təkamülü sübut etməz, əksinə çürüdər. Quşların təkamülü nağılının yalandan ibarət olduğunu təsdiqləyər.

Onu da qeyd etmək lazımdır ki, quşların dinozavrlardan təkamül keçirdiyi iddiası, elmi cəhətdən hərtərəfli təkzib olunmuş, ciddi şəkildə süquta uğramış bir iddiadır. Bu böyük cəfəngiyyatı ortadan qaldıran elmi dəlilləri buradan oxuya bilərsiniz.

Təkamülçülərin bəhs etmək istəmədiyi quş lələklərindəki simmetriya

Xəbərdə kəhrəba içərisində yaxşı şəkildə qorunan bu quş lələklərinin sənət, simmetriya və estetik cəhətdən gözəlliyindən heç bəhs edilmir. Lələklər yaxından tədqiq olunanda hər birinin üzərində möhtəşəm sənətə şahid oluruq. Hər lələyin yerləşdiyi yerə görə uzunluğu və ya qısalığı ən doğru və ən mükəmməl formadadır. Lələklər formasız deyil, sanki krujeva kimi incə-incə işlənmiş bir görünüşə sahibdir.

Ümumi olaraq tək bir quş lələyində, təxminən 300 milyon tükcük olur və bir quşun bütün lələklərindəki orta hesabla tükcük sayı təxminən 700 milyard həcmindədir. Bu tükcüklərin olduqları yerdə qala bilməsi və ən balaca bir hərəkətdə və ya əsən xəfif küləkdə quşun üzərindən asanlıqla düşməmələri üçün, yerləşdikləri yerlərə qarmaqlar və ilgəklərlə bərkidilmişdir.2 Əlavə olaraq, tükcüklərin quş lələyi üzərindəki düzülüşləri də çox əhəmiyyətlidir. Hər bir tükcüyün uzunluğu, yerləşdiyi yerə görə dəyişir. Lələyin başlanğıc hissəsində gövdəyə yaxın olan hissədə daha uzun olan tükcüklər yerləşdiyi halda, lələyin ucuna doğru irəlilədikcə tükcüklərin ölçüsü qısalır. Bu, canlının rahat bir şəkildə hərəkət edə bilməsini və lələklərindən ən yaxşı şəkildə istifadə etməsini təmin etdiyi kimi, hər tükcüyün uzun olduğu quş lələyi dizaynı ilə müqayisədə çox daha yüngül və istifadə edilməsi asandır. Bütün bu cəhətləri ilə, bircə dənə quş lələyi belə təsadüfən əmələ gəlməyəcək dərəcədə mürəkkəbdir.

Qarmaq və ilgəklərlə bir-birinə bitişdirilən quş lələkləri

 

Lələyin sağ tərəfindəki tükcüklərin mövqeyi və uzunluğu ilə sol tərəfindəki tükcüklərin mövqeyi və uzunluğu da bir-birinə bərabərdir. Bu da lələklərin təsadüflər nəticəsində necə gəldi uzanmadığını, canlının DNT-sinə kodlanmış kompleks bir genetik məlumat daxilində mükəmməl bir riyazi quruluş və simmetriya içində uzandığını, başqa sözlə YARADILDIĞINI sübut edir.

DIP-V-15103 FOSİLİ İÇƏRİSİNDƏ SAXLANILAN 99 MİLYON İLLİK QARIŞQA

 

Bu fosil, həmçinin heç bir darvinist elm jurnalının bəhs etmədiyi, dilə belə gətirmək istəmədiyi çox əhəmiyyətli bir məlumat daha daşıyır. Bu 99 milyon illik kəhrəba fosilinin içində quş tükləri ilə yanaşı mükəmməl şəkildə qorunmuş bir qarışqa da var. Bu qarışqa antenaları, ayaqları, bütün bədəni ilə mükəmməl bir şəkildə qorunmuşdur. Anatomik xüsusiyyətlərinin hamısı indiki qarışqalarla bir-bir üst-üstə düşür. Bu günə qədər kəhrəba içərisində bir çox qarışqa qalığı tapılıb. Bu fosil bizə göstərir ki, 99 milyon illik qarışqa da, 40 milyon illik qarışqa da, 50 milyon illik qarışqa da bir-birinin eynisidir. İndiki qarışqa növləri ilə aralarında ən kiçik bir fərq belə yoxdur.

Heç bir darvinist jurnalın quş tüklərinin yanında olan bu mükəmməl qarışqa nümunəsinə toxunulmamış olmasının səbəbi, xüsusilə qarışqanın antenalarının açıq bir şəkildə seçilməsinin təkamül baxımından çox can sıxıcı bir vəziyyət yaratmasıdır. Qarışqa antenaları ilə bağlı bu ətraflı məlumat, məsələyə aydınlıq gətirir:

“Qarışqalar feromonları, antenaları ilə hiss edirlər və doğru istiqamətə getmək üçün hər iki antenanı da davamlı olaraq istifadə edirlər. Bunu da feromonun hansı tərəfdə - sağda və ya solda- intensivləşdiyinə diqqət edərək edirlər. Əgər sıxlıq sağ tərəfdə daha çox isə qarışqa hər iki antenadakı sıxlıq eyni olana qədər bu istiqamətə dönər və beləliklə, qoxu izini tam olaraq təqib edə bilər. […] Bu nümunədən də göründüyü kimi, qarışqaların antenaları eynilə bir radar kimi çalışır. Radarların elektromaqnit dalğaları ilə müəyyən məsafələri, cisimləri və sürətləri təyin etməsi kimi, qarışqalar da antenaları ilə kimyəvi siqnalları qəbul edərək istiqamətlərini müəyyənləşdirə bilər, düşməni hiss edə bilər və bir-biriləri ilə rabitə qura bilərlər”.3

Bu fosildəki qarışqanın antenalarının açıq bir şəkildə seçilməsi də, bizə, yuxarıda təsvir etdiyimiz bu radar texnologiyasını qarışqaların 99 milyon il əvvəl də istifadə etdiklərini göstərir. Bu vəziyyət canlıların sadədən mürəkkəbə doğru irəlilədiyi iddiasını tamamilə çürüdür. 99 milyon il əvvəlki qarışqa da, indiki qarışqa da radar texnologiyasına malikdir. Bu da bizə təkamülün heç bir şəkildə baş tutmadığını sübut edən dəlillərdən biridir.

BU GÜNƏ QƏDƏR TORPAĞIN ALTINDAN ÇIXIB “MƏN YARADILDIM” DEYƏN YÜZ MİNLƏRLƏ CANLIYA AİD FOSİL TAPILMIŞDIR. BU YÜZ MİNLƏRLƏ FOSİLƏ QARŞI OLARAQ, BİR CANLININ BAŞQA BİR CANLIYA TƏKAMÜL KEÇİRDİYİNİ GÖSTƏRƏN, İKİ NÖV ARASINDA ARA FORMA NÜMUNƏSİ KİMİ ŞƏRH OLUNA BİLƏCƏK BİRCƏ DƏNƏ DƏ FOSİL TAPILMAMIŞDIR. PALEONTOLOGİYA ELMİNİN İŞARƏ ETDİYİ TAPINTILAR TƏKAMÜLÜN HEÇ BAŞ VERMƏDİYİNİ AÇIQ ŞƏKİLDƏ GÖSTƏRƏRKƏN, İDEOLOJİ SƏBƏBLƏRLƏ BU NƏZƏRİYYƏNİ HƏLƏ DƏ YAŞATMAĞA ÇALIŞMAĞIN HEÇ BİR MƏNASI YOXDUR. TƏKAMÜL MƏĞLUB OLMUŞ, FOSİLLƏRİN GÜN ÜZÜNƏ ÇIXMASI İLƏ BİRLİKDƏ TAMAMİLƏ ÇÖKMÜŞDÜR. TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏN RADİKAL TƏRƏFDARLARI ARTIQ İBTİDAİ SİNİF UŞAQLARINI DA RAZI SALA BİLMİR. XXI ƏSR, TARİXDƏ DARVİNİZMİN BİTDİYİ ƏSR KİMİ XATIRLANACAQDIR.

 

İstinad:

1 http://news.nationalgeographic.com/2016/12/feathered-dinosaur-tail-amber-theropod-myanmar-burma-cretaceous/

2http://www.islamicity.com/Science/quranandscience/creation/GeneratedFilesnoframe/TheDesignInBirdFeathers.htm

3 Karınca Mucizesi, Harun Yahya, s.44

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr